Ümumi nitq ləngiməsi nədir?
Uşaqlar normal halda 6 aylıq olarkən, hecalar (imitasiya şəkilində- ma,ba kimi) söyləyər. 12 aylıq olanda isə iki sözü yanaşı gətirib cümlə (ana al, ata gəl) şəklində deyərlər. 3 yaşındakı uşağın 3 sözdən ibarət cümlə qurması, 3-4 yaşdakı uşagın nitqi isə düzgün, başa düşülən olmalıdır. Ləngimə- yaş hədlərinə uyğun olmadan, nitqin geri qalması, ləngiməsidir. Səhv yanaşmalardan biri “atası da gec danışmışdır" şəklindədir. Öncəliklə, uşağın sizin danışdıqlarınızdan, tapşırıqlarınızdan anlayıb-anlamadığına baxmaq lazımdır. Əgər nitqdə bir ləngimə varsa, pisxoloji inkişafda da ləngimə vardır. Zamanında üstünə düşmədikdə uşaq yaşıdlarından fərqlənməyə başlayır.
Nitq ləngiməsinin səbəbləri hansılardır?
Nitq ləngiməsi:
- genetik;
-nevroloji;
-pisxoloji səbəblərdən ola bildiyi kimi, səbəbinin bilinmədiyi təqdirdə də ortaya çıxa bilər.
Bununla yanaşı, valideynlərin yaratdığı səbəblər də var. 2007-ci il Vaşinqton Universitetlərinin iddasına görə, 2 yaşa qədər uşaqlar gün ərzində video izlədikləri her saat 6 ile 8 söz daha az öyrənir və digər uşaqlarla müqaisədə dil bacarıqları 10% geridə qalır. K.A. Dimitriyə görə, 1-3 yaşlı uşaqların 1 gün ərzində televizor izlədiyi hər saat, 7 yaşına gəldiyində diqqət əksikliyi riskini artırır. Diqqət edilməli nüanslar hansılardır? Bu cür uşaqların sosiallaşmasına xüsusilə diqqət yetirmək lazımdır. Nə qədər tez üzərinə düşülər, daha tez mütəxəssislərə müraciət olunarsa, düzəlmə ehtimalı o qədər yüksəkdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az