Пн-Пт

Выходной

Сб

Выходной

Вс

Выходной
AYSMED KLİNİKASI

Выберите врача

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса
Salpinqooforit
 hekimtap.az

Salpinqooforit

4539
Автор: Mama-ginekoloq Aygün Ağayeva

Опубликовано: 28.07.2018
AYSMED KLİNİKASI

Salpinqooforit nədir?

Elmi-tibbi ədəbiyyatda uşaqlıq yolu və artımlarının, həmçinin yumurtalıq və yumurtalıq borularının iltihabı “qadınlarda kiçik çanaq orqanlarının iltihabi xəstəlikləri” adlandırılır. Eyni zamanda, uşaqlıq boruları və uşaqlığın iltihabına adneksit və ya salpinqoofrit də deyilir.

Ginekoloqlar xəstəliyi iki növə ayırırlar:

  • Kəskin;
  • Xroniki.

Lokalizasiyasına görə artımların iltihabının aşağıdakı formaları var:

  • Birtərəfli;
  • İkitərəfli (iltihabi xəstəlik iki yumurtalıqda inkişaf edir, patoloji gedişat zamanı uşaqlıq borularının yapışması və onlarn keçiriciliyinin zəifləməsi, hətta sonsuzluq baş verə bilər).

Artımaların iltihabının səbəbləri

Artımlardakı iltihabi prosesi patogen və şərti-patogen mikroorqanizmlər yaradır, onlar müəyyən şəraitdə - ağrıverici olur.

Spesifik salpinqooforit aşağıdakı səbəblərdən yarana bilər:

  • Qonokokklar;
  • Vərəm çöpü;
  • Difteriya bakteriyaları.

Qeyri-spesifik salpinqooforitə aşağıdakılar səbəb ola bilər:

  • Xlamidiyalar;
  • Mikoplazmalar;
  • Stafilokokklar;
  • Streptokokklar;
  • Bağırsaq çöpləri;
  • Göbələklər;
  • Virus və digər mikroorqanizmlər.

Xəstəliyin yaranmasına şərait yaradan faktorlara həkimlər aşağıdakıları aid edirlər:

  • Nizamsız intim həyat;
  • İntim gigiyena qaydalarının pozulması;
  • Stresslər;
  • Soyuqdəymə;
  • Uşaqlıqdaxili əməliyyat və prosedurlar – abort nəticələri, həmçinin uşaqlıq səthinin qaşınması, spiralların daxil və xaric edilməsi, metrosalpinqoqrafiya, histeroskopiya.
  • Müxtəlif xəstəliklər nəticəsində immunitetin aşağı düşməsi, yaxın vaxtlarda keçirilmiş infeksion xəstəliklər;
  • Appendektomiya.

Salpinqooforitin diaqnostikası

Dəqiq diaqnoz qoymaq üçün aşağıdakılar həyata keçirilməlidir:

  • Həkim-ginekoloqun müayinəsi;
  • Uşaqlıq artımlarının USM-diaqnostikası;
  • Qan və sidiyin analizi;
  • Uşaqlıq yolu və uşaqlıq boynu yaxmasının müayinəsi. Daqnostikanın maksimum dəqiq metodu – boruların mikroflorasının laparoskopiya və ya laparotomiya vasitəsilə müayinəsidir. Bununçün mütəxəssis USM nəzarəti altında uşaqlıq yolunun arxa divarından punksiya götürür və laporoskopiya proseduru aparır.

Salpinqooforitin müalicəsi

Əgər pasiyentə “kəskin salpinqooforit” diaqnozu qoyularsa, həkim hospitallaşdırma, fiziki sakitlik, xüsusi dieta, həmçinin iltihab əleyhinə preparatlar və ağrıkəsicilər, antibiotiklər təyin edir.

Xəstəliyin kəskin əlamətləri aradan qaldırıldıqdan sonra fizioterapevtik prosedurlar aparılır, ağrıkəsici və sovurucu effekt verən biostimulyatorlar təyin edilir.   

Xroniki salpinqooforitin kəskinləşməsi zamanı parafinoterapiya, ozokeritlə isitmə və s. prosedurlar həyata keçirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az