Язык:
Русский
Nevroloji master-klass!
HekimTap-ın təşkilatçılığı ilə 27.05.2017-ci il tarixində saat 14:00-da həkim-nevroloq Sahil Mirzəyev tərəfindən həkim və rezidentlər üçün “Baş ağrılarının ümumi və differensial diaqnostikası” mövzusunda master-klass keçiriləcək!
Hörmətli həkim-nevroloqlar! Sizləri HekimTap kompaniyasının rəhbərliyi ilə keçirilən nevrologiyanın aktual mövzularında tsikl treninqlərə dəvət edirik! Treninqlər ən müasir və sanballı mənbələrdən istifadə edilmiş tibbi protokollar üzərində qurulub. Treninqin sonunda keçilən mövzu əsasında test aparılacaq. Odur ki, yazılmağa tələsin, yerlər məhduddur! Treninqlər hər şənbə günləri keçiriləcək.
Treninqin Proqramı:
14.00-14.15 HekimTap prezentasiya
14.15-15.15 I hissə Baş ağrıları təsnifatı. Birincili başağrılar. Mnemoniklər. Vizualizasiya metodları. Alqoritmlər
15.15-15.45 - Coffee-break
15.45-16.45 II hissə Miqren. Gərginlik Tipli Başağrısı (GTB). Trigeminal avtonomik sefalalgiyalar (TAS). Klaster baş ağrıları. Paroksizmal hemikraniya
16.45-17.00 Müzakirə, sual-cavab
17.00-17.20 Materialın mənimsənilməsinə dair testlər
17.20-17.30 Testin nəticələrinin müzakirəsi
17.30-17.40 Treninqin yekunu, sertifikatların verilməsi
Treninqdə 2012-2017-ci illəri əhatə edən materiallardan və aşağıdakı mənbələrdən istifadə edilib:
1. İCHD-3.org, başağrısı pozulmalarının beynәlxalq tәsnifatı, 2013, 3-cü nәşr, beta versiya
2. Clinical Practice Guideline for Chronic Headache 2013. Yaponiya Başağrısı Cәmiyyәti
3. BASH Guidelines 2010. Başağrısı Tәdqiqi Britaniya Assosiasiyası
4. Medscape.com vә Cochrane.org
5. Brainstorm Syllabus. Amerika Başağrısı Cәmiyyәti
6. ACP MKSAP Neurology -2013
7. ACP MKSAP - 17. 2015
8. Prof. Samuelsin (Vaşinqton adına Universitet, Sietl, ABŞ), prof. Tepper (Klivlend klinikası) rəhbərliyi altında Baş ağrıları seminarları tsikli videoları; baş ağrıları üzrə aparıcı amerikalı mütəxəssislərin videoları: Dr.Natalya Murinova, Silviya Lukas, Cenna Kanter, Todd Şvedt (Meyo klinikası), Melissa Şorn.
Treninqdə iştirak şərtləri:
Treninqlər praktik həkimlər və rezidentlər üçün nəzərdə tutulub. Hər treninqdə 10 iştirakçı iştirak edə bilər.
Aparılan dil: Azərbaycan dili, sual-cavab – Azərbaycan, Rus
Sertifikat verilir (HekimTap)
Qeydiyyatın son günü 25 may 2017-ci il.
Tarix: 27.05.2017
Məkan: Hekim Tap
Ünvan: Bakı şəh., Xəqani küçəsi 42.
Əlavə məlumat üçün əlaqə:
Mob.: (+994) 50 549-66-88
E-mail: courses.hekimtap@gmail.com
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1