Öd kisəsinin kəskin iltihabı (Kəskin Xolesistit) hekimtap.az

Öd kisəsinin kəskin iltihabı (Kəskin Xolesistit)

6117
Автор: Opr. Dr. Bəhruz Səlimov

Опубликовано: 04.12.2019
Бахруз Салимов

Öd kisəsinin kəskin iltihabı (Kəskin xolesistit)

Öd kisəsinin bütün divarı boyunca müşahidə edilən bir proses olub USM müayinəsində öd kisəsinin divarının qalınlaşması və ətrafinda maye toplanması əlamətlərinin müşahidə edilməsi ilə xarekterikdir. Əksər hallarda xolesistitin səbəbi öd kisəsindəki daşlardır. Nadir hallarda şiş və digər xəstəliklərə görə meydana gələ bilər. Kəskin Öd kisəsi iltihabında ağrı daha şiddətli olur və ağrı şiddəti uzun müddət dəyişmədən davam edir. Eyni ilə sağ qabırğaaltı nahiyyədə başlayan ağrı sağ çiyinə yayılaraq davam edir. Ağrı nəfəs aldıqda, öskürdükdə və digər hərəktlələ artır. Qarında ağrıdan əlavə güclü köp müşahidə edilir. Bundan əlavə ürəkbulanma-qusma, qızdırma və titrəmə müşühidə edilə bilər. Prosesin şiddətlənməsi ilə bəzən ağrı bütün qarına yayıla bilər. Öd kisəsinin kəskin iltihabı ən yaxşı hallarda spontan və ya müalicə ilə yaxşılaşa öd kisəsinin xroniki itihabına və ya öd daşının xoledoxa düşməsi (Xoledoxolitiazis) və digər ağırlaşmalara səbəb ola bilər.