Пн-Пт

Выходной

Сб

Выходной

Вс

Выходной
AYSMED KLİNİKASI

Выберите врача

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса
Uşaqlarda dişçıxarma
 hekimtap.az

Uşaqlarda dişçıxarma

2437
Автор: Pediatr Elşən Tağıyev

Опубликовано: 09.06.2018
AYSMED KLİNİKASI

Uşaqlarda dişçıxarma haqda ümumi məlumat

Uşaqların dişçıxarma periodu əksər hallarda 4-7-ci aydan başlayır, özü də müəyyən ardıcıllıqla. Əvvəlcə kəsici dişlər, sonra premolyarlar, azı dişləri və molyarlar çıxır. Uşaqların çoxu bu dövrdə narahat və ərköyün olurlar.Əksər hallarda dişçıxarma fonunda uşağın ağız suyu ifrazı artır, damaqlar iltihablaşır, temperatur müşahidə olunur . Dişçıxarma prosesini yüngülləşdirmək üçün uşağa xüsusi rezin halqalar vermək, damağın möhkləm ağrıları zamanı isə xüsusi sakitləşdirici gellərdən istifadə etmək tövsiyə olunur.

İlk dişlərin çıxma ardıcıllığı və müddəti

Dişlərin inkişafı hələ ana bətnində başlayır. Bəzən belə iddia edirlər ki,dişlər konkret vaxtlarda və konkret sayda çıxmalıdır. Lakin bununla bağlı heç bir dəqiq meyar yoxdur.

Dişlərin  çıxması digər parametrlər kimi (çəki və boyun artması, əmgəyin bağlanması və s.) uşağın və onun valideynlərinin orqanizm xüsusiyyətlətinə görə dəyişir.

Bir qayda olaraq, dişlər belə ardıcıllıqla çıxır: birinci kəsici dişlər (yuxarı və aşağı), ikinci kəsici dişlər (yuxarı və aşağı), birinci böyük azı dişlər (yuxarı və aşağı), köpək dişləri (yuxarı və aşağı) və nəahayət, ikinci böyük azı dişləri. Uşağın 3 yaşınadək bir diş sırasında 20 dişi olmalıdır. Həm də onlar təxminən 6 yaşa qədər – daimi dişlər çıxanadək düşməməlidir. 

Dişçıxarmanın əlamətləri

Dişçıxarma prosesinin əlamətləri uşaqdan uşağa fərdi olaraq dəyişir, hətta dişdən dişə belə dəyişə bilir. Bəzi uşaqlar və onların valideynləri üçün dişçıxarma kifayət qədər mürəkkəb və ağrılı prosesdir. Elə hallar da olur ki, dişçıxarma dövrü heç bir əlamət vermədən keçib gedir.  

Dişçıxarmanın ilk əlamətləri güclü ağız suyu ifrazı, ağrılı və şişmiş damaqlarla özünü göstərir. Bu simtomlar dişlər görünməzdən 1-2 ay əvvəldə başlaya bilər. Uşaqlar diskomfort və ağrıdan narahat yatır, ərköyünlük edirlər, iştaha pozulur, müxtəlif bərk əşyaları gəmirmək istəyi yaranır, uşaq tez-tez əlini ağızında saxlayır.

Bundan başaqa, dişçıxarmağa başlayan uşaqlarda ishal, zökəm, temperatur kimi əlamətlər də özünü göstərir.

Diş çıxarkən ağrıların qarşısını almaq üçün nə etməli?

Əgər uşaq damaq ağrısı fonunda ağlayarsa, çox narahat olarsa, yeməkdən imtina edərsə, o zamann xüsusi ağrıkəsici gellərdən (Ralgel, Kamistad) istifadə etmək olar. Bu cür gelləri barmaq vasitəsilə, ehtiyatla uşağın damağına sürtüb massaj etmək lazımdır. Bu prosesi sutkada 6 dəfə təkrar etmək olar.

Beləliklə, uşaqda yüksək temperatur, güclü zökəm, tez-tez ishal və digər xəstəlik əlamətləri qeydə alınarsa və bu vəziyyət 1-2 gündən artıq davam edərsə, onu mütləq həkimə göstərmək lazımdır. Elə hallar olur ki, həkimlər heç bir xəstəlik aşkar edə bilmirlər, bu zaman ehtimal olunur ki, qeyd olunan əlamətlər dişçıxarma fonunda baş verib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az