Patoloji sınıqlar
 hekimtap.az

Patoloji sınıqlar

9030
Автор: Fərhad Verdiyev

Опубликовано: 29.12.2017
Фархад Вердиев

Patoloji sınıq nədir?

Şiş, metabolik sümük xəstəlikləri zamanı müşahidə olunan sınıqlara patoloji sınıqlar deyilir. Bütün yaşda olan insanlarda rast gəlsədə əsasən yaşlı insanlarda daha çox təsadüf edir. Patoloji sınıq adi sınıqlardan fərqli olaraq adətən yüngül zədələnmə nəticəsində əmələ gəlir və aşağıdakı formada təsnif olunur.

Şiş mənşəli
 - Birincili- xəstəlik  birincili sümüyün özündədi və sınan nahiyəni zəiflədir. Əsasən uşaq və yeniyetmələrdə müşahidə edilir. Buraya fibroz displaziyanı, sümük kistasını, eozinofil qranulomanı və s. göstərmək olar).
 - İkincili ( metastatik– orqanizmdə inkişaf edən hər hansısa bir şişin sümüyə metastaz verməsi- sıçraması zamanı).

Metabolik
 - Osteoporoz (sümük strukturunun xüsusən yaşla əlaqədar olaraq zəifləməsi və öz möhkəmliyinin itirməsi).
 - Hiperparotriodizm (sümük əriməsi-paratiroid vəzinin funksiyasının artması zamanı sümüyü təşkil edən əsas elementlərdən olan kalsiumun sümükdən qana keçməsi nəticəsində).
 - Paget xəstəliyi (bu xəstəlik zamanı sümük normal sümükdən daha zəif olur. Xəstəliyin səbəbi bilinmir).

İrsi xəstəliklər
 - Natamam osteogenez (osteogenezis imperfecta) –kollagen defisiti ilə bağlı sümüklərin sınığa meyilliyi ilə xarakterizə edilən irsi xəstəlikdir. Ən çox patoloji sınıqara səbəb olan xəstəliklərdən biridir.

Patoloji sınığın əlamətləri nədir?

Xəstəliyin əsas əlaməti patoloji sınıq olan nahiyyədə ağrı və hərəkət məhdudluğunun olmasıdır.

Patoloji sınığın diaqnozu necə qoyulur?

Xəstəliyin diaqnozunu çox hallarda rentgenolji müayinə ilə təyin etmək olur.

Diaqnozu dəqiqləşdirmək və sınığın etioloji mənşəyinin təyin etmək üçün kompüter tomoqrafiyası, MRT, qanın müayinəsindən, biopsiyadan da istifadə edilir. Birincili ocaq varsa mütləq aşkar edilməlidir.

Patoloji sınıqlar necə müalicə  olunur?

Patoloji sınığın müalicəsində bir sıra amillər nəzərə alınaraq konservativ və cərrahi müalicə taktikası seçilir. Buraya xəstəliyin ağırlıq dərəcəsi, xəstənin yaşı, ümumi vəziyyəti, yanaşı gedən xəstəlikləri, patoloji sınığın lokalizasiyası və s. kimi amilləri göstərmək olar. Əgər patoloji sınıq xoşxəssəli proses zəminində yaranıbsa sınıq cərrahi yolla müxtəlif üsullarla müalicə olunur, sümük defekti varsa bərpa edilir. Bədxəssəli şiş zəminində əmələ gələn sınıqlar daha kompleks müayinə və müalicə tələb edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.