Пн-Пт

Выходной

Сб

Выходной

Вс

Выходной
AYSMED KLİNİKASI

Выберите врача

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса
Erkən menopauza (klimaks)
 hekimtap.az

Erkən menopauza (klimaks)

3906
Автор: Mama-ginekoloq Tatyana Çerenkova

Опубликовано: 10.04.2018
AYSMED KLİNİKASI

Erkən menopauza nədir?

Klimaks qadınlarda 46-54 yaşlarında reproduktiv funksiyaların sönməsi ilə müşahidə edilən fizioloji perioddur. Bu zaman estrogen və progesteron ifrazının azalaması fonunda müşahidə olunan hormonal pozuntu menstrual funksiyanın kəsilməsinə səbəb olur və hamiləliyi qeyri-mümkün edir. Lakin klimaksı yaşlanma ilə əlaqələndirmək də düzgün deyil, çünkü onun ilkin mərhələləri yaşlanma əlamətlərindən xeyli əvvəl başlanır. Klimaks orta hesabla 20-25 ildən az davam etmir.

Əgər menopauza 40 yaşına qədər baş verərsə, bu cür vəziyyət erkən klimaks adlanır. Əksər hallarda erkən klimaksa qadın orqanizmindəki pozuntular səbəb olur. Bəzən erkən klimaks genetik səbəblərdən də yarana bilər. Bir qayda olaraq, erkən klimaks qadınları gecikmiş klimaksdan (50-52 yaşdan sonra) daha çox narahat edir.

Erkən menopauza – risk faktorları

Menopauzanın sürətlə inkişaf etməsi səbəbi hələ ki, məlum deyil. Lakin alimlər erkən klimaksa səbəb ola biləcək bir sıra risk faktorlarını qeyd ediblər. Buraya aşağıdakılar aiddir:
 – Çoxsaylı abortlar;
 – Spirtli içkilərin qəbulu;
 – Siqaret çəkmə;
 – Hipodinamiya;
 – Artıq çəki;
 – Stress və yorğunluq;
 – Müxtəlif dietalar zamanı qidalanmanın ciddi məhdudlaşdırılması;
 – Endokrin pozuntular və ginekoloji xəstəliklər, o cümlədən, cinsi yolla yoluxan infeksiyaların müalicə olunmaması.

Erkən menopauzanın profilaktikası

Əgər erkən menopauzaya düçar olmaq istəmirsinizsə, düzgün seçilmiş kontrasepsiya metodları ilə risk ehtimalını aşağı salmağa çalışmaq lazımdır. Bundan başqa, pis vərdişləri tərgitmək, səhhətinizdə istənilən problem yarandığı zaman mütəxəssisə müraciət etmək tövsiyə olunur.   

Düşünməyin ki, menopauzanın ilkin mərhələsində qadın hamiləlik qabiliyyətini itirir, ona görə də kontrasepsiyanı unutmaq  olmaz. Əgər hər hansı xroniki xəstəlikdən əziyyət çəkirsinizsə, səhhətinizə qarşı xüsusən diqqətli olmalısınız. Çünki uzun sürən xəstəliklər klimaksın atipik formalarının inkişaf riskini artıra, bu isə menopauza əlamətlərinin kəskin formada özünü büruzə verməsinə səbəb ola bilər.

Təcrübəli həkim-ginekoloqun sayəsində siz anlayacaqsınız ki, klimaks “sağlam” da ola bilər və həyat keyfiyyətinə heç bir maneçilik törətməz.


Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.