Пн-Пт

Выходной

Сб

Выходной

Вс

Выходной
AYSMED KLİNİKASI

Выберите врача

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса
Nəzarətsiz qalan klimakterik sindromun fəsadları
 hekimtap.az

Nəzarətsiz qalan klimakterik sindromun fəsadları

3052
Автор: Terapevt Tural Qənbərli

Опубликовано: 10.09.2018
AYSMED KLİNİKASI

Klimekterik sindrom nədir?

Klimakterik sindrom reproduktiv funksiyanın söndüyü vaxtda, yəni 45-47 yaşdan sonra yaranır. Bu mərhələdə yumurtalıq və uşaqlığın ölçüləri tədricən azalır, menstruasiyalar kəsilir. Sindrom 40% qadınlarda premenopauza dövründə, 40-85%-ində menopauzadan sonra bir il müddətində, 3%-ində isə menopauzadan 2-5 il ötdükdən sonra qeydə alınır.
Klimaktrik dovrdə olan qadınlar bədənin yuxarı hissələrində-başda, boyunda istiliyin artması, urəkdöyünmə hissinin olması, əsəbi gərginlikdən, deyingən olmalarından, təzyiqin yüksəlməsindən, baş ağrılarından şikayətlənirlər.

Estrogen çatışmazlığının fəsadları

Bu dövrdə qanda estrogenlərin qəfildən azalması bir sıra problemlərin yaranmasına səbəb olur. Əvvəlcə qanda xolesterin sürətlə artmağa başlayır. Bu zaman qanda xolesterin kişilərə nisbətən 2 dəfə daha yüksək olur. Bu isə infarkt, insult olma riskini 5 dəfə artırır. Digər tərəfdən də arterial təzyiqin yüksəlməsi və yanaşı emosional- gərginliyin olması nəzarətsiz qalan arterial təzyiq bir sıra fəsadlar - urək əzələsinin qalınlaşması və genişlənməsi, göz dibinin arterial zədələnməsi və s. yarada bilər.

Klimaks dövrünü fəsadsız keçməsi üçün nə etməli?

Bu dövrü fəsadsız və sağlam keçirmək istəyirsizsə, terapevt və ginekoloqun birgə müayinəsindən keçməyiniz tövsiyyə olunur. Artmiş xolesterinin və arterial təzyiqin vaxtında müalicəsi, hormonal disbalansın vaxtında aşkara çıxarılması sizin sağlam və uzun ömür yaşamağınız üçün vacibdir. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az