Язык:
Русский
20 sentyabr 2017-ci il tarixində HekimTap-ın və Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının rəhbərliyi ilə Azərbaycanda ilk dəfə “Tibbi etika. Deontologiya. Tibb işçilərinin subordinasiya qaydaları. Həkimlərin hüquqları” mövzusunda seminar keçirildi. Bu tədbirə bütün tibb işçiləri dəvət olunmuşdu. İştirakçılar həm Bakı şəhərindən, həm də bölgələrdən qatılmışdı. Seminarı HekimTap-ın Azərbaycandakı nümayəndəliyinin təhsil üzrə meneceri HekimTap-ın bu günə olan fəaliyyəti ilə əlaqədar prezentasiya ilə açdı. Öz prezentasiyasında o, HekimTap-ın qısa müddət ərzində bir sıra nəaliyyətlər əldə etdiyini göstərdi. Belə ki, artıq HekimTap Azərbaycandan başqa daha iki ölkədə - Qazaxıstan və Ukrainada fəaliyyətə başlamışdır. Bundan başqa ilin sonunadək Rusiya, Türkiyyə, İran, Gürcüstan, Rumıniya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Moldova, Bolqariya, Macarıstanın qoşulacağı planlaşdırılır. Eləcə də M.Məmmədova HekimTap şirkətinin digər resurslarının işə düşdüyünü və seminar iştirakçılarına HekimTap-ın Karyera inkişafı üzrə meneceri Nərminə Dahazini təqdim edərək karyera inkişafı sahəsində artıq bir çox həkim və tibb işçisinin həm ölkə daxilində, həm xarici ölkələrdə işlə təmin olunduğunu qeyd etdi. Bundan əlavə, HekimTap-ın Xaricdə Təhsil üzrə meneceri Bəyaz Məmmədovanı təqdim edərək xaricdə təhsil sahəsinin fəaliyyətə başladığını bildirdi. Buraya həm həkim və rezidentlərin, həm də tələbələrin xarici ölkələrdə təhsil, praktika və təkmilləşməsi üçün xidmətlər daxildir. HekimTap həkimlərə öz məqalələrini ödənişsiz 3 dildə (AZ, RU, ENG) yerləşdirmək imkanı yaratmış və artıq bir çox maraqlı tibbi mövzuda unikal həkim məqalələri www.hekimtap.com saytında yerləşdirilmişdir. M.Məmmədova seminarın spikerləri ATU Psixiatriya kafedrasının əməkdaşı, psixiatr Dr. Ceyhun Məmmədzadə və hüquqşünas Ədalət Dəmirovu iştirakçılara təqdim etdi. Dr. C. Məmmədzadə öz çıxışında tibbi etikada bir çox aktual mövzulara toxundu. Belə ki, tibb işçilərinin ümumi etik qaydaları mənəvi və hüquqi prinsiplərə əsaslanaraq heç bir zaman humanizmə zidd olmayan, dövlət qanunvericiliyi çərçivəsində cəmiyyəti idarə edən doqmalardan ibarətdir. Tibbi etika bir çox ölkələrdə elmin əsas strukturu sayılır. Çünki tibbdə etika insan üzərində tədqiqatlar aparılmasına, ümumiyyətlə hər bir tədqiqatın son təsdiqlənməsində aparıcı müddəadır. Bundan başqa tibbi etika həmçinin tibb sahəsində istənilən iştirakçıların (həkim-pasiyent, tibb işçisi-pasiyent və digərlərinin) münasibətlərini tənzimləyir. Burada həm yazılı, həmçinin “yazılmamış” qanunlar var. Spiker vurğuladı ki, tibbi- etik məsələlərin həlli üçün dünya praktikasında klinikalar və tibb müəssisələrində xüsusi qurumlar mövcuddur. Eləcə də AR Səhiyyə Nazirliyinin qərarı ilə bütün tibbi - müəlicəvi müəssisələrdə mütləq psixoloq ştatı ayrılmalı və xəstələrin xəstəlikləri ilə həkimlərin qarşısına çıxan mübahisəli etik məsələlər həll edilməlidir.
Tibb müəssisində tibb işçiləri arasında yaranan cinayət tərkibi olmayan mübahisəli məsələlər daxili nizam-intizam komissiyası tərəfindən həll edilməlidir. AR Səhiyyə Nazirliyinin Qanunvericiliyinə əsaslanaraq həkimlərin hüquq və vəzifələri haqqında geniş şəkildə spiker hüquqşünas Ədalət Şükürov danışdı.
Mövzular iştirakçıların böyük marağına səbəb oldu və bir çox sual verildi. Ən çox sual həkimlərin və xəstələrin sosial şəbəkələrdə olan münasibətlərini əhatə etdi. Belə ki, 21-ci əsrdə insanlar tərəfindən geniş istifadə edilən internet, sosial şəbəkələr onlayn tibbi konsultaisyaların yaranmasına səbəb olmuşdur. Bu vəziyyətin bir çox müsbət və mənfi tərəfləri var. Müsbət tərəfləri xəstənin ödənişsiz konsultasiya almaq imkanı və bir neçə mütəxəssisdən ibarət konsiliumdan faydalanması mümkündür. Lakin, xəstələrin əyani konsultasiya tələb edən problemləri video, şəkil və publikasiyalarını açıq şəkildə sosial şəbəkələrdə yerləşdirməsi qeyri-etikdir. Hər iki spiker xəstə-həkim münasibətlərində konfidensiallığın həm qanunvericiliklə, həm də etik normativlərlə tənzimlənməsini vurğuladılar. Bununla bağlı Hekimtap-ın Təhsil üzrə meneceri də öz fikrini bildirdi: “Xəstələrin həkimlə konsultasiyası onlayn olsa belə məxfiliyi qorunmalıdır. HekimTap olaraq bu amili nəzərə alıb, artıq saytımızda “online messenger” xidmətini aktivləşdirmişik. Burada tam məxfilik qorunur.”
Ümumilikdə seminar çox produktiv keçdi. İştirak edən həkimlərimiz tərəfindən bir çox maraqlı təkliflər irəli sürüldü: psixologiya və tibbi etikanın ayrıca fənn kimi tibb universitetində tədris olunması, belə seminarların Azərbaycanın bölgələrində keçirilməsi və s.
Biz də öz növbəmizdə HekimTap olaraq iştirakçılarımızın istək və təkliflərini nəzərə alaraq qeyd olunan məsələlərin həllində aktiv iştirak etməyi və belə maarifləndirici tədbirlərin davamlı olmasına çalışacayıq.
Sonda HekimTap kollektivi adından başda ATU rektoru cənab Gəray Gəraybəyliiyə, eləcə də təşkilatçılara, spikerlərə və iştirakçılara öz təşəkkürümüzü bildiririk.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1