Пн-Пт

Выходной

Сб

Выходной

Вс

Выходной
AYSMED KLİNİKASI

Выберите врача

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса
Xolangit
 hekimtap.az

Xolangit

4806
Автор: Terapevt Tural Qənbərli

Опубликовано: 31.07.2018
AYSMED KLİNİKASI

Xolangit nədir?

Xolangit – öd kisəsi yollarının kəskin və xroniki gedişata malik qeyri-spesifik iltihabi zədələnməsidir. Xolangit zamanı sağ qabırğa altında ağrılar, qızdırma, dispepsik pozuntu, sarılıq müşahidə edilir.

Xəstəlik daha çox 50-60 yaşlı qadınlarda rast gəlinir.

Xolangitin yaranma səbəbləri

Xolangitlərin əksəriyyəti bakterial törədicilərin (daha çox – bağırsaq çöpü, proteya, stafilokkok, enterokokk və s.) öd yollarına düşməsi nəticəsində yaranır.

Parazitar xolangitlər daha çox yanaşı gedən opistorxoz, askaridoz, lyablöz, stronqiloidoz, klonorxoz, fasiolyoz fonunda inkişaf edir.

Aseptik fermentativ xolangit öd yolları divarlarının aktivləşmiş pankreatik şirə ilə zədələnməsindən yarana bilər.

Belə olan halda, əvvəlcə aspetik iltihab yaranır, daha sonra isə infeksiyaların qoşulması prosesi başlanır.

Aspetik növ, həmçinin, öd yollarının autoimmun iltihabı ilə şərtləndirilən sklerozlaşdırıcı xolangitlə yanaşı gedə bilər. Bu zaman sklerozlaşdırıcı xolangitlə yanaşı, tez-tez qeyri-spesifik xora koliti, Kron xəstəliyi, vaskulit, revmatoid artrit, tireoidit və s. qeyd olunur.   

Xolangitin simptomları

Xolangitin simptomatik əlamətləri Şarko triadasının (hərarətin yüksəlməsi, sarılıq, sağ qabırğa altında kəskin ağrılar) yaranması ilə xarakterizə olunur. Bu forma sürətlə irəliləyir, xəstənin iştahası pisləşir, ümumi zəiflik və başağrıları, diareya, ürəkbulanma, qusma, dəridə göynəmə yaranır.

Xroniki formanın gedişatı daha zəif ifadə olunur, sağ qabırğaaltındakı ağrılar inildəyən və küt xarakterə malik olur, epiqastral nahiyədə dartılma hissi müşahidə edilir.

Xolangitin diaqnostikası

Diaqnoz qoymaq məqsədilə bir sıra laborator və instrumental müayinələr həyata keçirilir: qanın biokimyəvi analizi, fraksion duodenal zondlama, ödün baktereoloji əkilməsi, nəcisin qurd yumurtalarını aşkar etmək üçün müayinəsi, qaraciyər və öd yollarının ultrasəs müayinəsi, qarın boşluğunun USM-i, KT metodu, öd yollarının ultrasonaqrafiyası, maqnit-rezonans pankreato-xolanqioqrafiya aparılır.  

Xolangitin müalicəsi

Xolangitin müalicəsində dezintaksion terapiya tətbiq olunur, öd yollarının endoskopik əməliyyat vasitəsi ilə dekompressiyası həyata keçirilir. Medikamentoz müalicə zamanı antibiotiklər, parazit əleyhinə dərmanlar, spazmolitik preparatlar, hepatoprotektorlar təyin edilir, infuzion terapiya aparılır. Remissiya dövründə fizioterapevtik müalicə effektli təsir göstərir.

Ağırlaşmaların inkişafı mümkündür: qaraciyər sirrozu, qaraciyər çatışmazlığı, absess, sepsis.

Xolangitin profilaktikası

Qida rejiminə əməl etmək, sağlam qidalanmaq, spirtli içkiləri və siqaret çəkməyi istisna etmək. Həzm traktının istənilən pozuntuları zamanı onları vaxtında müalicə etmək. Müalicə həkim-qastroenteroloq tərəfindən aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az