“Pasiyentlərə şəxsən qayğı göstərirəm”
“Hekim Tap”ın müsahibi “Mayomed” fizioterapiya və reabilitasiya mərkəzinin təsisçisi və baş həkimi Nərminə Abbasovadır:
– Klinikamız 2013-cü ildə təsis olunub. Fəaliyyətə başladığı gündən fizioterapiya və reabilitasiya mərkəzi kimi tanınıb. Məqsədimiz fizioterapiyanın bütün sahələrini əhatə etmək və onların inkişafına nail olmaqdır. Digər klinikalardan fərqli olaraq, “Mayomed”də bütün xəstəliklərin fizioterapevtik müalicəsi təşkil olunub.
Fizioterapiya deyəndə, adətən, sinir sistemi xəstəlikləri və oynaq xəstəliklərinin müalicəsi nəzərdə tutulur. Amma əslində bu, belə deyil. Ümumiyyətlə, uroloji xəstəliklər, mədə-bağırsaq sistemi, limfa sistemi və s. xəstəliklərdə fizioterapiyadan uğurla istifadə olunur. Yeri gəlmişkən, limfa sistemi xəstəlikləri bu gün çox geniş yayılıb. “Mayomed” klinikasında limfa xəstəliklərini aradan qaldırmaq üçün bütün prosedurlar mümkündür.
– Misal üçün limfadrenaj. Bu, həm avadanlıqlar vasitəsilə, həm də massajlar vasitəsilə həyata keçirilir. Bu müalicə habelə medikamentoz yolla təşkil olunmuşdur.
Pnevmomassaj aparatımız var. Limfa sisteminin təmizlənməsi üçün çox gözəl vasitədir.
Bundan başqa, limfa xəstəliklərinin əl ilə müalicəsi də həyata keçirilir. Onu da deyim ki, limfodrenaj üçün istifadə etdiyimiz avadanlıqlar bir çox klinikalarda yoxdur.
“Mayomed”də hirudoterapiya vasitəsilə (zəli ilə müalicə) də qan və limfa sisteminin təmizlənməsi həyata keçirilir.
– Ən çox dayaq-hərəkət sistemi xəstəlikləri ilə. Buraya daxildir revmatoid artrit, revmatizm, artroz, osteoparoz və s. Bu xəstəliklərin müalicəsində bir sıra aparatlardan istifadə edilir. Məsələn, burulğanlı vanna - hidromassaj. Çox əhəmiyyətli müalicə metodudur. Əsasən, şəkərli diabet xəstələrinin aşağı ətraf problemlərində bu üsuldan istifadə edirik.
Oynaq xəstəliklərində - skalioz, kifoz, osteoxandroz, onurğa yırtıqlarının müalicəsində həm medikamentoz müalicə, həm də fizioterapiya tətbiq olunur.
Klinikamızda zərbə-dalğa terapiyası da geniş tətbiq edilir. Bunu həyata keçirən aparat klinikamız açılan gündən mövcuddur. Ən çox daban mahmızı xəstəliyində istifadə olunur. Bununla yanaşı, istilik müalicələri də tətbiq olunur. Buraya vulkan palçıqları və parafin müalicəsi aiddir. Onların vasitəsilə yumşaltma prosesi aparılır, daha sonra zərbə-dalğa terapiyası çox gözəl effekt verir.
Çox istifadə etdiyimiz vasitələrdən biri də fonofarezdir. Həm əzələlərin, həm sümüklərin müalicəsində uğurla istifadə olunur.
Lazer terapiyasını – osteoparozda, artrozlarda, radikulitlərdə istifadə edirik.
– Qiymətlər bir seans üçün 10 AZN-dən başlayır və terapiyanın növündən asılı olaraq dəyişir. Ancaq qiymət müəyyənləşdirilərkən mütləq pasiyentin maddi durumunu da nəzərə alırıq. Yəni çalışırıq ki, pasiyent qiymətə görə müalicədən qalmasın.
Elə vaxtlar olub ki, maddi çətinliyi olan pasiyentlərə təmənnasız xidmət göstərmişik.
– Pasiyentlərə şəxsən qayğı göstərirəm. Terapevt olaraq yanaşmanı müəyyənləşdirirəm. Ola bilər ki, pasiyent özü düzgün qərar verməsin – həkim seçimində və ya prosedur seçimində yanılsın. Mən buna yol vermirəm. Müalicə müddətində də hər gün onlara baş çəkirəm, şikayətlərini, arzularını dinləyirəm və istənilən narazılığı aradan qaldırmağa çalışıram.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.