Пн-Пт

Выходной

Сб

Выходной

Вс

Выходной
AYSMED KLİNİKASI

Выберите врача

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса
Trixomoniaz
 hekimtap.az

Trixomoniaz

8441
Автор: Mama-ginekoloq Aygün Ağayeva

Опубликовано: 04.07.2018
AYSMED KLİNİKASI

Trixomoniaz nədir?       

Trixomoniaz sidik-cinsiyyət sistemi orqanlarının iltihabını yaradan cinsi infeksiyadır. Özünü kolpit, uretrit, sistit, proktit əlamətləri ilə büruzə verir. Əksər hallarda digər genital infeksiyalarla – xlamidioz, qonoreya, mikoplazma və s. yanaşı inkişaf edir. Kəskin mərhələdə qadınlarda uşaqlıq yolundan çox miqdarda axıntılar, göynəmə və yanma, kişilərdə isə sidik ifrazı zamanı ağrılar müşahidə olunur. Adekvat müalicə aparılmazsa, xəstəlik xroniki forma alaraq, gələcəkdə prostatit, sonsuzluq, hamiləlik və doğuş ağırlaşmasına, uşaq patologiyası və ölüm hallarına gətirib çıxara bilər.

Trixomoniaz – əlamətləri

Trixomoniazın əlamətləri kişilərdə və qadınlarda müxtəlifdir. Xəstəlik qadınlarda daha ifadə olunmuş formada keçir. Qadınlarda trixomoniaz uretrit, vulvovaginit, bartolinit, servisit formasında özünü büruzə veirir. Trixomoniazın kəskin mərhələsində aşağıdakı əlamətlər qeydə alınır:

  • Sarı, yaşıl rəngli və xoşagəlməz qoxulu köpükvari axıntılar;
  • Genitaliya seliyinin qızarması və qıcıqlanması (göynəmə, yanma);
  • Genitaliyaların zədələnmələri (eroziya, və kiçi yaralar);
  • Sidik ifrazı zamanı xoşagəlməz hisslər, dizuriya;
  • Bəzən qarının aşağı nahiyəsində ağrılar.

Qadınlarda trixomoniaz əlamətləri aybaşı ərəfəsində şiddətlənir.

Kişilərdə trixomonaz zamanı uretrit (sidik kanalı zədələnir) selikli və irinli axıntılar qeydə alınır, yüngül göynəmə, cinsi akt və ya sidik ifrazından dərhal sonra yanma hiss olunur. Trixomoniaz prostat vəzini və xaya artımlarını zədələyə, prostatit (40% hallarda) və epididimit yarada bilər.

Trixomoniazın diaqnostikası

Trixomoniazın diaqnostikası törədicinin müxtəlif metodlarla aşkar olunmasına yönəldilir.       

Trixomoniazın dəqiq müəyyənləşdirmək üçün aşağıdakı laborator metodlardan istifadə edilir:

  • Müayinə oluanan materialın mikroskopiyası (qadınlarda uşaqlıq yolundan, kişilərdə uretradan yaxmanın götürülməsi);
  • Süni qidalandırıcı mühitdən istifadə edərək kultural (mikrobioloji) metod;
  • İmmunoloji metod;
  • PZR – diaqnostika.

Trixomoniaz– müalicəsi

Trixomoniazın müalicəsini veneroloqlar, ginekoloqlar və uroloqlar aparırılar. Xəstəliyin müalicəsi hər iki partnyor üçün eyni zamanda aparılmalıdır (onalrın birində infeksiya aşkar olunmasa belə). Müalicənin yalnız bir partnyorda aparmaq effekt vermir, belə ki, yenidən yoluxma baş verə bilər.

Trixomoniazın müalicəsi digər cinsi yolla yoluxan infeksiyaların müalicəsi ilə yanaşı aparılmalıdır.

Xəstəliyin hamilə qadınlarda aparılıb-aparılmayacağını həkim müəyyənləşdirir. Bunu yalnız hamiləliyin ikinci trimestrində aparmaq olar.

Trixomonadlar antibiotiklərə reaksiya verməzsə, müalicə zamanı antiparazitar terapiya təyin edilir.

Xəstəliyin müalicəsinin effektliliyi sidik-cinsiyyət sistemi və orqanizmin ümumilikdə mikroflorasının normallaşdırılmasından asılıdır.


Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az