Язык:
Русский
"HekimTap" Səhiyyə İşçilərinin gününə həsr olunmuş bir sıra tədbirlər keçirdi!
"HekimTap" şirkətinin Azərbaycandakı nümayəndəliyi 16 və 17 iyun tarixlərində Bakı şəhərinin nüfuzlu tibbi müəssisələrindən olan ATU Tədris Cərrahiyyə Klinikası və Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb İdarəsində həkimlərə, rezidentlərə və tibb tələbələrinə 17 iyun Səhiyyə İşçiləri gününə həsr edilmiş seminarlar keçirib. Seminarda "HekimTap" şirkətinin təşkilatçılığı və "MediGlobal" şirkətinin dəstəyi ilə Türkiyədən xüsusi olaraq məruzəçi qismində dəvət olunmuş neyrocərrahiyyə uzmanı, MD Dr. Özcan Çıklatekerlio və ümumi cərrahiyyə uzmanı, Prof. Dr. Haluk Ünalp çıxış edib.
İlk olaraq “Xroniki boyun və bel ağrılarında mini-invaziv cərrahi müalicə yolları” adlı elmi-praktiki seminar 16 iyun tarixində Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə klinikasında keçirilib. Bu tədbirdə 300-ə yaxın həkim və tələbə iştirak edib. Seminarı giriş sözü ilə açan "HekimTap"ın direktoru Rüfət Həsənzadə bütün iştirakçıları salamlayaraq onları 17 iyun "Səhiyyə İşçilərinin Günü" münasibəti ilə təbrik edib, eləcə də ATU Tədris Cərrahiyyə Klinikasının rəhbərliyinə təşkilati dəstəyə görə öz minnətdarlığını bildirib. Daha sonra şirkətin təhsil üzrə meneceri "HekimTap"ın fəaliyyəti haqqında məlumat verib. Seminarın məruzəçiləri MD Dr.Özcan Çıklatekerlio və Phd Dr. Cəmil İskəndərov neyrocərrahiyyənin aktual mövzularından olan onurğanın degenerativ xəstəliklərində neyrocərrahi müalicə yolları və taktikası barədə çıxış ediblər. Tədbir çox səmərəli keçib ki, bu da iştirakçıların "HekimTap"ın Azərbaycandakı rəsmi "facebook" səhifəsindəki rəylərində də əks olunub.
Belə ki, tədbirlə bağlı ürək sözlərini yazan ATU-nun 4-cü kurs tələbəsi Dursun Əliyev "HəkimTap" kollektivinə təşəkkürünü bildirərək bunları deyib: “Həqiqətən də super tədbir idi. Hər şeyə görə sizə dua etmişəm. Bilsəydim, tədbirlərinizə çoxdan qoşulardım. Sizin layihə sayəsində tələbələr üçün elitar tibb formalaşır. Mən bir sıra yerlərdə xeyli insanla ünsiyyətdə oluram. Həqiqətən də bu gün səhiyyə sahəsində belə tədbirlərə ehtiyac var. Sağ olun”.
Həm həkimlərin, həm də tələbələrin çox fəal iştirak etdiyi seminar bir çox sualların verilməsi ilə də yadda qalıb. Tədbirdə xeyli sayda həkim və tələbənin iştirak etməsindən məmnun olduğunu deyən Dr. Özcan Çıklatekerlio "HəkimTap" kollektivinə belə gözəl şərait yaratdığına görə öz minnətdarlığını bildirib. O, bu cür tədbirlərin çox vacib və faydalı olduğunu və bundan sonra Azərbaycana daha tez-tez gələcəyini vurğulayıb.
"HəkimTap" layihəsinin növbəti “Piylənmə və diabet cərrahiyyəsi. Seçim, risklər və təcrübə” adlı elmi-praktiki seminarı 17 iyun tarixində Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb İdarəsində baş tutub.
Bu seminar həm də Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb İdarəsinin rəisi Rüfət Əliyevin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə “Əməkdar Həkim” adı ilə təltif edilməsi ilə əlamətdar olub.
"HekimTap" şirkəti seminarın keçirilməsində təşkilati dəstəyinə görə Rüfət Əliyev cənablarına təşəkkürünü bildirərək onu həm 17 iyun Səhiyyə İşçiləri günü, həmçinin də bu fəxri ad münasibəti ilə səmimi qəlbdən təbrik edərək daha böyük nəaliyyətlər arzulayıb.
Daha sonra söz məruzəçilərə - türkiyəli qonaq ümumi cərrahiyyə uzmanı Prof. Dr. Haluk Ünalp və DTX-nin Hərbi Tibb idarəsinin qastroenteroloqu Rəqsanə Cəlilova və nefroloqu Taleh Nağdəliyevə verilib. Tədbir tibbdə son zamanlar aktual və böyük problem olan, həmçinin əlilliyə gətirib çıxaran şəkərli diabet və piylənməyə həsr olunub.
Seminarda şəkərli diabetin piylənmə ilə əlaqəsindən, eləcə də piylənmənin və şəkərli diabetin fəsadlarından geniş danışılıb. Həmin tədbirimiz də iştirakçılar tərəfindən böyük marağa səbəb olub ki, bu da ATU-nun 4-cü kurs tələbəsi Altun Əsədlinin motivasiya dolu rəyində özünü biruzə verib. Tədbirlə bağlı xoş sözlərini ifadə edən Altun Əsədli bunları deyib:
“Dörd il universitetdə oxuyasan, artıq təhsilini bitirməyə iki il qalmışkən, əlini hər şeydən üzdüyünü düşündüyün halda sənə belə bir hədiyyə verilsin. Qarşıda 2 ilin var, çox şey hələ qabaqdadır. Bundan sonra hər şeyi əldə edə bilərsən, həkimliyi bacararsan. Sizin layihə bizə tibbi qazandırdı və bizə bu sahəni daha da maraqlı etdi".
Ümumiyyətlə “Tibbdə təhsil - prioritet missiyamızdır” sözlərini artıq "HekimTap" şirkətinin əsas şüarı kimi səsləndirmək olar. Çünki şirkət olaraq bu sahədə çox az müddətdə çox gözəl işlər görülüb, görülür və görüləcək.
Tədbirlərimizin fotohesabatlarını aşağıdakı linklərdən izləyə bilərsiz:
16 iyun 2017-ci il
Link: https://www.facebook.com/pg/hekimtap/photos/?tab=album&album_id=1197143947081823
17 iyun 2017-ci il
Link: https://www.facebook.com/pg/hekimtap/photos/?tab=album&album_id=1198164856979732
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1