Пн-Пт

09:00-18:00

Сб

09:00-18:00

Вс

Выходной
İnci Psixoloji Reabilitasiya Mərkəzi

Выберите врача

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса
Autizmi oyuna gətir hekimtap.az

Autizmi oyuna gətir

3281
Автор: Psixoloq Şəhla İbrahimova , Əlaqə: 055 365-10-20

Опубликовано: 20.11.2019
İnci Psixoloji Reabilitasiya Mərkəzi

Autizm nədir?  Autizm ünsiyyətdə, sosial münasibətlərdə müxtəlif problemlər yaradan inkişaf pozuntusudur. Əsasən, uşağın 36 ayından sonra özünü göstərir. Autizm erkən müdaxilə edilmədiyində irəliləyən problemdir.
   
Autizmin yaranma səbəbləri hansılardır? Autizmin yaranma səbəbləri geniş və müxtəlifdir. Hamiləlik dövründə ananın keçirdiyi stress, infeksion xəstəliklər, doğuş zamanı və doğuşdan sonra uşağın keçirdiyi stress, düzgün olmayan peyvəndlər, ailə daxilində uşağın və valideynlərin həddən artıq telefon və ya Tv aludəçisi olması və s. autizmə gətirib çıxarır. Autizmin yaranmasının konkret səbəbi yoxdur. Bir çox alimlərin fikrinə görə, autizm genlər vasitəsi ilə ötürülür.Yəni, autizmli bir uşaq özündə  autizm genləri daşıyır. Ailədə autizmli uşaq varsa, digər uşağın autizm olması ehtimalı 2-18% arasında dəyişir.
     
Autizmli uşaqları digər uşaqlardan fərqləndirən davranışlar hansılardır?

İnsanlarla göz təmasından qaçırlar. Autizmli uşaqlar insanlarla göz kontaktı qurmağa maraq göstərmirlər, lakin, əşyalara qarşı, yəni, cansız obyektlərə maraqlıdırlar;
Səbəbsiz ağlayıb, gülürlər;
Ağrıya qarşı laqeyddirlər;
Təkliyə meyillidirlər;
Toxunulmağı sevmirlər;
Dəyişikliklərə kəskin reaksiya verirlər;
Səslərə qarşı həssasdırlar;
Səbəbsiz hərəkətlər nümayiş etdirirlər (Məsələn,əl çırpmaq);
Otaqda dolaşaraq  eyni səsi çıxarırlar;
Əlində bir əşyanı tutaraq otaqda dolaşırlar;
Əşyaları qoxlayırlar;
Öz kölgələrini qovalayıb izləyirlər;
     
Oyunun autizm üçün əhəmiyyəti nədir? Autizm insanın həyatı  boyu  davam edəcək, qalıcı bir problemdir.Lakin, müxtəlif vasitələrlə autizmli uşaqlara müəyyən vərdişlər, bacarıqlar aşılamaq mümkündür. Bu vasitələrdən ən əsası oyunlardır. Oyunlardan düzgün və yerində istifadə etməklə autizmli bir uşaqda müsbətə doğru dəyişikliklər əldə etmiş olacağıq. Autizmli uşaqlarda təqlid etmə qabiliyyəti az olur və ya heç olmur. İlk növbədə onların təqlidetmə qabiliyyətlərini artırmaq daha məqsədəuyğundur.Tipik uşaqlarda 12 ayına qədər təqlid etmə bacarığı formalaşmış olur. Təqlid etmə  “Öyrənmə”nin  başlanğıcıdır. Oyunlar uşağın yaş dövrlərinə uyğun seçilməlidir. Bəzi hallarda valideynlər uşağının öyrənməsini sürətləndirəcək oyunlardan istifadə edilməsini istəyirlər, lakin, bu fikir yalnışdır. Autizmli uşaq yoldaşlarından, valideynlərindən  ayrı oyun oynamağı seçir. Belə halda valideyn uşağının tək başına oyun oynamaqdan xoşu gəldiyini, buna görə də oyuna müdaxilə etməməyi düşünürlər. Əslində isə uşaq təkbaşına oyun oynamağa alışdığı üçün oyuna müdaxilə olunmasını istəməzlər. Çünki onların hərkəsdən fərqli bir xəyal dünyası var, hansı ki, valideynlər oyun zamanı onların xəyal dünyasına müdaxilə etmiş olurlar.
     
Oyun zamanı nələrə diqqət etməli? 
Uşağa oyun oynadığı zaman liderlik etmək;
Oyun zamanı uşağa liderlik etmək,onun nə etməsini söyləmək, düşünmə imkanını əlindən almaqdır;
Uşağın öz qurduğu oyuna müdaxilə etmək;
Uşaq oyunun gedişatını öz istəyinə uyğun qurar və oyuna uşağın xəyal dünyasından baxmaq lazımdır. Əks halda bu,uşaqda önəmsizlik duyğusu yaradır və bu da özgüvən əksikliyinə gətirib çıxarır;
Uşağın oynadığı oyuncağı kənarlaşdırıb, başqa material ilə oynamağa təkid etmək;
Uşağın əlindəki oyuncağı kənarlaşdırıb başqasını vermək uşağı zorla onun xəyal dünyasından ayırmaqdır;
Uşağa oyun zamanı tez-tez suallar vermək;
Bu hal valideynlərdə müşahidə olunur. Valideynlərin oyun zamanı gözlənilməz suallar verməsinin səbəbi,oyunda nə deyə bilməməsindən qaynaqlanır. Ailənin uşağı ilə uzun müddət oynamaması,uşaq haqqında məlumatlarını məhdudlaşdırır. Oyun ortamında sanki məlumat əldə etmək fürsəti tapırlar;
Uşaq ilə arxa pozisyadan əlaqə qurmaq;
Autizmli uşaqla oyun oynayarkən, uşaq üzünü çevirər və alışqın olmadığı üçün tək oynamağı seçər, arxasını dönərək reaksiya verər. Bu isə uşaqla göz təması qurulmasını əngəlləyir. Bunun üçün uşağı birlikdə oyuna alışdırmaq lazımdır.
Oyun zamanı həddən artıq oyuncaq yığmaq;
Həddindən artıq oyuncağın oyuna daxil edilməsi uşaqda diqqət əksikliyi yarada və oyuna adaptasiyasını çətinləşdirə bilər.
Uşaq ilə uzaq məsafədən oyun oynamağa çalışmaq;
Məsafəli oyun uşaqla sağlam əlaqənin qurulmasına mane olur. Uşağa yavaş-yavaş toxunaraq ona varlığını hiss etdirmək, əlindəki vəsaiti tutmaq daha məqsədə uyğundur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az