Пн-Пт

09:00-18:00

Сб

09:00-18:00

Вс

09:00-12:00
Mayomed

Выберите врача

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса
Şəkərli diabetdə ozonoterapiya 
 hekimtap.az

Şəkərli diabetdə ozonoterapiya 

2100
Автор: Terapevt Mehman Şükürov

Опубликовано: 02.04.2018
Mayomed

Ozonoterapiya şəkərli diabetdə kompleks müalicə kimi

Şəkərli diabetin kompleks müalicəsində ozonoterapiya effektliyinə görə əsas yerlərdən birini tutur.

Toxumaların qlükozanı yaxşı qəbul etməsi ilə qanda səkərin miqdarı azalır. Qlükozanın parçalanması (oksidləşməsi) baş verir. Bunlar da toxumaların energetik aclığını azaldır, katabolik, oksidləşmə proseslərini normallaşdırır.

Şəkərli diabetdə toxumaların qidalanmasının pozulması oksigen aclığı nəticəsində də baş verir. Qanda şəkərin miqdarının artması qanın (hemoqlobinin) keyfiyyətini dəyişir.

Ozonun şəkərli diabetə təsir mexanizmi

Qandan hüceyrəyə oksigen daşıyan hemoqlobinin qlikolizləşməsi ilə oksigenin hüceyrəyə ötürülməsi pisləşir. Tibbi ozon qlükoza üçün hüceyrə membranının keçiricliyini artırır. Ozonun təsiri nəticəsində eritrositlərdə (qırmızı qan hüceyrələrində) qlükozanın mübadiləsi aktivləşir, oksigenin toxumalara ötürülməsi yaxşılaşır, onların oksigen təchizatı artır və hipoksiya (oksigen aclığı) aradan qalxır.

Bu cür təsir də şəkərli diabetin müalicə prosesində mühüm rola malikdir. Ozonoterapiya hüceyrələrə qlükozanın və oksigenin zəif çatması ilə əlaqəli proseslərin (neyropatiya, artropatiya, anqiopatiya) yaranmasının və inkişaf etməsinin qarşısını alır.

Şəkərli diabetdə çox kiçik damarların mənfəzinin daralmasının və qidalanmasının pozulması ilə gözlərin, sinir sisteminin, böyrəklərin, aşağı ətrafların zədələnmələri baş verir. Ozonoterapiya kiçik damarları genişləndirir, qanın axma qabiliyyətini artırır.

Ozononoterapiya immuniteti qaldırmaqla, xroniki infeksiyalara və irinli zədələnmələrə meyilli şəkərli diabet xəstələrinə immunomodulə edici təsir gostərir. Müalicə prosesində xəstələrin ümumi əhvalı yaxşılaşır, iş qabiliyyəti artır, yuxusu normallaşır.

Ozonoterapiya diabetli xəstələrdə aterosklerozun inkişafını tormozlayır, şəkərsalıcı dərmanların təsirini artırır, onların dozasının azaldılmasına (bəzən kəsilməsinə) şərait yaradır.

Ozon və metabolik göstəricilərin dinamikası

Metabolik göstəricilərdə müsbət dinamika muşahidə olunur: şəkərin miqdarı azalır, hüceyrə immuniteti aktivləşir, orqanizmin antioksidant aktivliyi artır.

Ozonoterapiya prosedurlarından sonra xəstələrdə görmənin artması, ayaqlarda keyləşmənin azalması, baş ağrısı və diskomfortun itməsi müşahidə olunur.
Obyektiv olaraq arterial təzyiqin normallaşması, artıq çəkinin azalması, göz dibi və anqioqrafik göstəricilərin yaxşılaşması müşahidə olunur.

Müalicə məqsədi ilə ozonlaşmış fizioloji məhlul və ya qan vena daxilinə yeridilir, irinli zədələnmələrdə karkas kameralardan istifadə olunur.
Ozonoterapiya hipoqlikemik (şəkərin səviyyəsini endirən) təsir göstərdiyindən müalicə vaxtı qanda şəkərin miqdarını kontrolda saxlamaq və şəkərsalıcı preparatların dozasını korreksiya etmək lazımdır.

Ozonoterapiyanın müalicəvi effekt yaratması üçün hər xəstəyə fərdi olaraq (çəkidən, yaşdan, xəstəliyin dövründən asılı olaraq) müalicə sxemi və ozonun verilmə konsentrasiyası təyin olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.