Язык:
Русский
Elmi-praktik vebinar: "Refraktiv qüsurlar, aşkarlanması, qeyri cərrahi və cərrahi korreksiyası”
Hörmətli həkimlər, rezidentlər və tibb tələbələri, Sizləri böyük məmnuniyyətlə HəkimTap-ın təşkilatçılığı ilə 25 mart 2021-ci il tarixində keçiriləcək "Refraktiv qüsurlar, aşkarlanması, qeyri cərrahi və cərrahi korreksiyası” adlı elmi-praktik vebinara dəvət edirik.
Azərbaycanın tanınmış oftalmoloqu, uzun illər Türkiyədə və Hindistanda çalışmış, Türkiyə oftalmoloji dərnəyinin üzvü, Avropa katarakt və refraktiv cərrahlar cəmiyyətinin üzvü, Avropa retinoloqları cəmiyyətinin üzvü, 12 illik beynəlxalq təcrübəli həkim Dr. Gülşən Dikmen seminarda spiker qismində çıxış edəcək.
Tədbirdə oftalmologiyada son nailiyyətlərə dair qarşılıqlı müzakirələr aparılacaq.
Tədbirin proqramı:
19:00-19:10 – Açılış
19:10-19:20 – Klinik refraksiyanın subyektiv və obyektiv təyini
19:20-19:30 – Ametropiyanın korreksiya metodları
19.30-19.50 – Refraktiv qüsurların cərrahı korreksiya metodları
19:50-20:00 – Akkomodasiya və klinik tədqiqi
20:00-20:05 – Gözün akkomodativ imkanlarının dəyərləndirilməsi
20:05-20:15 – Presbiopiya və korreksiya metodları
20:15-20:30 – Sual-Cavab
Vebinarda iştirakın şərtləri:
- Vebinar praktik həkimlər, rezidentlər və tələbələr üçün nəzərdə tutulub.
- Qeydiyyatın son günü - 25 mart 2021-ci il.
Vebinarda iştirak etmək istəyənlər aşağıdakı qeydiyyat formasını doldurmalıdırlar:
https://Elmi-praktik vebinar
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1