Çəpgözlük hekimtap.az

Çəpgözlük

371
Автор: Oftalmoloq Heyran Şirinova

Опубликовано: 05.12.2019
Хейран Щиринова

Çəpgözlük - gözlərin paralleliyinin pozulması nəticəsində, gözlərin fərqli istiqamətə baxması deməkdir. Normal vəziyyətdə, buynuz qişanın mərkəzi, anatomik olaraq göz yarığının mərkəzində yerləşir, hər iki gözün görmə oxu isə parallel vəziyyətdə olur. Bu onların sinxron hərəkətini və binokular görməni təmin edir.

Çəpgözlüyün əsas əlamətləri gözlərin qeyri-paralleliyidir, bəzən çəpgözlük visual olaraq gözə çarpmır, göz yorğunluğu, baş ağrıları, görmə yükü zamanı gözün sulanması olan pasientlərin müayinə edərkən çəpgözlük aşkar olunur. İki görmə, gözlərin hərəkətində məhdudiyyət kimi şikayətlər paralitik çəpgözlüklərdə qeyd olunur.

Çəpgözlüyün səbəbləri:

Çəpgözlüyün səbəbləri müxtəlifdir anadangəlmə və sonradan qazanılmış olur:

Ametropiyalar (yaxıngörmə,uzaqgörmə,astiqmatizm);
Travmalar;
Əzələlərin birləşməsində və inkşafında olan anomaliyalar;
Mərkəzin sinir sisteminin xəstəlikləri;
Somatik xəstəliklər;
Bir gözün, hər hansı bir səbəbdən, digərindən görməsinin zəif olması;

Çəpgözlüyün müalicəsi:

Çəpgözlüyün müalicəsi uzun müddət və səbr tələb edən bir prosesdir. Çəpgözlüyün növündən asılı olaraq müalicəyə eynək təyini, pleotik müalicə, cərrahi əməliyyat və binokulyar görmənin bərpası üçün məşqlər daxildir.
Əgər gözdə refraksiya problemi varsa, yaxındangörmə, uzaqdangörmə, astiqmatizm mütləq ilk növbədə eynək təyin olunur. Bununla görmənin inkşafı üçün şərait yaradırıq və göz tənbəlliyin qarşısını almış oluruq. Vaxtında eynək geyinilməsə göz tənbəlliyi artıq inkişaf etmiş olur.
Əgər artiq gözdə tənbəllik varsa, eynək təyinindən sonra pleoptik müalicəyə başlayırıq. Bura ambliopiyanın dərəcəsindən asılı olaraq göz qapamalari, görməni stimulyasiya edən müxtəlif apparatlar vasitəsilə müalicələr daxildir. Onu da qeyd edim ki, göz tənbəlliyinin müalicəsi 9- 10 yaşa qədər effekt verə bilər, daha böyük yaşlarda bu müalicəni aparmağın əhəmiyyəti yoxdur.
Eynək çəplik bucagını düzəltmirsə və yaxud eynəyə ehtiyac yoxdursa, burada cərrahi əməliyyat qaçılmazdır. Çəpgözlüyün növündən, dərəcəsindən asılı olaraq, hansı əzələdə, neçə əzələdə əməliyyatın aparılması muəyyən olunur. Əməliyyat gözü hərəkət etdirən ekstraokulyar əzələlərdə aparılır. Onu da qeyd edimki bu əməliyyatların gözün görməsinə heç bir mənfi və yaxud müsbət təsiri yoxdur. Əməliyyat gözləri parallel vəziyyətə gətirirki, bununla həm estetik gorkəmi düzəldir, həmdəki hər iki gözlə şüani qebul edib beyinə catdırmaga və düzgün görmənin inkişafına kömək edir. Yəni hər iki gözün görmə aktında iştirak etməsi ücün şərait yaradır.
Daha sonra əgər iki gözlə birləşmə qabiliyyəti yoxdursa, binokulyar görmənin inkişafı ücün apparat müalicəsi tövsiyyə olunur. Bu müalicəni 10 yaşa qədər aparılması məsləhətdir.
Gördüyünuz kimi uzun müddətli müalicə tələb olunur. Istədiyimizə nail olmaq ücün, yəni gözlərin paralelliyi, 100 faizli görmə, binokulyar görmə, tələsməliyik.

Çəpgözlüyün yarada biləcəyi fesadlar:

Valideyinlərimiz bir çox zaman çəpgözlüyü olan uşaqları həkimə aparmağa ehtiyac duymurlar bu yalnış bir yanaşmadır. Yadda saxlamaq lazımdır ki, uşaqlıqda mualicə edilməyən çəpgözlük, böyük yaşlarda müalicəyə daha çətin tabe olur və bir çox fəsadlara gətirib çıxarır.
Təəssüf ki, hətta indiki müasir dövrdə belə çəpgözlüyü olan usağı valideynlər həkimə aparmaqdan çəkinir. Onlar uşaqlarına xoşagəlməz prosedurları və ya ən dəhşətlisi cərrahi əməliyyatı qıymırlar. Əksinə, bu çox yalnış bir mövqedir.
Artıq yeniyetmə dovründə uşaqlar bu xoşagəlməz estetik qüsura görə kompleks hiss edir və valideyinin vaxtında müalicə etmək istəmədiyini bilib, qınaya bilər. Hetta estetik gorünüş belə o qədər önəmli deyil. Ən vacibi odur ki, vaxtında müalicə olunmayan çəpgözlüyün-ambliopiya ( göz tənbəlliyi), binokulyar görmənin olmaması ( iki gözlə birləshdirmə qabiliyyəti), stereo görmənin ( dərinliyi qəbul etmə) inkişaf etməməsi kimi fəsadları vardır.
Bu funksiyaların hamısının məktəbəqədər dövrdə, artıq inkişaf etməsi lazımdır. Göz uzun müddət çəp olarsa, burada qeyri- düzgün fiksasiya inkişaf edir. Yəni göz düz baxışda deyil, yalnız görmə oxundan kənarda olanda görür.
Məktəbəqədər deyil, əgər yeniyetmə dövründə və ya daha böyük yaşda çəpgözlük aradan götürülərsə - bəzi hallarda olan diplopiya  (ikigörmə) kimi fesadlar olmaz.
Çəpgözlüyün yaranma səbəbləri və növləri müxtəlif olsa da , müalicəsinin bir prinsipi var- pasiyent ne qədər kiçik olsa ,müalicə o qədər effektiv olacaq.