Пн-Пт

Выходной

Сб

Выходной

Вс

Выходной
AYSMED KLİNİKASI

Выберите врача

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса
Uşaqlarda dəmir defisiti anemiyası
 hekimtap.az

Uşaqlarda dəmir defisiti anemiyası

6471
Автор: Pediatr Xəyalə Nağıyeva

Опубликовано: 06.06.2018
AYSMED KLİNİKASI

Dəmir çatışmalığı bir çox problemlərə səbəb ola bilər: yorğunluq və saç tökülməsindən tutmuş, anemiyayadək. Milyonlarla insanda bu mirkoelementin defisiti olsa da, problemdən heç şübhələnmirlər də. Dəmir defisiti anemiyasını vaxtında necə aşkar edib və tədbir görməli? Ciddi müalicə qəbul etmədən bunun öhdəsindən gəlmək olarmı? Özünüzü və övladınızı bu problemdən necə qorumalı? Bütün bunlar haqqında məqalədən biləcəksininz.

Dəmir defisiti anemiyası nədir?

Anemiyaların təqribən 70 %-i dəmir çatışmazlığından yaranır. Bu mikroelimentin azlığından hemoqlobin molekullarının əmələ gəlməsi zəifləyir. Nəticədə qanın daşıdığı oksigenin miqdarı azalır. Dəmirin digər toxumalrdakı çatışmazlığı dəri, saç, ürək və həzm sistemi ilə əlaqədar problemlər yaradır. Əgər orqanizm dəmir çatımazlığı hiss edərsə, amma xəstəlik hələ inkişafa başlamayıbsa, bu sideropeniya və ya dəmir defisiti adlanır.

Anemiyaya daha çox qadınların fertillik dövründə, hamiləlik zamanı, eləcə də 12-17 yaşlı yeniyetmələrdə rast gəlinir. Yaşlanma dövründə sindromun yaranma tezliyi kişilərlə qadınlarda eyni olur, hətta kişilər zəif cinsin nümayəndələrini geridə qoyurlar.

Çoxdöllü hamiləlikdən doğulmuş uşaqların 60%-ə qədəri və bir yaşa qədər uşaqlar da dəmir çatışmazlığından əziyyət çəkirlər.

Uşaqlarda dəmir defisiti anemiyasının əlamətləri

Anemiyanən əlamətləri hələ sindrom başlamazdan əvvəl özünü büruzə verir. Daha çox dırnaq və saçlar, mədə və bağırsaqlar, ürək əzələsi, sinir sistemi zədələnir.

Anemiyanın əlamətləri bunlardır:
 – Dərinin quruması;
 – Sınmaya həssas dırnaqlar;
 – Dırnaq formasının dəyişməsi
 – Saç uclarının sınması, zəiflik, rəngin avazıması;
 – Dadın dəyişməsi, diş məcunu, təbaşir, boya və s. yemək istəyi;
 – İylərə qarşı qəribə alüdəçilik;
 – Dodaqların kənarında çatların əmələ gəlməsi.

Hemoqlobin aşağı düşərkən qanın oksigen çatışmazlığı – başgicəllənmə, bayılma müşahidə edilir. Tez-tez ürək döyüntüləri və qulaqda küyün olması qeydə alınır. Gizli və ya aşkar sideropeniyanı müəyyən etmək üçün qan analizi zamanı aşağıdakılar aşkarlanır:

 – Hemoqlobin;
 – Eritrositlərdə hemoqlobinlərin orta tərkibi, eritrositlərdə hemoqlobinin konsentrasiyası;
 – Transferrin;
 – Ferritin;
 – Qanın dəmiri birləşdirmək qabiliyyəti və s.

 Dəmir defisiti anemiyası zamanı qanın dəmiri birləşdirmək qabiliyyətindən başqa, bütün göstəricilər aşağı düşür.

Uşaqlarda dəmir defisiti anemiyasının səbəbləri

Sideropeniya sindromunu yaranma səbəbləri müxtəlifdir: balanslanmamış qidalanma, mədə-bağırsaq xəstəlikləri, qan itirilməsi, dəmirə olan ehtiyacın artması. Məhz sononcu amil hamilə qadınlar və uşaqlarda dəmir defisiti anemiyasının yaranmasına səbəb olur.     

Risk qrupuna daha çox aşağıdakılar aiddirlər:
 – Yeni doğulmuşlar;
 – Aktiv boyatma periodunda olan uşaqlar;
 – Hamilə və süd verən qadınlar;
 – Reproduktiv yaş dövründə olan qadınlar.

Dəmir defisiti anemiyasının əsas faktorlardan biri – hamiləlikdir. Gələcək ana təkcə özünü yox, həm də körpəsini bu mikroelementlə təmin etməlidir. Doğuşadək körpənin orqanizmində 300 mq qədər (ananın orqanizmindən alınmış) dəmir toplanır. Yeni doğulmuş körpələr üçün yegənə dəmir mənbəyi ana südüdür.   

Əgər ananın orqanizmində dəmir kifayət qədər olmazsa, bu çatışmazlıq özünü körpədə göstərəcək. Dəmir sinir toxumasının formalaşmasında iştirak edir və onun defisiti körpənin inkişafına ciddi mane ola bilər.  

Aktiv böyümə zamanı sideropeniya praktik olaraq 50% uşaqlrda inkişaf edir. Qız uşaqları daha aktiv böyüdüyü və menstruasiya öncəsi periodda sideropeniyaya qarşı daha həssasdırlar.

Ümumiyyətlə, qadınlar menstruasiya dövründə müntəzəm olaraq qan itirdiyi üçün dəmir çatışmazlığına daha meyillidirlər, xüsusən də qanaxmalr uzun müddətli və çox olarsa.     

Uşaqlarda dəmir defisiti anemiyasının müalicəsi

Gizli defisit zamanı, yəni hemoqlobin hələ aşağıya düşməmiş qidanı korreksiya etmək, vitamin və biloji aktiv əlavələrin qəbuluna başlamaq kifayətdir.

 Orqanizm dəmirin bağırsaqdan sorulmasını özü gücləndirir və tezliklə demir defisitini aradan qaldırır.

İfadə olunmuş anemiya zamanı artıq xüsusi preparatlar qəbul olunmalıdır. Onların köməyi ilə dəmir ehtiyatı qısa müddət ərzində bərpa olunur, hemoqlobin və eritrosit yaranması aktivləşir.    

Diyeta ciddi anemiya qarşısında acizdir. Lakin düzgün qidalanma birincili dəmir defisitinin qarşısını ala bilər.


Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az