Пн-Пт

08:00-19:00

Сб

08:00-19:00

Вс

Выходной
Hind Klinikası

Выберите врача

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса

“HİND KLİNİKASI” 2004-cü ildən fəaliyyət  göstərir. Hind klinikasında müxtəlif tibbi sahələrdə ixtisaslaşmış həkimlər çalışır. Onların sayəsində minlərcə xəstə Hind klinikasında şəfa tapıb sağalmışdır.

Ginekoloq Dr. Rajani DꞌMello, Tibb  elmləri namizədi, sonsuzluğu və ginekoloji xəstəlikləri özünəməxsus metodikası ilə həyata keçirir. Onun unikal metodikası barədə 2001–ci ildən bəri  İngiltərədə , Malayziyada , Cənubi Afrikada , Fransada,   Estoniyada və Almaniyada təsdiqlənmişdir. Sonsuzluqdan əlavə, Hind klinikasında kiçik çanaq orqanlarının iltihabı, yumurtalıqların polikistozu, toksikozlar, endometrioz,  və s. müayinə və mualicə olunur. Rajani xanım aybaşı pozulması və qanaxmaları, klimaks problemləri, eroziyalar, poliplər, infesiyalar, miomalar kimi xəstəlikləri uğurla müalicə edir. Ailə planlaşdırması məsələlərinə də (spiral, kontrasepsiya) kömək edir.

Androloq və damar cərrahı Dr. Ronald DꞌMello-nun kişi sonsuzluğu, prostatit, uretrit,  kişi cinsi zəifliyi müalicələrində unikal metodları vardır. Dr. Rajani və Dr.Ronaldın fəaliyyətlərinin nəticəsidir ki, Azərbaycanda 860  sonsuz cütlüyə övlad nəsib olmuşdur.

Ozonterapiya,  İynəbatırma, Hydrokolonoterapiya, Plazmaferez, Lazerterapiya, Maqnitterapiya, Elektro-terapiya, Ultrasəsterapiyası, Hidrokolonterapiya və Krio cərrahiyyə, professional massaj kimi üsulları qeyd etmək olar.

Azərbaycanda ilk dəfə olaraq, doctor Racani ozonterapiyanı müalicə üsulu kimi 1997-ci ildə qinekologiya sahəsində tətbiq edib. O, ozonterapiyadan toksikoz, qanazlığı, infeksiyalardan, vaxtsız doğuşlardan, müxtəlif iltihabi xəstəliklərindən uzaq olmaq üçün istifadə edir.

Hind klinikasında İynəbatırma müalicəsi   (akupunktura) müxtəlif ağrıları götürür, xəstənin bərpasını təmin edir. Stress və xroniki yorğunluğun  müalicəsi üçün uğurla istifadə olunur.

Bütün müalicəyə ehtiyacı olan xəstələr yararlansın deyə, klinikada mütamadi olaraq müxtəlif endirim kampaniyaları keçirilir Xətta klinika həkimləri ucqar kəndlərdə əhaliyə təmənnasıq xidmət edirlər.

Keyfiyyətli xidmətləri ilə tanınan “HİND KLİNİKASI” çoxsayılı mükafatlara layiq görülmüşdür. Bunların arasında “Milli Mükafat Uğur 2010", “Yaxşıların Yaxşısı”,”Zirvədəkilər” mükafatlarını göstərmək olar. Sonsuzluğun müalicəsində onun əhəmiyyətli nailiyyətləri və fəaliyyətləri nəzərə alınaraq, Dr. Rajani 2012-ci ildətarixində Almaniyanın Hannover şəhərində Albert Schweitzer diplomu və medalı ilə mükafatlandırılmışdır.