Язык:
Русский
Azərbaycanın ən geniş tibbi portalı - HəkimTap ilk tibbi seminarını təşkil edib. Grand Hospitalda keçirilən elmi-praktiki seminarda Türkiyənin təcrübəli cərrahları Prof. Dr. Gökhan Hacıibrahimoğlu və Dr. Dəniz Gülhan azərbaycanlı həkim və tələbələrlə cərrahiyyədə müasir tibbi yenilikləri paylaşıblar. Seminarda Türkiyə səhiyyə sistemində və cərrahiyyəsində tətbiq olunan müasir metodlar barəsində geniş danışılıb. Seminar iştirakçılarını salamlayan HəkimTap şirkətinin təhsil üzrə meneceri HekimTap layihəsinin vacib məqamlarını qeyd edib. Onun sözlərinə görə, HəkimTap Azərbaycanın tibb sahəsində yaradılmış və bir çox internet resursları (mobil əlavələr, youtube kanalı, sosial şəbəkələrə inteqrasiya olunmuş səhifələr və sairə) özündə cəmləşdirən müasir onlayn tibbi portaldır. HekimTap vasitəsilə istənilən həkim və tibbi xidmətlərin axtarışı artıq tez və asan olmuşdur. HekimTap üzərindən bir çox pasiyentlər axtardığı həkim, klinika və apteklərə birbaşa müraciət edə bilər. Məqsədimiz hər kəs üçün tibbi xidməti əlçatan etməkdir. Həkim Tap artıq öz işini Qazaxıstanda da qurub. Bu ilin iyun, iyul aylarında Ukrayna və Türkiyədə də fəaliyyətə başlayaraq layihə beynəlxalq arenaya çıxışı hədəfləyir. www.hekimtap.az saytına daxil olmaqla hər kəs istədiyi həkimlə əlaqə qura bilər, eləcə də müxtəlif profilli tibbi xidmətlərdən yararlanmaq imkanı əldə edir. Hazırda tibbi saytda 2000-ə yaxın həkim, aptek, klinika qeydiyyatdan keçib. Bu günə qədər 20 mindən çox istifadəçi HəkimTap-dan faydalanıb. M. Məmmədova onu da qeyd edib ki, HəkimTap-ın əsas məqsədlərindən biri ölkədə tibbi təhsilin yüksəldilməsində yerli mütəxəssislərə dəstək olmaq, tələbə və rezidentlərə beynəlxalq imkanlar yaratmaqdır.
Daha sonra çıxış edən türkiyəli torakal cərrah Prof. Dr. Gökhan Hacıibrahimoğlu "Ağciyər xərçəngi və aşırı tərləmə" mövzusunda beynəlxalq təcrübəsini bölüşüb. Əvvəllər Vyanada, Parisdə və daha sonra Türkiyədə işləyən mütəxəssis ağciyər və ağçiyər plevrası xərçənginin cərrahiyyə əməliyyatlarından danışıb. O deyib ki, bütün sinə nahiyyəsində və daxili orqanlarda apardığı əməlliyyatların 80% -i qapalı şəkildə, müasir texnologiyalara əsaslanan cərrahiyyələrdir. Mütəxəsis bildirib ki, etdiyi əməliyyatların 50%-ə qədəri xərçəng xəstəliyi olan pasiyetlər olur. Amma hər belə xəstəni əməliyyata almaq doğru olmazdı. Orta hesabla hər 100 ağciyər xərçəngindən 15-inə əməliyyat göstərişi verilir. Professor xatırladıb ki, tibbin yeni müayinə və müalicə metodlarına baxmayaraq, bütün xəstəliklərdə həkimə vaxtında müraciət vacibdir. "Bu gün tibb o qədər inkişaf edib ki, artıq əməliyyatlar lokal əhəmiyyət daşımır. Biz artıq Bakıda oturub tibbi robotik aparatlarla Türkiyənin hansısa xəstəxanasındakı pasiyenti əməliyyat edə bilərik." Tibbi yeniliklərdən və cərrahi müdaxilələrdən danışan həkim etdiyi əməliyyatlardan bir neçəsinin videosunu seminar iştirakçilarına təqdim edib. Cərrah azərbaycanlı həmkarları ilə təcrübəsini bölüşüb və tövsiyyələrini verib. Qida borusu xəstəlikləri zamanı, deformasiyaya uğramış sinə, həddindən artıq tərləmənin qarşısının alınması üçün edilən cərrahiyyə əməliyyatları tədbir iştirakçılarında maraq doğurub.
Həmkarının ardınca çıxış edən cərrah Dr. Dəniz Gülhan isə "Piylənmə və bariatrik cərrahiyyə" mövzusunda danışıb.Piylənməni dünyada başqa ağır xəstəliklər sırasına daxil edən mütəxəsis onunla mübarizənin çox halda cərrahiyyə olduğunu bildirib. "Bəzən bir qrup cərrah piylənmənin əməliyyat ilə aradan qaldırılmasına qarşı çıxır. Amma bu problemi kökündən həll etdikdən sonra xəstənin nəzarətdə saxlanılması, onun xüsusi pəhriz saxlaması və idman proqramlarına əməl edilməsi vacibdir. Pasiyentlə eyni zamanda dietoloqlar, psixoloqlar da işləməlidir. Dünyada piylənməyə qarşı əməliyyatlar 1985-ci ildən aparılır. Amma son illərə qədər mədənin kiçildilməsi əməliyyatlarında da xeyli yeni metodlar meydana gəlib. "Mədəyə kilidin taxılması" kimi el arasında yayılmış əməliyyatlar artıq özünü doğrultmur. Bu cərrahi müdaxilədən sonra 15% xəstələrdə yeni problemlər, çəkinin geri gəlməsi halları baş verib. Bu səbəbdən yeni mədəkiçiltmə əməliyyatları artıq xəstə üçün daha rahatlıq yaradır. Xəstələrimiz arasında şəkərli diabet xəstələri çoxluq təşkil edir. Son cərrahiyyə metodları az risklidir, xəstələr bir il ərzində daim qan testindən keçir, əməliyyatlar 18-65 yaşlı pasiyentlər arasında edilir. 2010-cu ildən 600-dən çox xəstəni əməliyyat edən mütəxəssisin sözlərinə görə, belə əməliyyatlara təcrübə toplamadan başlamaq olmaz. Piylənmənin çarəsiz xəstəlik olmadığını qeyd edən cərrah Dr.Dəniz Gülhan xəstələrin həkim seçimində diqqətli olmalarını tövsiyyə edib. Daha sonra cərrah öz əməliyyatlarından bir neçəsinin videosunu seminar iştirakçılarına təqdim edib.
Seminarın yekununda türkiyəli həkimlər verilən sualları cavablandırıblar. Seminar iştirakçılarına HekimTap tərəfindən sertifikatlar təqdim olunub.
Qeyd edək ki, Bakıda olan türkiyəli cərrahlar seminardan əvvəl iki gün ərzində HekimTap vasitəsilə müraciət edən pasiyentlər üçün ödənişsiz müayinə və konsultasiyalar təşkil ediblər.
Nəzərə çatdıraq ki, HəkimTap-ın tibbi təhsil və təcrübə mübadiləsi məqsədi ilə keçiriləcək seminar və konfranslar davamlı olacaq. Növbəti seminar may ayının 27-sində “Baş ağrılarının ümumi və differensial diaqnostikası” mövzusunda nəzərdə tutulub. Bu barədə Həkimtap -ın səhifəsində ətraflı məlumat ala bilərsiniz. Bizi izləməyə davam edin!
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1