Язык:
Русский
Elmi-praktik vebinar: "Miqrenin dərmansız müalicəsi"
Hörmətli həkimlər, rezidentlər və tibb tələbələri, Sizləri böyük məmnuniyyətlə HəkimTap-ın təşkilatçılığı ilə 29 yanvar 2021-ci il tarixində keçiriləcək "Miqrenin dərmansız müalicəsi" adlı elmi-praktik vebinara dəvət edirik.
Azərbaycanın tanınmış Osteopatı, Rusiya Sankt Peterburq osteopatiya universitetinin məzunu, Almaniyada vertebrologiya üzrə çalışmış, Riqa və Fransada diplomdan sonra osteopatiya üzrə təkmilləşmə kursları keçmiş, 12 illik beynəlxalq tibbi təcrübəli həkim Dr. Elfanə Süleymanova seminarda spiker qismində çıxış edəcək.
Tədbirdə "Miqrenin dərmansız müalicəsi" haqqında qarşılıqlı müzakirələr aparılacaq.
Tədbirin proqramı:
19:00-19:10 – Açılış
19:10-19:20 – Miqren nədir kimlərdə rast gəlinir?
19:20-19:30 – Miqrenin yaranma səbəbləri
19.30-19.45 – Miqrenin müalicə üsulları və onların effektiv dərəcəsi
19:45-20:00 – Sual-Cavab
20:00-20:20 – Osteopatiya miqrenin ən effektiv mualicə üsuludur
20:20-20:30 – Sual-Cavab
20:30 - Bağlanış
Vebinarda iştirakın şərtləri:
- Vebinar praktik həkimlər, rezidentlər və tələbələr üçün nəzərdə tutulub.
- Sertifikat verilir (HekimTap)
- Qeydiyyatın son günü - 28 yanvar 2021-ci il.
Vebinarda iştirak etmək istəyənlər aşağıdakı qeydiyyat formasını doldurmalıdırlar:
https://forms.gle/49zCn72qHsSqodyB7
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1