“Elə xəstəliklər var ki, özünü yeddi ilə göstərir”
“Mayomed” klinikasının həkim-revmatoloqu Sevinc Həsənova “Həkim Tap”a müsahibə verib:
Revmatologiya oynaqların iltihabi və degenerativ və distrofik, eləcə də birləşdirici toxumanın sistem xəstəliklərini öyrənir. Birləşdirici toxuma bütün orqanizmində var, ona görə də revmatologiya çox geniş və mürəkkəb bir sahədir. Burada 200-dən çox xəstəlik var və dəqiq diaqnoz qoymaq üçün həkimdən yüksək peşəkarlıq tələb olunur.
Hələ internaturada oxuyarkən bizə nadir xəstəliklər kimi təqdim olunan revmatoid artrit, qırmızı qurd eşənəyi, dəmrovlu artrit, düyünlü eritemaya, Reyno sindromuna indi təəssüf ki, hər beş nəfərdən birində rast gəlinir.
Gənclərin çoxu mənə Reyno sindromu ilə müraciət edirlər. Bu sindrom toxumaların 50 faizində ola bilər. Bu zaman əllər barmaqlar ağarır, göyərir, qızarır, şişlər də müşahidə oluna bilər. Yanıma belə pasiyent gəldikdə artıq beynimdə beş diaqnozu götür-qoy edirəm. Ola bilsin sırf Reyno sindromu olsun, bu zaman hesab edin ki, xəstənin bəxti gətirib, yəni başqa ağır xəstəliyi yoxdur. Buna baxmayaraq, pasientə tapşırıram ki, ildə bir dəfə təkrar müayinəyə gəlsin və mən əmin olum ki, xəstəlik ağır formaya keçməyib.
Bu xəstəliklərin diaqnostikası da çox ağırdır. Bəzən elə olur ki, hər hansı əlamətlərə görə erkən fazada müəyyən xəstəlikdən şübhələnirsən və bir müddət sonra bu, özünü doğruldur. Amma elə xəstəliklər var ki, yeddi ilə özünü göstərir. Bir pasiyentim var idi, dəmrovlu artritlə daxil olmuşdu, düzü başqa bir mütəxəssisin yanından gəlmişdi. Xəstəliyi ağırlaşmışdı deyə, o, həkimə qarşı aqressiv idi. Mən ona başa saldım ki, bu həkimin günahı deyil, sadəcə, pasiyent ilk mütəxəssisə erkən fazada müraciət edib və o vaxt üçün ciddi simptomatika yox idi. İndi isə bütün klinika üzə çıxıb – 7 ildən sonra!
Qarışıq müalicə metoduna üstünlük verirəm. Mən müalicəmdə həm də homeopatiyadan istifadə edirəm. Amma etiraf edim ki, revmatologiyada yalnız homeopatik müalicədən istifadə etmək olmaz. Əgər xəstə ağır formada daxil olubsa, onu əvvəlcə klassik medikomentoz yolla müalicə edirəm. Remissiya əldə etdikdən sonra homeopatiyanı tətbiq etmək olar. Sizə onu deyim ki, qarışıq müalicə çox gözəl effekt verir. Bundan başqa, təcrübəmdə girudoterapiya (zəli ilə müalicə) və akopuntura ilə müalicəni də tətbiq edirəm.
Səbəb çoxdu – birincisi qidalanma, daha sonra, neft ölkəsiyik və neft çıxarılan zaman ayrılan qazlar atmosferi güclü zəhərləyir, stress çoxalıb və əlbəttə ki, hipodinamiya. Müasir insan çox hərəkətsizləşib. Sadaladıqlarım, passiv həyat tərzi fonunda müxtəlif problemlərə, həmçinin, revmatoloji xəstəliklərə gətirib çıxarır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.