Пн-Пт

09:00-18:00

Сб

09:00-18:00

Вс

Выходной
İnci Psixoloji Reabilitasiya Mərkəzi

Выберите врача

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса
Psixologiyada öz əksini tapmış fərqli sindromlar hekimtap.az

Psixologiyada öz əksini tapmış fərqli sindromlar

4336
Автор: Psixoloq Şəbnəm Əndəlifova , Əlaqə: 055 365-10-20

Опубликовано: 14.01.2020
İnci Psixoloji Reabilitasiya Mərkəzi

Psixologiya elmi qədim tarixə məxsusdur. Psixologiya elmi insanların fərdi-psixoloji xüsusiyyətlərini və şəxsi keyfiyyətlərinin təşəkkülü və dəyişməsini öyrənir. İnsanın psixoloji keyfiyyətlərinin məcmusu, onu digər insanlardan fərqləndirir, onun fəaliyyətini təşkil edir. Bu dəfə az rast gəlinən , fərqli, maraqlı və heyrətlənəcəyimiz bir neçə sindromlarla tanış olacağıq. Əvvəlcə baxaq sindrom nədir? Tibbdə və psixologiyada sindrom termini eyni vaxtda baş verən kliniki aşkar olunmuş simptomların oxşarlığına əsaslanır. Belə ki, xüsusiyyətlərdən biri digər xüsuiyyətlərin olması barədə xəbərdarlıq edir.

Otello sindromu - "Qısqanclıq hər zaman sevginin göstəricisi deyil".
Patoloji qısqanclıq kişilərə nisbətən, qadınlarda daha çox görülür və hər iki cinsdə fərqli şəkildə biruzə verilir. Qadınlar patoloji qısqanmanı daha emosional şəkildə və içəqapalı olaraq yaşayır. Kişilərdə isə qısqanclıq daha çox hərəkətlərində şiddət və cinayət olaraq üzə çıxır. Bu sindroma tutulan insanlar olmayan şeyləri olmuş kimi düşünürlər.
Əsas xüsusiyyətləri:
Yüksək səviyyədə aldatılma qorxusu; 
Hər kəsdən, hər şeydən qısqanmaq; 
Təhqir edərək qarşılarındakı şəxsi dəyərsiz hiss etdirmək; 
İdarə edilə bilməyən və aşırı reaksiyalar; 
Şiddətə meyillilik . 
Bəs niyə Otello sindromu-? Bu sindrom adını Uilyam Şekspirin Otello oyunundan alıb. Orada Otello xanımı Desdemonanın onu aldatdığını düşündüyünə görə onu haqsız yerə öldürür. Sonradan həyat yoldaşını günahsız yerə öldürdüyünü bilərək “Mənim üçün ağılsızca, amma çox sevən biri deyin. Asan qısqanmayan, amma bir dəfə qısqandısa, özünü itirən, biri deyə bəhs edin” deyir və özünü də öldürür.

Yad əl sindromu – “Alien” sindromu da adlandırılan bu xəstəlik əllərdən birinin nəzarətdən kənar hərəkətlər etməsi kimi əlamətlərlə  özünü göstərir. 
Kənardan baxıldığında bu hərəkətləri xəstənin etdiyini düşünmək olur, ancaq həmin hərəkətlər xəstənin istəyindən kənar edilir. 
Sindromun yaranma səbəbi nədir? İnsanda və onurğalı heyvanlarda vestibülyar aparat deyilən bir nəsnə var. Vəzifəsi başın və bədənin fəzada vəziyyətinin dəyişməsini, habelə bədənin hərəkət və istiqamətini qavramaqdır. Vestibülyar aparat pozulanda hərəkətlərdə koordinasiya pozulur, bədən müvazinətini itirir və s. Sanki vestibülyar aparatımız pozulub. Əl oğurlayır, dil vətəndən danışır… Qulaq bir şey eşidir, göz başqa şey görür. Bizi depressiyaya sürükləyən də bunlardır, bəlkə… Bu sindroma nə vaxt rast gəlinib? İlk dəfə ötən əsrin əvvəllərində Almaniyada qeydə alınıb. Bir qadının sol əli özünün boğazından tutub boğurmuş. Qadının boğazını sol əlindən güclə alıb xilas ediblər. Tibdə buna “yad əl sindromu” adı verilib… …Sanki bir yad əl bizi boğur. Kənardan bizə düşmən lazım deyil. Bizi özümüzlə baş-başa qoymaq kifayətdir. 

Gəzən cəsəd sindromu - Xəstəliyi kəşf edən Kotardın adıyla 
xatırlanan bu xəstəlik zamanı xəstələr özlərinin ölü olduqlarına və bədənlərinin bir qisminin çürüdüyünə inanırlar . Şizofreniya və bipolar pozğunluq olan insanlarda daha çox rastlanan bu xəstəlik, miqren, şiş və travma alan insanlarda da görülə bilər. Yaşanmış hekayə -Olduqca az rast gəlinən sindrom 2008-ci ildə 53 yaşında filippinli bir qadında müşahidə edilib. Ölü olduğunu söyləyən qadın ailəsindən meyitxanaya aparılmasını istəyib. Nadir rast gəlinən bu sindromda sayıqlamalar, özündən və dünyadan təcrid olunma, ölümsüzlük düşüncələri, hallüsinasiyalar, intihar düşüncələri və pessimizm müşahidə edilir. Bu sindroma kişilərə nisbətən qadınlarda daha çox rast gəlinir. Xəstəliyin başlanğıc yaşı 52-dir. Araşdırmalar zamanı xəstəliyin bir çox psixiatrik və orqanik xəstəliklərlə əlaqəli ola biləcəyi ortaya çıxıb. Belə ki, xəstəliyə tutulmuş şəxs bu vəziyyətdə hər şeyini itirmiş olduğundan şikayətlənir. Bədəninin bir qismini və ya hamısını itirdiyini, ümumiyyətlə, öldüyünü və gəzən bir cəsəd olduğunu düşünür. Xəstə üstündə böcək, ya da soxulcan gəzdiyini düşünər, hətta çürüdüyünə və cəsəd kimi iyləndiyinə inanar. Xəstəliyin sonrakı mərhələsində xəstə insanı yuxudan məhrum edən kokain ağrısı yaranır. Xəstə ölü olmaq və ölü olmamaq fikirləri arasında əzab çəkməyə başlayır.

"Peter Pan" sindromu - Bu sindroma sahib insanlar, böyüməkdən qorxan uşaqlar ,bununla yanaşı böyüklərdə də ola bilər. Özünü uşaq kimi hiss edib belə davranışlar sərgiləyən insanlarda rast gəlinir. Peter Pan sindromlu insanlar böyüklərin götürdüyü məsuliyyətlərdən qaçırlar.
Peter Pan sindromunun əsas xüsusiyyətləri? 
Bu sindroma malik insanlar böyümək və yaşlanmaq istəmir.
İşə başlamaq, ailə qurmaq, övlad sahibi olmaq kimi yetkin insanlar üçün normal olan fəaliyyətlərin heç birini həyata keçirə bilmirlər. 
İnsan fərdi məsuliyyətlərindən qaçıb, rahat və qayğısız həyat sürmək istədikləri üçün ailələrinin yanında yaşamağı üstün tuturlar. 
Bazar ertəsi sindromu- Belə sindromu olan insanlar həftənin başlanması ilə əlaqədar yeni iş həftəsini, çətin dərs rejimini və s. düşünərək həftəsonu tətilində dincəlmək əvəzinə özlərinə əzab verirlər. Maraqlıdır ki, ilk iş günündən sonra çətinliklər unudulsa da növbəti həftəsonunda bu hal yenidən təkararlanır.Hər bir sindromun yaranma səbəbləri, xüsusiyyətləri ailə daxili münasibətlərdən və gündəlik yaşam tərzindən aslı ola bilər. Bunlar araşdırılmalı və hər bir sindrom üçün müailicə metodları və texnikaları müəyyən edilməlidir. Çarəsizlik bu sindromlara düçar olmaq deyil, çarəsizlik ilk addımı ata bilməməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az