Пн-Пт

Выходной

Сб

Выходной

Вс

Выходной
AYSMED KLİNİKASI

Выберите врача

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса
Ateroskleroz
 hekimtap.az

Ateroskleroz

4062
Автор: Kardioloq İslam Əzizov

Опубликовано: 22.06.2018
AYSMED KLİNİKASI

Ateroskleroz nədir?

Düzgün olmayan, qeyri-rasional qidalanma, azhərəkətli həyat tərzi, streslər – bütün bunlar aterosklerozun yaranmasına gətirib çıxara bilər.

Ateroskleroz – magistral (iri) damarları zədələyən bir xəstəlikdir. Bu zaman damarların divarlarında xolesterin çöküntüsü əmələ gəlir, nəticədə aterosklerotik düyün yaranır, bu isə damarın keçiriciliyini azaldır. Bu isə onunla nəticələnir ki, zədələnmiş damarda qan dövranı zəifləyir və bir qayda olaraq, qan dövranının zəifləmə səviyyəsi - damarın stenozuna (daralması) gətirib çıxarır.  

Aterosklerozun yaranma səbəbləri

Aterosklerozun yaranmasında risk faktorlarının inkişafının təbbi ki, böyük rolu var. Onlardan bəzilərinin qarşısını almaq olmur, məsələn, yaş həddi, kişi cinsinə mənsubluq, irsi meyillilik.

Digər risk faktorlarının qarşısını almaq isə mümkündür: arterial hipertenziyanı nəzarətdə saxlamaq, alimentar piylənmənin qarşısını almaq, siqareti tərgitmək.

Üçüncü qrup risk faktorlarının qarşısını qismən almaq olur: şəkərli diabet, müxtəlif səbəblərdən maddələr mübadiləsinin pozulması, fiziki aktivliyin kifayət qədər olmaması, izafi emosional gərginlik, insanın fərdi xüsusiyyətləri, qeyri-rasional qidalanma (çox yemək, heyvan mənşəli piylərlə zəngin qidaya meyilli olmaq).

Aterosklerozun simptomları

Xəstəliyin mənzərəsivə xəstənin şikayətləri bu və ya digər arteriyaların zədələnməsindən asılıdır. Belə ki, koronar arteriyaların aterosklerozu özünü stenokardiya, infarkt formasında göstərir. Patoloji prosesin əsasında ürəyin qana olan tələbatı və ona daxil olan qanın real miqdarı arasındakı qeyri-mütənasiblik dayanır.

Bəzi hallarda aorta aterosklerozunun ağır formaları simptomsuz gedişata malik ola bilər. Lakin hər iki qolda, boyunda, beldə, qarının yuxarı nahiyələrində yayılan sinəarxası sıxıcı və yandırıcı ağrılar müşahidə edilə bilər. Stenokardyadan fərqli olaraq, bu ağrılar uzunmüddətli olur, gah güclənir, gah da zəifləyir.

Böyrək damarlarının zədələnməsi zamanı ağır arterial hipertoniya yaranır. Baş beyin arteriyalarının aterosklerozu zamanı iş qabiliyyətinin aşağı düşməsi (əsasən əqli), yaddaşın zəifləməsi, erkən yorulma qeydə alınır. Tədricən başgicəllənməsi, yuxusuzluq müşahidə edilir, xəstələr narahat, xırdaçı olurlar. Onların intellekti aşağı düşür.

Beyin arteriyası aterosklerozunun ağırlaşmaları beyin qan dövranının pozuntusu, qansızma (insult), trombozlardır.

Ətraf arteriyaların aterosklerozu (daha çox aşağı ətraflar) gəzinti zamanı baldır-ayaq əzələlərində özünü büruzə verir – uyuşma, ətrafların soyuması hissi yaranır.

Aterosklerozun müalicəsi

Müalicə taktikası sinir və psixi yüklənmənin aradan qaldırılması və maddələr mübadiləsinin normallaşdırılmasına əsaslanır.  

Ənənəvi olaraq, qanda lipidlərin səviyyəsini aşağı salan, toxumaların trofikliyini və oksigenasiyasını yaxşılaşdıran, qanın reologiyasını yaxşılaşdıran, damar divarlarının elastikliyini artıran medikamentoz preparatlar təyin edilir. Rasional qidalanma seçilir, əmək və istirahətin rejimi korrequrasiya olunur, sistematik müalicəvi gimnastika tövsiyə edilir.

Orqanların normal qan dövranına təhlükə yaradan ateroskleroz düyünlər olarsa, bu, cərrahi müdaxiləyə göstərişdir.  

Ateroskleroz ləng gedişə malik xəstəlikdir və onu erkən müəyyənləşdirmək çox çətindir, ağırlaşma isə xəstənin həyatını təhlükə altına salır. Ona görə xəstəlik həkim tərəfindən daim təqib olunmalı, lazımi tədbirlər görülməlidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az