Пн-Пт

Выходной

Сб

Выходной

Вс

Выходной
AYSMED KLİNİKASI

Выберите врача

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса
Uşaqlarda qızılca xəstəliyi
 hekimtap.az

Uşaqlarda qızılca xəstəliyi

5829
Автор: Pediatr Elşən Tağıyev

Опубликовано: 05.06.2018
AYSMED KLİNİKASI

Uşaqlarda qızılca xəstəliyi nədir?

Uşaqlarda qızılca xəstəliyi infeksion xəstəliklər arasında xüsusi yer tutur. Bu xəstəlik uşaqlarda özünü yüksək temperatur, xarakterik səpgilər, boğazda ağrı, öskürək və orqanizmin intoksikasiyası kimi əlamətlərlə büruzə verir. Qızılca xəstəliyi bəzən ağır gedişatlı olub, ölümlə nəticələnə bilər.

Qızılca infeksiyasının mənbəyi – yoluxmuş insandır, virus hava-damcı üsulu ilə keçir və yüksək kontagionezliyi ilə fərqlənir.

Uşaqlarda qızılca xəstəliyinin əlamətləri

Uşaqlarda qızılca xəstəliyi özünü aşağıdakı əlamətlərlə büruzə verir:
 – Bədən hərarətinin qalxması;
 – Yuxunun pozulması, qıcıqlandırıcılara qarşı hiperreaksiya, ərköyünlük;
 – Rinit;
 – Öskürək;
 – Konyuktivit;
 – Üzün şişkinliyi;
 – Qarında ağrı, iştahanın pozulması, defekasiyanın tez-tez baş verməsi, ürəkbulanma, qusma və.s

Uşaqlarda qızılca xəstəliyinin diaqnostikası

Qızılca infeksiyasının kliniki mənzərəsi onu əksər hallarda vizual müayinədən sonra müəyyənləşdirməyə imkan verir. Lakin xəstəliyin ilkin mərhələlərində - yüngül və ya atipik gedişat zamanı skarlatina, məxmərək, infeksion eritema və s. xəstəliklərlə differensasiya aparmaq vacibdir.  

Müasir müayinə metodları sayəsində (xüsusən də immunoferment analiz) qanın spesifik antitellərini aşkara çıxarmaq olur ki, bunun əsasında xəstəliyin forması müəyyənləşdirilir. Bu cür müayinənin  aparılması üçün qanın immunoqlobin tərkibini müəyyənləşdirirlər.  

Əlavə müayinə üsulları diaqnoza yönəldiməsə də, onun vasitəsi ilə prosesin inkişaf xarakteri və ağırlaşma ehtimallarını müəyyənləşdirmək olur. 

Uşaqlarda qızılca xəstəliyinin müalicəsi

Birbaşa paramiksovirussla mübarizə aparacaq xüsusi preparat hələ ki, mövcud deyil. Müalicə simtomların zəiflədilməsinə və ya ağırlaşmaların qarşısının kəsilməsinə yönəldilir.

Zərurət olarsa, elektrolit məhlullardan istifadə edilir. Vitamin balansını normallaşdırmaq məqsədilə monopreparat və ya polivitaminlər təyin edilir.

Simptomatik terapiya xəstəliyin hansı simtomlu gedişata malik olmasından asılıdır.

Uşaqlarda qızılca xəstəliyinin profilaktikası

Qızılca xəstəliyinin ağırlaşmaları çox təhlükəlidir. Onlara misal olaraq qızılca pnevmoniyasını, meningit, ensefalit, obstruktiv bronxit və s. göstərmək olar. Ağırlaşmaların qarşısı vaxtında alınmazsa, xəstəlik ölümlə nəticələnə bilər.

Xəstəliyin qarşısını almaq üçün uşaq (1 və 6 yaşlarında) peyvənd olunmalıdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az