Пн-Пт

Выходной

Сб

Выходной

Вс

Выходной
AYSMED KLİNİKASI

Выберите врача

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса
Ambliopiya
 hekimtap.az

Ambliopiya

2667
Автор: Oftalmoloq Günel Muradova

Опубликовано: 02.04.2018
AYSMED KLİNİKASI

Ambliopiya nədir?

Ambliopiya gözün çox ciddi funkional dəyişikliyi olub, bir gözün digər gözə nisbətən dəyişməsidir. Bu çox ciddi bir patologiyadır, yəni bu zaman binokulyar görmə alınmır. Binokulyar görmə əşyanın təsvirinin eyni zamanda iki gözlə dəqiq görməsi deməkdir.

Fəzada cismlər 3D formasında görülür, biz ona baxanda onun dərinliyini, ətrafındakı əşyaları görə bilirik. Ambliopiya zamanı bu cür görmə hissiyatı itir. İnsan gözləri ayrı-ayrılıqda görür və alınan təsvir obyekt olaraq beyində birləşir.

Lakin gözlərin biri o birindən zəif görəndə dəqiq təsvir alınmır və beyin zəif gözü daha da zəiflədir. Həmin göz zəiflədiyindən çox zaman çəplik meydana gəlir. Çəplik meydana gəldikdə isə ambliopiya daha da dərinləşir, çəplik artır və nəticədə geri dönməyən ciddi bir durum yaranır.

Ambliopiyanın əmələ gəlmə səbəbləri

Ambliopiya təkcə gözün inkişaf zəifliyindən deyil, o cümlədən, dərəcəsindən asılı olaraq, anadangəlmə katarakta və ya ptozdan da yarana bilər.

Ambliopiyanın simptomları

Əgər çəpgözlük verməzsə, xəstəlik simptomsuz keçir. Adətən uşağın bir gözü 100% gördüyü üçün heç bir şikayət etmir – lövhəni, televizoru və ya hər hansı başqa bir obyekti yaxşı görür. Çox nadir hallarda – uşaq binokldan baxdıqda və ya bir cismə bir gözünü yumaraq baxarsa, şikayəti ortaya çıxır.

Ona görə də tövsiyə olunur ki, məktəbli uşaqlar ildə bir dəfə mütləq oftalmoloq müayinəsindən keçsinlər. Çünki bu patologiyanın müalicəsi 13-14 yaşa qədərdir və xəstəlik qeyd olunan dövrə qədər aşkar olunub müalicə edilməzsə, daha sonra ambliopiyanı korreksiya etmək çox çətindir.

Ambliopiyanın diaqnostikası   

Göz həkim tərəfindən müayinə olunur, əgər göz dibində heç bir üzvi dəyişiklik, ciddi patologiya yoxdursa, görmə siniri yerindədirsə və korreksiya etdikdə göz korreksiya olunmursa, yəni şüşəyə reaksiya vermirsə, bu, ambliopiyadan xəbər verir.

Ambliopiyanın müalicə metodları

Müalicə ambliopiya yaranmış gözün işlədilməsi ilə aparılır. Buraya müvafiq məşqlər, ambulator şəraitdə müxtəlif aparatların istifadəsi daxildir. Bundan başqa, evdə sağlam gözü bağlamaqla – okulizm metodilə gözün görmə qabiliyyətini xeyli yaxşılaşdırmaq olur.

Ambliopiyanın profilaktikası

Anadan olan uşaq tam müayinədən keçməlidir və əgər katarakta və ya ptoz aşkar olunarsa, vaxtında cərrahi müdaxilə edilməlidir ki, gələcəkdə ambliapiyanın qarşısı alınsın.

 

Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.