Пн-Пт

Выходной

Сб

Выходной

Вс

Выходной
AYSMED KLİNİKASI

Выберите врача

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса
Akupunktura
 hekimtap.az

Akupunktura

3717
Автор: Uşaq nevroloqu Sidiqə Süleymanova

Опубликовано: 05.07.2018
AYSMED KLİNİKASI

Akupunktura nədir?

Akupunktura – alternativ müalicə metodu olub, refleksoterapiyanın bir növüdür. Tarixi çox qədimdir. Əsası Şərqdə qoyulsa da, hazırda dünyanın bütün ölkələrində tətbiq olunur. Akupunktura dedikdə, bədəndəki bioloji aktiv nöqtələrə iynə batırmaqla müalicəvi effekt almaq başa düşülür. Bu bioloji nöqtələr xaotik olmayıb, meridianlar boyunca yerləşir və orqanizmin Çi enerjisi bu meridianlar boyunca hərəkət edir.

12 qoşa və 2 tək meridian mövcuddur və hər bir orqanının öz meridianı var. Məsələn, ürək meridianı əlin beşinci barmağından keçir, ağciyər meridianı isə baş barmaqdan keçirş Meridianlar arasında əlaqə var. Şərq fəlsəfəsində İn-Yan nəzəriyyəsinə görə, orqanizmdə İn-Yan tərəflər balansda, tarazlıqda olarkən insan sağlamdır. Əgər bu tarazlıq pozularsa, xəstəlik yaranır.

Akupunkturanın növləri və təsir mexanizmləri

Bədəndə elə möcüzəli nöqtələr var ki, onlara təsir etməklə  (ya tormozlamaq, ya da stimulyasiya etməklə) xəstəlikləri müalicə etmək olur. İynəbatırma orqanizmin özünübərpa sistemlərini aktivləşdirir, onun daxili imkanları hesabına müqavimət qüvvəsini artırır. Bu müalicə zamanı fiziolojii proseslər, vegetativ reaksiyalar, əhval-ruhiyə yaxşılaşır, yuxu normallaşır.

Karporal akupunkturadan fərqli olaraq, aurikuloterapiya qulaq seyvaındakı akupunktur nöqtələrə iynəbatırma metodudur. Kranipunktura isə skalp akupunkturudur ki, başda yerləşən nöqtələrə iynə batırmaqla effekt alınır.

Dərmanlarla müalicədən fərqli olaraq, iynəbatırma zamanı orqanizmə orqanizmə kənardan heç bir yad maddə yeridilmir, ona görə də əlavə təsirlər gözlənilmir, allergik reaksiyalar olmur və yalnız orqanizmin daxili imkanları hesabına sağalma baş verir.

Akkupunktura – göstərişlər

Ağrısız bir prosedur olduğundan uşaqlarda da istifadəsi mümkündür. İynəbatırma seansları, adətən, 15-30 dəq. davam edir, gündəlik, günaşırı, bəzi hallarda həftədə bir dəfə həyata keçirilir.

Akupunkturaya göstərişlər çoxdur. Uşaq nevroloqu kimi deyə bilərəm ki, uşaq sinir sisteminin bir çox xəstəliklərində, əsasən də, vegetativ disfunksiyalar,  yuxu pozuntuları, miqren və gərginlik, inkişaf ləngimələrində, uşaq serebral ifliclərində, spastik və süst parezlərdə istifadə edib, çox gözəl nəticələr alırıq. 


Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az