Пн-Пт

Выходной

Сб

Выходной

Вс

Выходной
AYSMED KLİNİKASI

Выберите врача

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса
Uşaqlarda atopik dermatit
 hekimtap.az

Uşaqlarda atopik dermatit

8925
Автор: Pediatr Elşən Tağıyev

Опубликовано: 20.06.2018
AYSMED KLİNİKASI

Uşaqlarda atopik dermatit nədir?

Atopik dermatit dərinin xroniki iltihabi xəstəliyidir. Adətən orqanizmin allergik reaksiyalara irsi meyillik fonunda yaranır.

Atopik dermatitin ilkin əlamətləri dəri qatları, qoltuq, yan nahiyəsində bişməcələr, qulaq arxasında qızartıdır. Bəzən onlar sulu yaralara çevrilir. Adətən üzdə yaranan əlamətlər tədricən bədənin digər nahiyələrinə keçir.   

Uşaqlarda atopik dermatitin yaranma səbəbləri

Əksər hallarda uşaq atopik dermatiti qida məhsullarına allergiya fonunda yaranır. Bundan başqa, diatez orqanizmə tənəffüs yollarından düşən allergenlər – ev tozu, akvarium balıqları üçün quru qidalar, heyvan tükləri və onların dəri hissəcikləri səbəbindən yarana bilər. 

Əgər allergenlərlə kontakt tez-tez baş verirsə, dəri daha da həssas olur və o, adətən paltar üzərində qalan yuyucu tozlardan, paltarın özündən, sabundan, bəzi parçalarla təmasdan, uşağın öz tərindən qıcıqlana bilir. Bu isə öz növbəsində, dəri iltihabını daha da ağırlaşdırır.

Həm də atopik zədələnmə hallarında dəri göynəyir deyə, uşaq həmin nahiyələri qaşıyaraq, oraya infeksiya sala bilər. Ona görə də allergik iltihabla yanaşı, bakterial iltihabın da inkişaf etməsi mümkündür.

Uşaqlarda atopik dermatitin diaqnostikası

Uşağın vəziyyətini yaxşılaşdırmaq məqsədilə pediatrlar, adətən, daha çox allergen sayılan qida məhsullarını – bal, şokolad, kakao, sitruslar, çiyələk, qoz-fındıq və s. – rasiondan çıxarırlar. Lakin allergiya fərdi xarater daşıyır və bir uşaqda hər hansı qida məhsulundan yaranan allergiya, digər uşaqda bu müşahidə edilməyə bilər. Ona görə də simtomlar üzə çıxarsa, allerqoloji müayinədən keçmək lazımdır. Buraya dəri probları və/və ya spesifik E immunoqlobinlərini aşkara çıxaran qan analizləri aiddir.   

Valideynlərə xəbərdarlıq

Bir çox valideynlər diatezi ciddi problem kimi qəbul etmir - onlar əmindirlər ki, uşaq böyüdükcə problem öz-özünə keçəcək. Təəssüf ki, bu həmişə belə olmur və əksər hallarda uşaq vaxtı özünü büruzə verən xəstəlik, böyük yaşlarda da aktual qalır.

Lakin vəziyyət daha ciddi ssenari ilə də  inkişaf edə bilər. Allerqologiyada “atopik marş” adlanan bir məfhum var. Onun mahiyyəti budur -  allergiyaya meyilli olan erkən yaşlı uşaqlarda atopik dermatit müşahidə olunur, sonra onun əlamətləri tədricən səngiyir və belə təəssürat yaradır ki, sanki allergiya keçib getdi. Lakin 5-7 yaşlarında xəstəlik yenidən üzə çıxır. Özü də bu dəfə dəridəki əlamətlərlə yox, bronxial astma, allergik rinit və ya hər iki xəstəliklə eyni zamanda.     

Uşaqlarda atopik dermatitin müalicəsi

Atopik dermatit zamanı dəriyə xüsusi kremlər, mazlar və lasyonlar çəkilir. Onların tətbiqində məqsəd iltihabı azaltmaq, göynəməni aradan qaldırmaq, dərini daha nəm etmək və onun müdafiə xüsusiyyətlərini artırmaqdır.

Uşağın allergenlərlə təmasını minimuma çatdırmaq vacibdir, reaksiya yaranarsa, antihistamin vasitələr tətbiq olunur. Ağırlaşmış hallarda həkiminin göstərişi ilə qlükokortikosteroid qrupundan olan dərmanlar təyin edilir.


Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az