Пн-Пт

Выходной

Сб

Выходной

Вс

Выходной
AYSMED KLİNİKASI

Выберите врача

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса
Övrə
 hekimtap.az

Övrə

17568
Автор: Allerqoloq -Pediatr 050 863 66 88

Опубликовано: 29.06.2018
AYSMED KLİNİKASI

Övrə – ümumi məlumat

Uşaqlar erkən yaşlarında müxtəlif infeksion xəstəliklərə daha həssas olurlar. Övrə allergik dermatitin bir növüdür. Bu zaman uşağın bədənində ağ-cəhrayı suluqlar əmələ gəlir.

Övrə simtomları eyni olan (dəri üzərində çoxlu suluqların əmələ gəlməsi) bir çox xəstləiklərin ümumi adı hesab olunur. Xəstəlik bir qayda olaraq, orqanizmin hər hansı maddəyə qarşı allergik reaksiyası fonunda yaranır. Bu, uşağın immun və endokrin sisteminin aktiv inkişafı ilə əlaqədardır.    

Statistikaya görə, insanların 30% övrə əlamətləri ilə üzləşib. Adətən, xəstəlik bir neçə gün ərzində özü keçib gedir. Bu, immun sistemin qıcıqlandırıcını məhv etməsi ilə izah olunur. Əgər bu, 45  gün ərzində baş verməzsə, xroniki övrə diaqnozu qoyula bilər.

Övrə – xəstəliyin növləri

Həkimlər övrəni gedişatı və simptomlarına görə bir neçə növə bölürlər: kəskin forma, xroniki residivedici forma və xroniki papulyoz dayanıqlı forma. Övrə müəyyən qıcıqlandırıcıların təsiri olmadan müvəqqəti xarakter də daşıya bilər. Bu halda göynəmə olmur, simptomatika isə bir sutkadan artıq davam edir.  
Kəskin övrə diaqnozu xəstəlik 6 həftədən az davam etdikdə qoyulur. Əgər əlamətlər bu müddət ərzində aradan qalxmazsa, bu, artıq xroniki övrə hesab olunur.

Övrə fiziki təsirlər nəticəsində də baş verə bilər buraya günəş şüaları, vibrasiya, temperatur, demoqrafik (dəri cırmaq izləri ilə örtülür), ləngimiş növlər aiddir.

Övrə – əlamətləri

Qeyd olunduğu kimi, övrə əksər hallarda orqanizmin hər hansı allergenə (şəkər, yun və s.) qarşı reaksiyası nəticəsində yaranır. Müdafiə reaksiyasının başlanması zamanı körpənin orqanizmində serotonin, asetilxolinin və başqa maddələrin qana ifrazı ilə əlaqədar damar keçiriciliyi artır.

Bunun nəticəsində al-qırmızı və açıq çəhrayı rəngdə suluqlar və piqment ləkələri, göynəmə, suluq və piqment ləkələrinin bütün bədənə yayılması özünü büruzə verə bilər. Allergen məhv edildikdən sonra dəri normallaşır, ləkə və çapıq  qalmır.

Suluqlar adətən, simmetrik, dairəvi və ya oval formada olur, temperatur yüksəlir, qaz ayrılması artır, mayeyə tələbat artır, başgicəllənməsi, zəiflik, oynaq ağrıları, dodaq, dilin və damağın şişməsi, tənəffüs və udma zəifləyir, ürək döyüntüsünün artması (taxikardiya)  müşahidə edilir.   

Övrə – diaqnostikası

Övrə təkcə orqanların işinin pozuntusu deyil, həmçinin, müstəqil xəstəlik kimi də inkişaf edir. Ona görə də dəqiq diaqnostika aparılmalıdır ki, xəstəliyin yaranma səbəbi aydınlaşdırılsın.

Əvvəlcə xəstəxanada, ilkin müayinə zamanı səpgilərin lokalizasiyası və əmələgəlmə tezliyi müəyyənləşdirilir. Bunun sayəsində xəstəliyin yaranma səbəbi aydınlaşdırılır. Daha sonra uşağın valideynindən səpgilərin forması, göynəməsi, müşahidə edilən simptomları haqında məlumat toplanır ki, övrəni digər dəri xəstəlikləri ilə differinsasiya etmək mümkün olsun. Daha sonra həkim müvafiq müalicə taktikası seçir.                     

Övrə – müalicəsi

Xəstəliyin ağırlaşması və yaranma səbəblərindən asılı olaraq, övrənin müalicəsi müxtəlif ola bilər. Əgər səpgi autoimmun xəstəliklər (immunitetin qeyri-düzgün işləməməsi) sayəsində yaranıbsa, pasiyentə antihistamin preparatlar təyin edilir. Bundan başqa, immun sistemi korreksia olunur ki, onun düzgün fəaliyyəti bərpa olunsun.  

Kəskin övrənin yenidən yaranmaması üçün uşağa aşağıdakı prosedurları təyin edirlər:

  • Allergiya yaradan faktroların müəyyənləşdirilməsi və məhv edilməsi;
  • Qida rasionundan allergenlərin istisnası. Uşaq hipoallergen pəhrizə əməl etməlidir;
  • Xəstəyə çoxlu alma, armud,qaynadılmış ət, kəsmik, bitki yağları və digər qida məhsulları qəbul etmək tövsiyə olunur;
  • Antihistamin preparatların qəbul olunması. Kurs 10 sutka davam edir;
  • Kartikosteroidlərin tətbiq edilməsi. Ağır hallarda əzələdaxili və venadaxili yeridilir. Müalicə kursu 7 günə qədərdir, fərdi qaydada həkim tərəfindən təyin olunur.

Suluqların yerinə müxtəlif mazlar tövsiyə edilir. Ziyanverici qıcıqlandırıcıları orqanizmdən çıxarmaq üçün sidikqovucu dəmləmələr və dərmanlardan istifadə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az