Пн-Пт

Выходной

Сб

Выходной

Вс

Выходной
AYSMED KLİNİKASI

Выберите врача

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса
Öd daşı xəstəliyi
 hekimtap.az

Öd daşı xəstəliyi

9324
Автор: Terapevt Tural Qənbərli

Опубликовано: 15.08.2018
AYSMED KLİNİKASI

Öd daşı xəstəliyi nədir?

Öddə daşların yaranmasına iki əsas faktor təsir göstərir: ödün öd kisəsində durğunluğu və maddələr mübadiləsinin pozulması sayəsində öddə duzların konsentrasiyasının artması.

Öd daşı xəstəliyi - öd kisəsi və ya öd yollarında daşların əmələ gəlməsi ilə xarakterizə olunan xəstəlikdir. Öd daşları xəstəliyi kifayət qədər gniş yayılımış patologiyadır. Bir qayda olaraq, ondan böyük yaşlı insanlar, xüsusən də artıq çəkili qadınlar əziyyət çəkirlər. Avropa və Amerikada öd kisəsi xəstəliyi  qadınların 1/3-də, kişilərin isə ¼-də rast gəlinir.

Öd daşı xəstliyinin yaranma səbəbləri

Öd daşı xəstliyinin yaranmasına aşağıdakı faktorlar təkan ola bilər:

  • Həddindən artıq yemək, aclıq, qeyri-müntəzəm qidalanma;
  • Azhərəkətli həyat tərzi, xüsusən də oturaq iş;
  • Hamiləlik;
  • Hormonal kontraseptivlərin qəbul edilməsi;
  • Piylənmə;
  • Öd yollarının diskeneziyası;
  • Mədəaltı vəzi xəstəlikləri.

Öd kisəsində daşların yaranması kiçik öd hissəciklərinin çökməsi nəticəsində baş verir. Daşların böyük qismi xolesterin, bilirubin (öd piqmenti) və kalsium duzlarından ibarətdir. Onlar isə öd kisəsinin normal fəaliyyətinə mane olur. Bəzən silkələnmə hərəkərləri, həddindən artıq yemək yedikdə və digər faktorlar nəticəsində daş öd kisəsindən çıxaraq, öd yolunu tutur. Nəticədə ödün öd kisəsindən axını pozulur, onun divarları dartılır və insan şiddətli ağrı hiss edir. Bu, öd kisəsinin iltihabına – kəskin xolesistitə gətirib çıxara bilər. İltihab həmçinin, yaxın orqanlara– mədəaltı vəziyə, onikibarmaq bağırsağa, mədəyə də yayıla bilər.

Öd daşı xəstliyinin simptomları

Daşlar öd yolarında deyil, öd kisəsində yerləşərkən xəstə bundan xəbərsiz də ola bilər. Xəstəliyin yaranmasından şübhələnməyə əsas verən əlamətlər bunlardır: sağ qabırğa altında ağrılar, ağızda acılıq, ürəkbulanma və gəyirmə.

Bəzən daş öd kisəsindən çıxaraq öd yollarına düşür və bu zaman sağ qabırğa altında və ya qarının yuxarı hissəsində ağrı tutmalar yaranır. Ağrı sağ körpü sümüyünə, sağ qola və ya kürəyə irradiasiya edə bilər. Bu zaman ağızda acılıq, öyümə və qusma yaranır və bütün bunlar yüngülləşmə vermir.

Əgər daş öd yollarından keçib onikibarmaq bağırsağa düşərsə, ağrı tutması özü keçir, daş isə nəcis vasitəsilə oranizmdən xaric olunur.

Öd daşı xəstliyinin diaqnostikası

Öd daşı xəstliyinin ağırlaşmamış formasının diaqnostika və müalicəsi ilə həkim-qastroenteroloq məşğul olur. Diaqnoz xəstənin şikayətləri və əlavə müayinələr vasitəsilə qoyula bilər.

İlk növbədə xəstənin qarın boşluğu orqanlarının USM müayinəsi aparılır. Daha ağır vəziyyətlərdə kontrast maddənin daxil edilməsi ilə (ağız və ya damardaxili) rengenoloji müayinə - xolosistoxolagioqrafiya tələb oluna bilər. Kontrast maddə həmçinin, bilavasitə xüsusi nazik iynə və ya endoskop vasitəsilə öd yollarına da daxil edilə bilər.  

Öd daşı xəstliyinin müalicəsi

  • Öd daşı xəstəliyinin müalicəsi terapevtik və cərrahi yolla aparılır. Bir qayda olaraq, müalicəyə terapevtik üsulla aşağıdakı qaydada başlanılır.
  • Pəhriz. Yağlı, qızardılmış yeməklər, qazlı içkilər istisna olmaqla, 4-6 dəfəlik qida qəbulu tövsiyə olunr.Hisə verilmiş, yağlı ətlər, qıcıqlandırıcı ədvalar, alkoqollu içkilər rasiondan çıxarılır. Bitki tərkibli qidalar və süd məhsulları məsləhət görülür.
  • Öd kisəsindəki daşların xüsusi preparatlar vasitəsilə əridilməsi.

Ekstrakorporal dalğalı zərbə litotripsiyası – daşalrın zərbə dalğası vasitəsilə dağıdılması.

Əksər hallarda cərrahi müdaxilə göstərişdir. Bu zaman öd kisəsi xaric edilir.

Əməliyyat iki üsulla aparılır:

  1. Klassik xolesistektomiya: əməliyyat zamanı qarında kifayət qədər enli kəsik aparılır. Əməliyyatdan sonra 10-12 sm uzunluqda tikiş qoyulur.
  2. Laparoskopik xolesistektomiya: kiçik dəliklərdən (1 sm-dək) qarın boşluğuna daxil edilən xüsusi alətlər vasitəsi ilə həyata keçirilir. Əməliyyatdan sonra demək olar ki, iz qalmır.

Əməliyyatın növünü pasiyentin vəziyyətinin ağırlığından, yanaşı xəstəliklərin olub-olmamsından asılı olaraq cərrah müəyyənləşdirir.


Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az