Пн-Пт

Выходной

Сб

Выходной

Вс

Выходной
AYSMED KLİNİKASI

Выберите врача

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса
Uşaqlarda amyöbiazın müalicəsi
 hekimtap.az

Uşaqlarda amyöbiazın müalicəsi

2151
Автор: Pediatr Xəyalə Nağıyeva

Опубликовано: 26.07.2018
AYSMED KLİNİKASI

Amyöbiaz nədir?

Amyöbiaz amyöbanın (birhüceyrəli orqanizm) bağırsağın zədələnməsinə, nəticədə isə onun selikli qişasında xoraların yaranmasına səbəb olan təhlükəli infeksion xəstəlikdir. Xəstəliyə daha çox  sosial-iqtisadi və sanitar durumu aşağı olan ölkələrdə rast gəlinir. Amyöbiazın təhlükəsi ondan ibarətdir ki, o, ilkin mərhələlərdə əlamət biruzə vermir, ayrı-ayrı hallarda amyöba digər orqanlarda, xüsusən də qaraciyərdə parazitlik edə bilir.

Amyöbaya uşaqlarda da tez-tez rast gəlinir, ona görə də valideynlər xəstəliyin mənbəyi, əlamətləri və müalicəsi barədə məlumatlı olmalıdırlar.

Uşaq amyöbiaza necə yoluxur?

Amyöbiaz fektal-oral yolla yoluxur. Bu, su, qida və ya daşıyıcı ilə birbaşa kontakt vasitəsilə baş verə bilər. Xəstəliyin mənbəyi, əsasən, qidalar, bundan daha az su, həmçinin qablar, qapı tutacaqları, oyuncaqlar və digər əşyalardır. Amma yenə də əsas mənbə sistaların məskunlaşdığı qida və su hesab edilir. Sözügedən parazit yalnız 55C – də məhv olur. Lakin suyun dizinfeksiyası üçün istifadə edilən xlorun konsentrasiyası və ya soyuq temperatur törədicini məhv etməyə kifayət deyil.

Amyöba bağırsağın divarına keçdikdə dizinteriya inkişaf edir. Statistika göstərir ki, parazitin digər orqanlara keçmə halları uşaqlarda böyüklərə nisbətən daha azdır.

Xəstəliyə yoluxmuş pasiyentlər il boyu qeydə alınır, baxmayaraq ki, onun aktivliyi yay aylarında daha çox müşahidə edilir.   

Yoluxmuş adamlar sistaları yayır. Onların sayı illərlə arta bilər, cəmi 24 saata daşıyıcı fekaliya ilə 300 mln sista ifraz edə bilər. 

Yoluxmuş insanın qida hazırlanması, xüsusilə bunu təhsil müəssisələrinin, uşaq baxçalarının yeməkxanalarnda etməsi çox təhlükəlidir.  

Bağırsaq amyöbiazının əlamətləri

Təəssüf ki, infeksiya hər hansı simptom büruzə vermir. Ona görə yeganə əlamət onun nəcisdə aşkar edilməsidir. Lakin sonrakı inkişaf mərhələsində əlamətlər yoluxma vaxtından bir neçə həftə və bir neçə ay sonra üzə çıxa bilər. İlk şübhələr qarın nahiyəsində kəsici ağrıların olması, həmçinin,  peristaltikanın güclənməsidir. Ancaq elə hallar da olur ki, əlamətlər titrətmə, hərarətin yüksəlməsi və ifadə olunmuş diareyadan başlanır.

Xəstəliyin ən qabarıq əlaməti defekasiyanın pozulmasıdır - getdikcə nəciz ifrazının sayı artır. Əvvəlcə gün ərzində göstərici 4-6 dəfəyə çatır, nəcisin miqdarı çox, selikli və kəskin iyli olur. Daha sonra nəcis ifrazı tezliyi gün ərzində 10-20 dəfəyə çatır, nəcis kal xarakterini itirir.

Kəskin əlamətlər bir qayda olaraq, 6 həftə davam edir. Bu, nəcisdə qanın və çox miqdarda seliyin olması ilə özünü göstərir. İştahanın aşağı düşməsi, dildə yanma və ağrı hissinin olması, həmçinin ağızda xoşagəlməz dadın yaranması da simptom sayıla bilər. Müalicə olunmazsa, xəstəlik illərlə davam edə, residivləşə və xroniki hal ala bilər.

Amyöbiazın təhlükəsi

Bağırsaq amyöbiazı kəskin formaya keçdikdə qarciyərə daxil ola bilir. Bu, xəstəliyin ciddi təhlükəsi hesab edilir. Belə vəziyyətin simtomlarına qızdırmanı, hərarət düşən zaman çox miqdarda tərləməni aid etmək olar. Bu zaman qarn köpür və orada ağrılar yaranır, bu ağrılar dərindən nəfəs aldıqda şiddətlənir, sağ çiyinə irradiasiya edir. Prosesin belə inkişaf etməsinin təhlükəsi ondan idarətdir ki, qarciyərin amyöb absesi xroniki hala keçir – bu zaman absesin qarın və plevral boşluğa keçməsi mümkündür.

Uşaqlarda amyöbiazın müalicəsi

Əgər profilaktik tədbirlərin həyata keçirilməsi yoluxmanın qarısını almazsa, özünümüalicə ən pis variant hesab edilir. Belə olan təqdirdə, həkim konsultasiyası zəruridir. Çünki dərman preparatlarının düzgün qəbul olunmaması və infeksiyanın məhv edilməməsi hətta beyinin zədələnməsinə gətirib çıxara bilər.

O ki qaldı bağırsaq amyöbünün müalicəsinə, bu, stasionar şəraitdə aparılır, terapiya parazitin məhv edilməsi yönəldilir.

Uşaqlarda absess qeydə alınarsa, cərrahi müdaxilə tövsiyə edilmir. Həkimlər, adətən, absessin punksiyası, USM və ya kompüter tomoqrafiyası ilə kifayətlənirlər.

Sağaldıqdan sonra pasiyentlər bir müddət həkim-infeksionistin nəzarəti altında olmalıdırlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az