Пн-Пт

Выходной

Сб

Выходной

Вс

Выходной
AYSMED KLİNİKASI

Выберите врача

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса
Stenokardiya
 hekimtap.az

Stenokardiya

14091
Автор: Terapevt Tural Qənbərli

Опубликовано: 12.06.2018
AYSMED KLİNİKASI

Stenokardiya nədir?

Stenokardiya – ürəyin işemik xəstəliyinin kliniki forması olub, sinədə qəfil ağrılar və təngənəfəsliklə ifadə edilir. Bunlar ürək əzələsinin (miokard) kəskin qan dövranı çatışmazlığı və  oksigən çatışmazlığı sayəsində baş verir.   

Stenokardiya həm qadınlar, həm də kişilər üçün istənilən yaşda eyni təhlükə daşıyır. Lakin, əsasən, yaşlı insanlar arasında daha geniş yayılıb.  

Stenokardiya bütün digər xəstəliklərdə olduğu kimi, ciddi yanaşma tələb edir, əks halda, növbəti stenokardiya tutması miokard infarktı və hətta ürəyin tamamilə dayanmasına səbəb ola bilər.

Stenokardiyanın yaranma səbəbləri

Stenokardiyanın əsas səbəbi ateroskleroz və ya ürək arteriyası tac damarlarının spazmıdır, bu da öz növbəsində, koranar arteriyaların daralmasına, yaxud da tamamilə tutulmasına gətirib çıxarır. Nəticədə qan və onunla birgə oksigenin ürəyə daşınması pisləşir və ya dayanır, ürək əzələsinin oksigen aclığı yaranır və stenokardiya tutması inkişaf edir.

Stenokardiyaya səbəb ola biləcək risk faktorları aşağıdakılardır:
 – Siqaret çəkmək;
 – Şəkərli diabet;
 – Artıq çəki və piylənmə;
 – Azhərəkətli həyat tərzi;
 – Qanda xolesterin artıqlığı;
 – Spirtli içkilərdən sui istifadə;
 – Tac damarların patologiyası;
 – Ürək-damar sisteminin anadangəlmə qüsurları;
 – Arterial təzyiqin dayanıqlı yüksək olması (hipertoniya).

Stenokardiyanın əlamətləri

Stenokardiyanın başlıca simptomu döş nahiyəsində diskomfort və ya yüngül ağrı hissinin olmasıdır. Adətən, döş qəfəsi və kürəkdəki ağrılar sol qola, çiyinə və boyuna irradiasiya  edir.

Ağrı, həmçinin, sol tərəfdən çənə və dişlərdə də qeydə alına bilər. Bəzən ağrı hissləri qıcqırma, sancılar və ürəkbulanma ilə müşayiət olunur.

Stenokardiya əlamətləri daha çox aşağıdakı hallarda qeydə alınır:
 – Artıq qidalandıqdan sonra;
 – Fiziki yüklənmədən sonra;
 – Stress fonunda;
 – Arterial təzyiq yuxarı olduqda;
 – Emisonal oyanıqlıq izafi olduqda.

Stenokardiyanın xarekterik əlamətlərindən biri də fiziki tutmanın  1-15 dəq. davam edib, fiziki yüklənmə dayandırıldıqdan və nitratlar (nitroqliserin və s.) qəbul edildikdən sonra kəsilməsidir.   

Stenokardiyanın növləri

Stenokardiyanın 3 növü mövcuddur:

1. Stabil stenokardiya. Stenokardiyanın bu növü fiziki yüklənmə nəticəsində özünü büruzə verir. Stabil stenokardiyanın tutması 15 dəqiqədən az davam edir, vəziyyətdən çıxmaq üçün sakit dayanmaq və 1 tablet nitroqliserin (dil altına) köməklik edir.  

2. Qeyri-stabil stenokardiya. Stenokardiyanın bu növü az yükələnmə, hətta sükunət halında da yarana bilər (pilləkənlə qalxma, sürətli yeriş və s.). Stabil stenokardiyadan fərqli olaraq, qeyri-stabil stenokardiya tutmaları daha uzunmüddətli olurş Bu halda tutmanı aradan qaldırmaq üçün adətən, bir neçə nitroqliserin tableti (3-dən artıq olmayaraq) qəbul etmək tələb olunur (bir neçə dəq. ara verməklə).

3. Variant stenokardiya (və ya vezopastik stenokardiya). "Vezopastik stenokardiyası” adlandırılan bu forma tipik yerləşən ağrı ilə səciyyələnir. O, adətən sakitlik vaxtı baş verir, lakin bəzən fiziki gərginliklə də əlaqəlidir və nitratların təsirindən bir neçə dəqiqəyə yüngülləşir. Daha çox cavan yaşlarda rast gəlinir.

Stenokardiyanın diaqnostikası

Stenokardiya diaqnozu həkim-kardioloq tərəfindən qoyulur. Yekun nəticə pasiyentin tam müayinəsindən sonra qoyulur.

Buraya aiddir:
 – Ətraflı anamnez və pasiyentə baxış;
 – Ağrı zamanı EKQ çəkilməsi, stress-test və karonar angioqrafiya;
 – Döş qəfəsinin rentgenoloji müayinəsi.  

Stenokardiyanın müalicə və profilaktikası

Stenokardiya kifayət qədər ciddi xəstəlik hesab olunur, ona görə də müalicəsi həkimlərin nəzarəti altında aparılmalıdır. Zərurət yaranarsa, pasiyentə stasionar müalicə təyin edilir.

Stenokardiya tutmaları zamanı ilk görüləcək tədbir – tutmanın nitroqliserin qəbulu ilə operativ aradan qaldırılması və tutma keçənə kimi sakit vəziyyət almaqdır.

Stenokardiyanın müalicəsi miokard infarktı riskinin azaldılmasına, xəstənin ümumi vəziyyətinin və həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəldilir.

Stenokardiya tutmalarından aşağıdakı hallarda qurtulmaq olar:
 – Siqaret və spirtli içkiləri tərgitmək;
 – Yağ və xolestereni az olan pəhrizlər saxlamaq;
 – Gündəlik həyat tərzinə optimal fiziki yüklənmələr daxil edtmək;
 – Arterial təzyiqi mütəmadi olaraq təqib etmək.

Həkimin ciddi nəzarəti altında tromb yaranmasının qarşısını alan, xolesterinin səviyyəsini aşağı salan və s. preparatların qəbulu.

Stenokardiyanın profilaktik tədbirlərinə aiddir:
 – Sağlam həyat tərzi;
 – Balanslaşdırılmış rasional qidalanma;
 – Fiziki aktivliyin artırılmsı.

Unutmayın ki, stenokardiya vaxtlı-vaxtında müalicə olunmazsa, ciddi fəsadlara yol aça bilər. 


Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az