Пн-Пт

Выходной

Сб

Выходной

Вс

Выходной
AYSMED KLİNİKASI

Выберите врача

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса
Uşaqlarda qusma
 hekimtap.az

Uşaqlarda qusma

139957
Автор: Allerqoloq -Pediatr 050 863 66 88

Опубликовано: 27.04.2018
AYSMED KLİNİKASI

Bütün valideynlər uşaqlarda qusmanın nə olduğunu bilirlər, belə ki, bu, tez-tez rast gəlinən bir haldır. Lakin təcrübədə qusma ilə üzləşdikdə çoxları özlərini itrir, ilkin yardımı necə göstərmək lazım olduğunu, haraya zəng vuracaqlarını bilmirlər. Bu məqalədə uşaqlarda qusma haqqında ətraflı məlumat və valideynlərə tövsiyələr veriləcək.

Qusma nədir?

Qusma müdafiə mexanizmi olub, mədə daxilindəki maddələrin ağızdan (və ya burundan) reflektor olaraq qayıtmasıdır. Tutma zamanı qarın əzələsi sıxılır, qida borusu genişlənir və mədə daxilindəki hər şeyi qida borusu boyunca yuxarı itələyir. Bu, kifayət qədər mürəkkəb bir proses olub, uzunsov beyində yerləşən qusma mərkəzi tərəfindən tənzimlənir.

Uşaqlarda qusmanı yaradan səbəblər

Əksər hallarda qusma kütləsi həzmə getməmiş qida və mədə şirəsindən ibarət olur. Bəzən burada irin, qan və ya öd qarışığı müşahidə edilə bilər.

Uşaq qusmasının ən geniş yayılmış səbəbi – qida zəhərlənməsidir. Qusma, həmçinin müxtəlif infeksion xəstəliklərdə, məsələn, rotavirus infeksiyası, skalatina, tif zamanı da yarana bilər.

Bəzən belə problem ciddi böyrək xəstəlikləri zamanı  orqanizmə yığılmış toksinlər səbəbindən də ortaya çıxa bilər.

Qusma tutmalarının digər səbəblərindən  mədə-bağırsaq xəstəliklərini, nevroloji diaqnozları, baş-beyin travmalarını göstərmək olar.

Uşaqlarda qusmaya emosional sarsıntı hallarında da rast gəlinir.

Uşaqlarda qusmanın növləri

Mütəxəssislər uşaq qusmalarını bir neçə növə bölüblər:

 – Tsiklik qusma (asetonemik);
 – Böyrək;
 – Hepatogen;
 – Diabetik;
 – Kardial;
 – Serebral;
 – Qanlı.

Əksər hallarda uşaqlarda qusma gecə saatlarında baş verir. Belə olan hallarda soyuqqanlı və inamlı olmaq lazımdır.

Uşağın yaşı nə qədər az olarsa, qusma onun üçün bir o qədər təhlükəlidir. Çünki bu halda orqanizmdə susuzlaşma, nəticədə də isə ölüm baş verə bilər.

Uşaqlarda birdəfəlik qusma (əlavə simptomlar olmadan) ciddi narahatçılıq yaratmalı deyil. Məsələ ondadır ki, bu yolla orqanizm yığılmış toksinlərdən, həzmə getməyən qida elementlərindən azad olur. Lakin qusma təkrar-təkrar baş verərsə, həmçinin digər yanaşı simtomlar qeydə alınarsa valideyn etinasızlığı faciəvi sonluqla nəticələnə bilər.   

Yuxarıda qeyd olunduğu kimi, uşaqlarda qusma tutmalarına əsas səbəb qida zəhərlənmələridir. Zəhər uşağın orqanizminə müxtəlif qida məhsulları- süd, ət, dəniz məhsulları, meyvə-tərəvəz vasitəsilə düşə bilər.

Əksər hallarda qusma refleksini meyvə və tərəvəzlərin yetişdirilməsində  və işlənməsində istifadə olunan nitrat və pestisidlər yaradır. Hətta çox keyfiyyətli ət məhsulları düzgün hazırlanmazsa, güclü zəhərlənməyə səbəb ola bilər.

Mütəxəssislər qeyd edirlər ki, qida zəhərlənməsinin simptomları yeməkdən 4-48 saat sonra özünü göstərir.  

Əksər hallarda qida qəbulundan yaranan qusmanı ev şəraitində dayandırmaq olur. Lakin elə hallar var ki, valideynlərin müstəqil müdaxilə etməsi düzgün deyil.

Həkim yardımına aşağıdakı hallarda ehtiyac var:

 – 0-3 yaşlı uşaqlarda qusma baş verərsə.
 – Qusma bədən hərarətinin qalxması fonunda baş verərsə.
 – Qusma, ishal və qarında ağrılar (bunlar hamısı və ya simtomlardan bəzisi) iki sutkadan artıq davam edərsə.
 – Elə situasiyalar var ki, uşağa təcili yardım tələb olunur. Bunlar aşağıdakılardır:
 – Qusma göbələkli qidadan sonra baş verərsə.
 – Qusma elə intensivdir ki, uşaq su içə bilmir.
 – Qusma huşun pozulması, nitq qüsuru, hərəkər koordinasiyasının pozulması, selikli qişaların quruması, səpgilərin əmələ gəlməsi ilə müşayiət edilərsə.
 – Qusarkən damarların gözlə görülə biləcək səviyyədə gərilməsi müşahidə edilərsə.
 – Çoxsaylı qusma fonunda sidiyə getmə 6 saatdan çox baş verməzsə, sidik tünd rəng alarsa.
 – Qusma və (və ya) nəcis kütlələrində qan, irin qarışığı olarsa.

Uşaqlarda qusma zamanı həkim yardımınadək görülən tədbirlər

Həkimin gəlişinədək uşağı böyrü üstə qoymaq lazımdır ki, növbəti qusma zamanı qusuntu kütləsindən çeçəmə baş verməsin.

Südəmər uşağı yenə də böyrü üstə, qucaqda saxlamaq lazımdır. Heç bir dərman preparatı verməyə ehtiyac yoxdur.

Qeyd etmək lazımdır ki, südəmər körpədə qusma halları həzm funksiyalarının formalaşması fonunda təbii proses kimi də dəyərləndirilə bilər. Lakin bu dəyərləndirməni həkim verməlidir.

Bundan başqa, südəmər körpələrdə qusma qidanın artıqlığından da yarana bilər.

Qusma başqa xarakterli də ola bilər – allergik, travmatik, həmçinin iltihabi. İstənilən halda qusmaya biganə yanaşmaq olmaz, əks halda ağır fəsadların ortaya çıxması mümkündür.

Uşaqlarda qusma zamanı valideynlərin görəcəyi tədbirlər

Beləliklə, valideynlər müxtəlif xalq təbabəti üsullarından istifadə edərək qusmanı nəyin bahasına olursa-olsun dayandırmağa çalışmaqdansa, diqqətlə müşahidə aparmalıdırlar. Bu müşahidələr əsasında həkimə aşağıdakı məlumatları çatdırısanız ona kömək etmiş olarsınız:

 – Qusmanın tezliyi və periodikliyi (qusma nə qədər müddətdən bir başverir və nə qədər davam edir).
 – Növbəti qusmadan sonra uşaq rahatlaşırmı və qarındakı ağrı azalırmı.
 – Qusuntu kütləsinin təqribi kütləsi, onun rəngi və hansısa qarışığın olub-olmamasını.
 – Uşağın son ildə, son iki həftədə hansı xəstəliklər keçirdiyini.
 – Uşaqğın nə yediyini və valideyndə qida zəhərlənməsinə dair şübhənin olub-olmamasını.
 – Son iki həftədə uşağın çəkisindəki dəyişikliyi.

Uşaqlarda qusmaya dair həkim tövsiyəsi

Uşağı yedizdirmək lazım deyil, lakin maye vermək çox vacibdir. Qusma zamanı mayeninin içizdirilməsi ciddi yanaşma tələb edir. Əvvəla, maye az-az, amma tez-tez verilməlidir - bir dəfəyə bir neçə qurtum içizdirmək şərtilə. İkincisi, mayenin temperaturu bədən temperaturuna uyğun olmalıdır ki, orqanizmdə tez sovrulsun və uşağı susuzlaşmadan qorusun. O ki qaldı məhz hansı mayenin qəbul olunmasına, mütəxəssislər bunun üçün peroral rehidratasiya məhlullarını tövsiyə edirlər. Bundan başqa, qazsız mineral sular, çay və ya kompotlardan istifadə etmək olar.

Mayeyə qətiyyən şəkər, mürəbbə və ya bal əlavə etmək olmaz. Əgər uşaq tövsiyə olunanları içməkdən boyun qaçırarsa, ona xoşladığı içkiləri təklif edin. Bu şirə və ya başqa bir şirin içki ola bilər. Lakin bu zaman həmin mayeyini su ilə qarışdırmaq lazımdır,o həddə qədər ki, alınmış məhlul maksimum şəffaf olsun.

Uşağı müalicə müəssisəsinə müstəqil aparmaq məsləhət deyil.  Belə ki, avtomobildə yırğalanma zamanı yenidən qusma halları baş verə bilər.  

Mütəxəssislər valideynləri ayıq-sayıq olmağa çağırır və tövsiyə edirlər ki, qusmanı ara həkimlərinin köməyi ilə “müalicə” etməsinlər. Əks halda, bu cür “müalicə” uşağın vəziyyətini daha da ağırlaşdıra bilər.

Qusmadan sonra uşağı tədricən – mədəni yükləmədən, kiçik porsiyalarla qidalandırmağa başlamaq lazımdır. Yağlı, şirin, duzlu və turş qidalardan çəkinmək məsləhətdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az