Пн-Пт

Выходной

Сб

Выходной

Вс

Выходной
AYSMED KLİNİKASI

Выберите врача

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса
Servisitin müalicəsi
 hekimtap.az

Servisitin müalicəsi

5873
Автор: Mama-ginekoloq Aidə Hüseynova

Опубликовано: 26.07.2018
AYSMED KLİNİKASI

Servisit nədir?

Servisit uşaqlıq boynunun uşaqlıq yolu seqmentində iltihabi prosesdir. Gedişatı selikli və ya irinli axıntılar, qarının aşağı nahiyəsində dartıcı və küt ağrılar, sidik ifrazı və cinsi akt zamanı ağrılarla xarakterizə olunur. Davamlı xroniki sersevit eroziyanın inkişafına, həmçinin cinsi aparatın yuxarı şöbələrinə infeksiya yayılmasına səbəb olur. Uşqaqlıq boynu infeksiyanın uşaqlığa və cinsiyyət yollarının yuxarı şöbələrinə daxil olmasının qarşısını alır.

Müəyyən faktorların təsirindən onun müdafiə funksiyalarının pozulması, yad mikrofloranın daxil olması və iltihabi proses – özündə ekzoservisit və endoservisiti birləşdirən servisitin inkişafına səbəb olur.

Ekzoservisit dedikdə, uşaqlıq boynu seqmenti və ya ekzoserviksin iltihabı nəzərdə tutulur. Endoservisit  - uşaqlıq boynu servikal kanalının daxili qişasının iltihabıdır.    

Servisitin yaranma səbəbləri

Servisit şərti-patogen mikrofloranın (stafilokokk, bağırsaq çöpü, streptokokk göbələk), spesefik virusların (xlamidiya, mikoplazma, qonokokk, sifilis, trixomonad), həmçinin, bəzi parazitar və protozoy infeksiyaların (amebiaz) təsirindən yarana bilər.

Sersivit törədən şərti-patogen mikroflora uşaqlıq boynuna düz bağırsaqla kontakt,  qan və ya limfa vasitəsilə, spesifk isə - cinsi yolla keçir.

Servisitin inkişafına müəyyən faktorlar - uşaqlıq boynunun doğuş travmaları, diaqnostika və ya abort məqsədilə aparılan qaşıma, kontraseptiv vasitələrin istifadəsi səbəb ola bilər.

Bundan başqa, uşaqlıq boynunun çapıqlı deformasiyası, uşaqlıq boynunun xoşxassəli şişləri və immunitetin aşağı düşməsi də servisitin yaranması üçün zəmin yaradır.

Servisit, adətən, cinsiyyət sisteminin yanaşı gedən xəstəliklərilə inkişaf edir.

Buraya aiddir: vulvit, vaginit, bartolinit, uşaqlıq boynu psevdoeroziyaları,  ektropion. Servisit daha çox reproduktiv yaş həddinə çatmış qadınlarda (70%-dək), daha az hallarda menopauza dövründə rtast gəlinir. Servisit tez-tez erkən doğuşlara və yarımçıq hamiləliyə səbəb olur. Servisit uşaqlıq boynunun polipləri və uşaqlıq boynu eroziyaları, cinsiyyət sisteminin yuxarı şöbələrinin iltihabına gətirib çıxarır.  

Servisitin simptomları

Gedişatından asılı olaraq, servisiti kəskin və xroniki, zədələmə səviyyəsinə görə isə ocaq və diffuz növlərə ayırırlar. Kəskin servisit zamanı çox miqdarda selikli və irinli axıntılar, bəzən qarının aşağı nahiyəsində küt ağrı müşahidə olunur. Servikal kanalın xarici dəliyində şişkinlik və hiperemiya qeydə alınır.

Servisit törədicinin xarakteri və immunitetin vəziyyətindən asılı olaraq, özünü müxtəlif cür büruzə verir. Məsələn, qonoreya təbiətli servisit adətən kəskin, dəqiq ifadə olunmuş əlamətli gedişata malik olur, xlamidiya infeksiyası zamanı isə əlamətlər daha az nəzərə çarpır.

İnsan papilloma virusu kondilomaların əmələ gəlməsinə və uşaqlıq boynunda müxtəlif ölçülü yaralara səbəb ola bilər.

Kəskin mərhələdə servisitin aşkara çıxarılıb, müalicə olunmaması xəstəliyin uzunmüddətli xroniki prosesə keçməsilə nəticələnir.

Xroniki mərhələdə iltihab əlamətləri daha zəif ifadə olunur. Lakin iltihab ətraf toxuma və vəzilərə yayılaraq, infiltrat, kistalar yarada, uşaqlıq buynunun bərkiməsinə səbəb ola bilər.

Servisitin diaqnostikası

Servisit çox vaxt simptomsuz gedişata malik olur və buna görə də pasiyentlər həkimə müraciət etmirlər. Xəstəlik əksər hallarda ginekoloq konsultasiyası zamanı təsadüfən üzə çıxır. Servisitin diaqnostikası hər şeydən əvvəl uşaqlıq boynu iltihabını törədən səbəblərin aşkara çıxarılmasına yönəldilir.

Servisitin diaqnostikası aşağıdakı metodlarla aparılır:

  • Uşqalıq boynunun güzgülər vasitəsilə müayinəsi;
  • Kolkoskopiya;
  • Laborator metodlar.

Servisitin müalicəsi        

Müasir ginekologiyada servisitin müalicəsi üçün bir sıra müxtəlif metodlar mövcuddur. Lakin hər şeydən əvvəl xəstəliyin müalicəsi yaranma səbəblərinin (hormonal, mübadilə, immun pozuntuları) və yanaşı gedən xəstəliklərin aradan qaldırılmasına yönəldilir.

Servisitin müalicəsi özündə antibakterial, virusəleyhinə və törədicidən asılı olaraq digər preparatların tətbiqini birləşdirir.

Servisitin terapiyasında kombinə edilmiş yerli preparatlardan da geniş istifadə edilir. Buraya şam və kremlər şəklində olan dərman preparatları aiddir.

Servisitin xronki mərhələsində konservativ müalicə o qədər də effekt vermir. Ona görə də bu zaman cərrahi metodlardan  - diatermokauqulyasiya, krioterapiya, lazeroterapiyadan istifadə edilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az