Əl dərisinin FOTONA Lazerlə gəncləşməsi
 hekimtap.az

Əl dərisinin FOTONA Lazerlə gəncləşməsi

1617
Автор: Həkim-Kosmetoloq Sevinc Fətəliyeva 070 500-15-60

Опубликовано: 06.11.2019
Sevinc Fətəliyeva

Əllərin  dərisi daima xoşagəlməz faktorların təsirinə məruz qalır. Ona görə də əl dərisinin  gəncləşməsi və əl dərisinin yaşlanmasının qarşısını almaq üçün profilaktik tədbirlərin görülməsi hər bir qadın üçün vacibdir. 
Fotona lazer texnalogiyalarının köməyi ilə hiperpiqmentasiya, qırışlar, tonusun zəifləməsi, yaşlılıq ləkələri  kimi xoşagəlməz əlamıtləri aradan qaldırmaq və mükəmməl nəticələr almaq mümkündür. 

Prosedurlar:

1. Fotona lazer yüngül cilalanma
Dəri relyefini hamarlamaq, gəncləşmə, müdafiə qabiliyyətinin artması məqsədi ilə aparıllr. Dəri zədələnmir. Reabilitasiya dövrü yoxdur. Prosedurun davam etmə müddəti 10 dəqiqədir. 

2.Əl dərisinin Frak 3 lazer cavanlaşması. Fotona lazerlə üçlü modelləşdirmə
Frak3 dərinin 3D həcmində gəncləşmə proseduruduru olub dəri səthinin tamlığını pozmadan dəridə fraksional mikrozədələnmələr yaradan və yeni kollagen əmələ gəlməsini təmin edən prosedurdur. 
Yeni kollagen yaranmasına xidmət edir. Lazer şüasının enerjisindən kollagen lifləri  bərkiyir, yeni kolkagen liflərinin yaranması üçün şərait yaranır. Dəridə görünə biləcək gəncləşmə və liftinq yaranır. Rabilitasiya dövrü yixdur. Prosedur il ərzində 4-6dəfə aparıllr.  Prosedurun davam etmə müddəti 30dəqiqədir. 

3.Əl dərisinin Fotona lazer fraksional cavanlaşması . 
Reabilitasiya dövrü çox qısa olur. Bu üsuldan dəridə ləkələr varsa, dəridə yaşlanma əlamətləri varsa istifadə olunur. Dərinin keyfiyyəti yaxşılaşır. Prosedurdan sonra yüngül qızartı və ödem olur. 3cü sutka yüngül qabıqlanna müşahidə olunur. 4-5ci günlər əl dərisi tam bərpa olunur. Prosedurun davam etmə müddəti anesteziya müddəti daxil olmaqla 45dəqiqədir. 

4.Fotona Smooth hands. Fotona lazer ekspres cavanlaşma. 
Reabilitasiya dövrü çox qısa olur. Güclü cavanlaşma effekri dərhal əmələ gəlir. Dəri tamlığı pozulmadan epidermis və dermanın səthi qatlarına təsir etmiş oluruq. Prosedurun davam etmə müddəti 10dəqiqədir.