Пн-Пт

Выходной

Сб

Выходной

Вс

Выходной
AYSMED KLİNİKASI

Выберите врача

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса
Menstrual tsiklin pozulmaları
 hekimtap.az

Menstrual tsiklin pozulmaları

6066
Автор: Mama-ginekoloq Aygün Ağayeva

Опубликовано: 02.04.2018
AYSMED KLİNİKASI

Menstrual tsiklin pozulması nədir?

Bu, qadının reproduktiv sağlamlığını göstərən bir əlamətdir, yəni xəstəlik deyil, simptomdur. Lakin menstrual tsiklin pozulması bir çox ciddi xəstəliklərin simptomu ola bilər.

Normal menstruasiya nədir?

Normal menstruasiya 21-35 gün arasında baş verən müntəzəm, 3-7 gündən artıq davam etməyən, miqdarına görə 80-100 ml aşmayan tsiklik qanaxmalardır. Bu qrafikdən istənilən kənaraçıxmalar patologiyalara gətirib çıxarır.

Menstrual tsikl mürəkkəb bir proses olub, 5 tənzim sistemilə idarə olunur. Buraya baş beyin qabığı, hipofiz, hipotalamus, yumurtalıqlar və hədəf orqanları daxildir.

Menstrual tsiklin pozulmasına əsəbi gərginlik, iqlim dəyişmələri kimi xarici faktorlar, artıq çəki və ya çəki defisitinə səbəb olan mübadilə pozğunluqları, hormonal sistemdə baş verən dəyişikliklər, kiçik çanaq orqanlarının iltihabi xəstəlikləri, həmçinin bəzi extragenital xəstəliklər də səbəb ola bilər.

Menstrual tsiklin pozulmasının simptomları

Aybaşının 6 ay və daha çox müddətdə olmaması – amenoreya. Amenoreya birincili və ikincili olaraq, iki qrupa bölünür. Birincili amenoreyada, ümumiyyətlə, menstruasiya olmur – bunun bir çox səbəbləri var.

İkincili amenoreya isə menstruasiyanın 6 ay və daha çox müddətdə olmamasıdır.

Müntəzəm menstruasiya zamanı qanın normadan çox (100 ml-dən artıq) və ya normadan az olması da simptomlardan biridir.

Menstrual qanaxmanın müddəti 3-7 gün olmalıdır. Qanaxmanın qeyd olunan müddətdən artıq və ya az davam etməsi patologiyadır.  

Menstruasiyanın gec-gec olması – 40-45 gün və ya 2-3 aydan bir baş verməsi menstrual tsiklin pozulması əlamətidir.

Bu hallardan hər hansı qeydə alınarsa, qadınlar mütləq mütəxəssisə müraciət etməlidirlər.

Menstrual tsiklin pozulması diaqnozunun qoyulması

Anamnez, ginekoloji baxış, ultrasəs müayinəsi, ehtiyac yaranarsa, laborator analizlər.

Menstrual tsiklin pozulmasının müalicə metodları

Müalicə üsulları diaqnoza görə fərqlənir. Menstrural tsiklin pozulmasına gətirib çıxaran səbəbə əsasən müalicə təyin olunur.

Menstrual tsiklin pozulmasının profilaktikası

Profilaktik tədbir kimi, sağlam həyat tərzi sürmək, düzgün qidalanmaq, bədən çəkisini normada saxlamaq, stresdən uzaq olmaq tövsiyə olunur.

 

Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.