Пн-Пт

09:00-18:00

Сб

09:00-18:00

Вс

Выходной
İnci Psixoloji Reabilitasiya Mərkəzi

Выберите врача

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса
Uşaqların nitqində olan problemlər hekimtap.az

Uşaqların nitqində olan problemlər

3340
Автор: Loqoped Leyla Əliyeva , Əlaqə: 055 365-10-20

Опубликовано: 20.11.2019
İnci Psixoloji Reabilitasiya Mərkəzi

2-4 yaşlı uşaqların nitqində olan problemlər

Ünsiyyətin insan həyatında rolu nədən ibarətdir? Danışmaq, ünsiyyət qurmaq insanın sosial həyatında önəmli proseslərdəndir. Səlis danışıq, aydın dil hər kəs tərəfindən xoş qarşılandığı halda, kəkələmək, fikrini izah edə bilməmək, ən pis halda isə danışa bilməmək insanlar arasında elə də xoş qarşılanmır. Belə insanlar hər zaman ətrafdakılar tərəfindən "yazıq", "bəxti gətirməyən" adlandırılırlar. Elə buna görə də, körpənin dil açması valideynləri tərəfindən böyük bir sevinclə qarşılanır. Əksər ailələr isə uşaqlarının danışmaq ərəfəsində onların sadəcə susub baxmasını izləyirlər. Lakin hər susan uşaq “sonuna kimi danışmayacaq”, yaxud “dilində qüsuru olacaq” demək deyil. Vaxtında nəzarət olunan, problemləri aradan qaldırılan uşaqlar gələcək həyatlarında da maneələrlə üzləşmirlər.
     
Uşaqların gec dil açmasına səbəb olan amillər hansılardır? Nevroloji səbəblər, uşaqlarda anadangəlmə spastik xəstəliklər, autizm uşaqların gec dil açmasına səbəb olur. Bunların əsasında isə sinir sistemindəki pozğunluqlar durur. Menengit, zədə, damar mənşəli xəstəliklər, əzələ xəstəlikləri, beyinə təsir edən infeksiyalar da uşaqlarda dil və danışma pozğunluğuna səbəb olur. Uşaqların gec danışması, nitqində qüsurların olmasının əsas səbəblərindən biri də ailədə uşaqlarla ünsiyyətin qurulmamasıdır. Uşaqlar danışdıqda onu diqqətlə dinləmək lazımdır, hətta, danışdığı önəmsiz olsa belə. Çünki uşaq ona ciddi yanaşıldığını görəndə danışma həvəsi yaranır ki, bu da nitqin inkişafına müsbət təsir edir.
     
Nitq qüsurlarının səbəbləri hansılardır? Nitq qüsurlarının səbəbləri müxtəlif olur. Bəzi hallarda danışmada olan ləngimə genetik olur, bəzi hallarda isə bunun çox ciddi səbəbləri ortaya çıxır .1 yaşında uşaq adını çağıranda reaksiya vermirsə, yaxud da, məsələn, babasına  "baba” demirsə, hər kəsə "baba” deyirsə, bu, söz deyil, heca hesab olunur. Nitq qüsurlu insanların əksəriyyətində özünəinam hissi zəif olur. Adətən, bu problemə uşaq yaşlarında daha çox təsadüf edilir. Uşaqlarda onun bir neçə formasına rast gəlmək mümkündür.
   
Nitq qüsurunun formaları hansılardır? Nitq qüsururnun aşağıdakı formaları ayırd edilir:

a) Alaliya– baş beynin hər hansı bir hissəsinin inkişafdan qalması və yaxud patologiyası səbəbindən nitqin olmamasıdır;
b) Dizartriya-mərkəzi sinir sistemində güclü zədələnmələr nəticəsində baş verir və uşaqlarda tənəffüs zamanı sözün bir hissəsi tamamilə itir. Bəzi dizartriyaları dislaliliya ilə qarışdırırlar, lakin dizartriyalarda sözün bir hissəsi itir, dislaliyalarda isə hərf dəyişdirilir. Nitq patologiyasının səbəblərindən biri də dislaliyadır ki, bu zaman sözlərdə hərfin ifadəsi dəyişir.
c) Rinolaliya- burun-udlaqda adenoidlər və ya burun çəpərində yaranan əyrilik nəticəsində sait səslər ağızdan yox, burundan ifadə olunur. Buna  “tın-tın” danışmaq da deyirlər;
d) Loqonevroz, yəni kəkələmə, söz axınının, səs tembrinin və yaxud heca ritminin pozulmasıdır. Bu forma getdikcə ağırlaşmağa meyilli olur.

Nitq problemlərinin patogenetik səbəbləri də müxtəlif olur:
-uşaqla valideyn arasında əlaqənin olmaması, yaxud zəif olması;
-beyin qabığının ləng inkişafı və somatik xəstəliklər və s.

Nitq qüsurunun əmələgəlmə səbəblərindən biri də autizm sindromudur. Normal uşaqlarda 1yaşında göstərici- barmaq formalaşır, yəni uşaq istədiyini barmağı ilə göstərir, 2 yaşına doğru isə nitqi formalaşır, fikrini sözlər və qısa cümlələrlə ifadə edir. Autizmli uşaqların isə öz dünyası olur. Onlar ətraf mühitdən təcrid olunur, bir hərəkətin, yaxud bir əşyanın üzərində təkrarlayıcı hərəkətlər edirlər. Bu uşaqların söz ehtiyatı yalınız bir-iki sözdən ibarət olur və həmin sözlər daim təkrarlanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az