Пн-Пт

Выходной

Сб

Выходной

Вс

Выходной
AYSMED KLİNİKASI

Выберите врача

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса
Menstrual tsikllar və ovulyasiya
 hekimtap.az

Menstrual tsikllar və ovulyasiya

14804
Автор: Mama-ginekoloq Aygün Ağayeva

Опубликовано: 29.06.2018
AYSMED KLİNİKASI

Menstrual tsikllar və ovulyasiya – ümumi məlumat

Yəqin ki, öz menstrual tsikliniz, məsələn ,menstruasiyanın intensivliyi barədə yetərincə məlumatınız var. Bu məqalədə qeyd olunan mövzu haqqında daha ətraflı məlumat alacaqsınız.

Qadın tsiklinin müddəti eyni deyil. Ən geniş yayılmış tsikl müddəti 21-35 gün arasında dəyişir. Menstrual tsiklin müddəti bir qayda olaraq, ovulyasiya dövründən (follikulin və ya follikulyar faza) dövürndən asılıdır. Qadınların əksəriyyətində ovulyasiyadan (yumurta hüceyrənin yumurtalıqdan çıxması) menstruasiyanın başlanmasınadək 12-16 gün keçir (lütein fazası).

Menstrual tsikl fazaları

Menstrual tsiklin birinci günü – menstruasiyanın birinci günüdür. Daha sonra menstruasiya 3 gündən 7 günədək davam edir. Yəqin ki, güclü menstrual ağrıların aybaşının ilk günlərinə təsadüf etdiyini bilirsiniz.  Bu, ona görə baş verir ki, sizin hormonlarınız uşaqlıq seliyinin ayrılmasına səbəb olur, bu da növbəti menstrual tsiklə hazırlıqdır.        

Ovulyasiyaya hazırlıq

Tsiklinizin əvvəlində hipofiz – baş beyində yerləşən vəzi -follikulostimullaşdırıcı hormon (FSH) ifraz edir. Bu, yumurtalıqların yumurta hüceyrənin formalaşmasını stimullaşdıran hormondur. Follikullar – yumurtalıqda yerləşən, içərisində maye olan qabarcıqlardır. Hər bir follikulda yetişməmiş yumurta hüceyrə olur.

FSH bir qism follikulun yetişməsinə və estrogen hormonu ifrazına birbaşa təsir göstərir. Menstruasiyanın ilk günü estrogen ən aşağı səviyyədə olur. Daha sonra fullikullar yetişdikcə onun da səviyyəsi artmağa başlayır.

Follikullar inkişaf etdikcə, bir qayda olaraq, onlardan biri “dominant” olur və bu büyük follikulda yumurta hüceyrə yetişir. Elə bu zaman orqanizmdə miqdarı artan estrogen uşaqlıq səthi qişasının qidalandırıcı maddələr və qanla təchizini təmin edir.  Bu, ona görə baş verir ki, hamiləlik zamanı mayalanmış yumurta hüceyrə böyümək üçün zəruri olan qida maddələri ilə təmin olunsun.  

Ovulyasiya

Estogenin səviyyəsi orqanizmdə dayanmadan artır və elə həddə çatır ki, lütein hormonunun (LH) səviyyəsi qəfil artır. LH-nin sıçrayışı dominant follikulun dağlmasına və oradan yetişmiş yumurta hüceyrənin çıxmasına şərait yaradır, o isə öz növbəsində uşaqlıq borusuna düşür. Bu proses ovulyasiya adlanır.

Çox qadınlar hesab edirlər ki,  ovulyasiya 14 günə baş verir, lakin 14 gün – orta göstəricidir və əksər qadınlarda ovulyasiya bir qayda olaraq, menstrual tsiklin başqa günü baş verir. Ovulyasiya günü menstrual tsikldən-tsiklə dəyişir. Bəzi qadınlar iddia edirlər ki, ovulyasiya dövrü ağrı spazmları keçirirlər, əksəriyyəti isə heç bir şey hiss etmir və ovulyasiya əlamətsiz keçir.    

Ovulyasiyadan sonra

Azad olmuş yumurta hüceyrə Fallop borusu ilə uşaqlığa doğru irəliləyir. Onun həyat tsikli – 24 saatdır. Spermatozoidin həyat tsikli dəyişkəndir, bir qayda olaraq, 3-5 sutka davam edir. Beləliklə, ovulyasiyanın əvvəlindən ovulyasiyayadək müddət ən fertil perioddur – məhz bu aralıqda hamilə qalmaq ehtimalı ən yüksəkdir. Əgər hamiləlik baş verzməzsə, endometriyanın qopmasi yaranır və ovulyasiyadan     təqribən 2 həftə sonra menstrual qanaxma baş verir.


Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az