Пн-Пт

Выходной

Сб

Выходной

Вс

Выходной
AYSMED KLİNİKASI

Выберите врача

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса
Qadınlarda qonoreya
 hekimtap.az

Qadınlarda qonoreya

3475
Автор: Mama-ginekoloq Aidə Hüseynova

Опубликовано: 25.06.2018
AYSMED KLİNİKASI

Qadınlarda qonoreya – ümumi məlumat

Bir çox gələcək analara infeksion analizlər təyin etdikdə onlar təəccüblənir, tərəddüd edirlər. “Axı hər yaxşı olduğu təqdirdə analiz nəyə lazımdır”, - deyə düşünürlər. Təəssüf ki, adıçəkilən xəstəlik bu gün geniş yayılıb və çox vaxt simtomsuz gedişata malik olur.

Onlar arasında hamiləliyin gedişatına mane olan, doğuşa və uşağın səhhəti üçün təhlükə yaradanları vardır.  Belə infeksiyalarda biri də qonoreyadır.

Qonoreya – əsasən, cinsi yolla yoluxan veneroloji infeksion xəstəlikdir.  Bu xəstəlik qadınlarda az qeydə alınsa da, qonoreyanın keçmişdə qaldığını düşünməyin.

Qonoreyanın əlamətləri

Yoluxmadan simptomların qeydə alınmasınadək inkubasiya dövrü bir gündən bir neçə həftəyədək davam etməsi mümkündür. Müasir şəraitdə qonoreya heç bir simtom verməyə də bilər. Qadınların əksəriyyətində (50%) klinik simptomlar qeydə alınmır və onlar özlərini praktik olaraq sağlam hiss edirlər.  

Bu xəstəliyin klassik əlamətləri sidik ifraz etməzdən əvvəl sidik yollarında yanma və ağrı hissinin, tez-tez sidiyə getmə, uşaqlıq yolundan az miqdarda irin xarakterli, qoxulu axıntının olmasıdır. Daha sonra cinsiyyət orqanalarnın zədələnməsi  özünü büruzə verir. Buraya irin xarakterli vaginal axıntılar, göynəmə, yanma, xarici cinsiyyət orqanlarında diskomfort, qarının aşağı nahiyəsində ağrılar aiddir. Bəzən qeyri-spesefik simtomlar – məsələn, bədən hərarətinin qalxması.

Qonnokokklar uşaqlığa daxil olarkən qarının aşağı nahiyəsində ağrı şiddətlənir, menstruasiya tsikli pozulur, uşaqlıq boynu kanalından irinli və ya qanlı axıntılar və ağrılar müşahidə edilir.

Qonoreyanın diaqnostikası

Qonoreya törədicisinin laborator müayinəsi aşağıdakılara əsaslanır:

  • Kultral metod – “qızıl standart” hesab olunur.
  • Mikroskopik müayinə - uşaqlıq boynu kanalından götürülən yaxma vasitəsilə aparılır, nəticəsi qısa müddət ərzində məlum olur. Lakin bu metodun dəqiqliyi cəmi 30-70% təşkil edir. Bu metod yalnız ilkin diaqnostika üçün yararlıdır.
  • Polimeraz zəncir reaksiyası (PZR) da kifayət qədər dəqiq müayinə metodu deyil. Bu, törədicinin DNT-sinin müəyyənləşdirilməsinə yönəlmiş br metoddur. Əksər hallarda yanlış olaraq müsbət nəticələr verir.  Ona görə də  PZR-in nəticələrini kultural metodla dəqiqləşdirmək lazımdır.  

Qonoreyanın müalicəsi

Qadınlarda qonoreyanın müalicəsi antibiotiklərin təyini ilə aparılır. Xəstəliyin nə ilə müalicə olunacağını və ən effektiv preparatı seçmək üçün anibiotiklərin müvafiq mikrofloraya həssaslığını müəyyənləşdirmək vacibdir.

Qadınlarda qonoreyanı müalicə edərkən preparatlar həm yerli, həmçinin inyeksiyalar formasında istifadə oluna bilər. Cinsi partnyorun da müayinədən keçməsi və müalicə alması, bundan bir ay sonra isə təkrar müayinədən keçməsi  (sağalmanı qeydə almaq üçün) vacibdir.


Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az