Язык:
Русский
Nevroloji master-klass-2!
Nevroloqlar üçün vertigo və başgicəllənmə. Ümumi və diferensial diaqnostika, menecment barədə ən yeni məlumatlar
HekimTap-ın təşkilatçılığı ilə 19.06.2017-ci il tarixində saat 14:30-da nevroloq Dr. Sahil Mirzəyev tərəfindən həkim və rezidentlər üçün “Nevroloqlar üçün vertiqo və başgicəllənmə. Ümumi və differensial diaqnostika, menecment barədə ən yeni məlumatlar” mövzusunda master-klass keçiriləcək!
Hörmətli həkim-nevroloqlar! Sizləri HekimTap şirkətinin rəhbərliyi ilə keçirilən nevrologiyanın aktual mövzularında silsilə təlimlərə dəvət edirik! Təlimlər ən müasir və sanballı mənbələrdən istifadə edilmiş tibbi protokollar üzərində qurulub. Təlimin sonunda keçilən mövzu əsasında test aparılacaq. Odur ki, yazılmağa tələsin, yerlər məhduddur! Təlimlər hər şənbə günləri keçiriləcək.
Təlimin proqramı:
14.00-14.10 HekimTap prezentasiya
14.10-15.10 I hissə Vertigo və başgicəllənmələrin diaqnostikası, diferensial diaqnostika və menecmentinin 3 səviyyəsi: 1-ci səviyyə - gənc nevroloq; 2. Vacib problemlər. Mnemoniklər. Vizualizasiya metodları. Alqoritmlər
15.10-15.30 - Coffee-break
15.30-16.30 II hissə Vertigo və başgicəllənmələrin diaqnostika, diferensial diaqnostika və menecmentinin 3 səviyyəsi: 2-ci səviyyə - təcrübəli nevroloq və 3-cü səviyyə - ekspert. Vacib problemlər. “Mini Neyro-turnir”
16.30-16.50 Müzakirə, Sual-cavab
16.50-17.10 Materialın mənimsənilməsinə dair testlər
17.10-17.20 Testin nəticələrinin müzakirəsi
17.20-17.30 Təlimin yekunu, sertifikatların verilməsi
Təlimdə 2012-2017-ci illəri əhatə edən materiallardan və aşağıdakı mənbələrdən istifadə edilib:
1. Steven McGee “Evidence–Based Physical Diagnosis” Third edition © 2012
2. Jose Biller “Practical Neurology” Fourth edition © 2012
3. Robert B.Taylor “Diagnostic Principles and Applications” © 2013
4. Stewart J. Tepper, Deborah E. Tepper “The Cleveland Clinic Manual of Headache Therapy” Second Edition © 2014
5. Professor Steven McGee rəhbərliyi ilə Vaşinqton Universiteti (Sietl,ABŞ) Nevrologiya Departamentində “Vertigo və Başgicəllənmələr” Mövzusu üzrə vebinarlar tsikli (2012-2017)
6. David E. Newman-Toker and Jonathan A. Edlow “TiTrATE: A Novel Approach to Diagnosing Acute Dizziness and Vertigo” PMC 2016 Aug 1 https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC4522574/#BX1
7. Digər Veb-resurslar: www.medscape.com, www.cochrane.org, www.dizziness-and- balance.com, www.novel.utah.edu
Təlimdə iştirak şərtləri:
Təlimlər praktik həkimlər və rezidentlər üçün nəzərdə tutulub. Hər təlimdə 10 həkim iştirak edə bilər.
Aparılan dil: Azərbaycan dili, sual-cavab – Azərbaycan, Rus
Sertifikat verilir (HekimTap)
Qeydiyyatın son günü 17 iyun 2017-ci il.
Təlimlərdə iştirak etmək istəyən həkimlər aşağıdakı qeydiyyat formasından keçməlidir:
https://docs.google.com/forms/d/e/1FAIpQLSdhMIqB6JdqFhF-yH-hjreo0Kl2xTMLrdcRMzutUPQOSIbObw/viewform
Tarix: 19.06.2017
Məkan: HekimTap
Ünvan: Bakı şəh., Xəqani küçəsi 42.
Əlavə məlumat üçün əlaqə:
Mob.: (+994) 50 549-66-88
E-mail: courses.hekimtap@gmail.com
Web sayt: www.hekimtap.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1