Пн-Пт

Выходной

Сб

Выходной

Вс

Выходной
AYSMED KLİNİKASI

Выберите врача

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса
Polikistoz yumurtalıq sindromu
 hekimtap.az

Polikistoz yumurtalıq sindromu

9252
Автор: Mama-ginekoloq Aygün Ağayeva

Опубликовано: 22.06.2018
AYSMED KLİNİKASI

Polikistoz yumurtalıqlar sindromu – ümumi məlumat

Polikistoz yumurtalıqlar sindromu – qadının orqanizmində hormonal pozuntular fonunda yumurtalıq üzərində çoxlu sayda kiçik kistaların yaranması və yayılmasıdır. Sindrom simtomsuz gedişata malik ola bilər, lakin bəzən menstrual tsiklin pozulması (oliqomenoreya), bədəndə kişisayağı tüklərin əmələ gəlməsi, piylənmə, səpğilərlə ifadə oluna bilər. Hamiləlik düşüklərinə və sonsuzluğa gətirib çıxarması mümkündür.   

Yumurtalığın birincili polikistozu anadangəlmə ola, yaxud da hələ yeniyetməlik dövründə menstruasiyanın formalaşması fonunda yarana bilər.

Böyük yaşlı qadınlarda Polikistoz yumurtalıqlar sindromu xroniki endokrin patologiya səbəbindən və ya qadın reproduktiv sistemi xəsətəliklərindən – ikincili Polikistoz yumurtalıqlar sindromu – yarana bilər. Reproduktiv fazada Polikistoz yumurtalıqlar sindromundan qadınların 5-10%-i əziyyət çəkir. 25% hallarda qadın sonsuzluğuna səbəb olur.

Polikistoz yumurtalıqlar sindromu – əlamətlər

Polikistoz yumurtalıqlar sindromu zamanı orqanizmdə yaranan pozuntulardan qadınlar özləri də şübhələnə bilərlər. Sindromun əlamətləri aşağıdakılardır:

  • Menstrual tsiklin qeyri-müntəzəm olması;
  • Saç və dərinin həddindən artıq yağlı olması;
  • Piylənmə;
  • Bədəndə tük əmələ gəlməsində artım;
  • Qarının aşağı nahiyələrində ağrı;
  • Daimi bazal (rektal) temperatur;
  • Sonsuzluq.

Polikistoz yumurtalıqlar sindromu – əlamətləri

Polikistoz yumurtalıqlar sindromunun əsasında hərşeydən əvvəl funksional problemlərə səbəb olan poliendokrin pozuntular dayanır.

Bunlar aşağıdakılardır:

  • Hipofiz və hipotalamus (böyrəküstü vəzi və yumurtalıqların tənzimlənməsində pozuntular );
  • Yumurtalıqlar (ovulyasiyanın qeyri-müntəzəmliyi və ya olmaması, estrogen ifrazının izafiliyi);
  • Mədəaltı vəzi (insulinin ifrazının artması).

Hormonal requlyasiyanın pozuntusu follikulların inkişafdan  və yetişmədən saxlayır, yumurtalıq kapsulalarının ölçülərinin böyüməsinə və qalınlaşmasına səbəb olur. Bunun da nəticəsində tam yetişməmiş follikullardan çoxlu sayda kistozlar əmələ gəlir.     

Polikistoz yumurtalıqlar sindromu – diaqnostikası

Polikistoz yumurtalıqlar sindromu diaqnozu qoymaq üçün aşağıda sadalanan meyarlardan ən azı ikisinin olması lazımdır:

  • Yumurtalıqların disfunksiyası;
  • Hiperandrogeniya – qadın orqanizmində androgenlərin (kişi cinsiyyət hormonları) həddindən artıq ifrazı;
  • Yumurtalığın böyüməsi və kistoz dəyişikliyin exoskopik və ya laporoskopik mənzərəsi.

Polikistoz yumurtalıqlar sindromu – müalicəsi

Polikistoz yumurtalıqlar sindromunun müalicəsi ovulyasiya, menstrual və reproduktiv funksiyaların bərpa və ya normallaşdırılmasına yönəldilib. Bu, konservativ və cərrahi yolla həyata keçirilir.

Polikistoz yumurtalıqlar sindromu – proqnoz və profilaktika

Polikistoz yumurtalıqlar sindromunu tamamilə müalicə etmək mümkün deyil. Ona görə də müalicənin məqsədi hamiləlik üçün əlverişli imkanlar yaratmaqdır.

Hamiləlik planlaşdırılması zamanı “Polikistoz yumurtalıqlar sindromu” diaqnozu qoyulmuş qadınlar ovulyasiyanın bərpası və stimullaşdırılması üçün müalicə kursu keçməlidirlər. Yaş ötdükcə Polikistoz yumurtalıqlar sindromu irəliyə doğru inkişaf edir və bu səbəbdən də hamiləlik məsələsini mümkün qədər tez yoluna qoymaq tövsiyə olunur.


Mövzu ilə bağlı video: 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az