Язык:
Русский
Bel ağrıları. Tunnel sindromları. Proloterapiya. Master-klass !
Hörmətli həkim, rezident və tibb tələbələri! Sizləri 21.10.2017-ci il tarixi saat 13.30-da HekimTap şirkətinin təşkilatçılığı ilə nevrologiyanın aktual mövzularından biri olan “Bel ağrıları. Tunnel sindromları. Proloterapiya.” mövzusunda Master-Klassa dəvət edirik! Təlim Almaniya, Danimarka, Türkiyədə ixtisaslaşmış “Ağrı və insult mərkəzi”nin rəhbəri, həkim-nevroloq Dr.Sevinc Həmidova tərəfindən aparılacaq. Master-klass xroniki bel ağrıları, tunnel sindromlarının müalicəsində ən müasir və yüksək səviyyəli mənbələrdən istifadə edilmiş tibbi protokollar əsasında qurulmuş tədbir həm nəzəri, həm də praktiki hissəsindən ibarət olacaq. Sonda təlimin mövzusuna dair sınaq test keçiriləcək və iştirakçılara sertifikatlar təqdim olunacaq. Odur ki, qeydiyyatdan keçməyə tələsin, yerlər məhduddur!
Təlimin proqramı:
13:30-14:00 Qeydiyyat, Coffee-break
14:00-14:10 HekimTap-ın Azərbaycandakı nümayəndəliyinin təhsil üzrə menecerinin prezentasiyası
14:10-15:00 Xroniki bel ağrıları. Təsnifat. Diaqnostik kriteriyalar. Evidence-based müalicə metodları. Alternativ müalicə metodları.
15:00-15:30 Tunnel sindromlar. Təsnifat. Diaqnostik kriteriyalar. Qeyri-cərrahi müalicə növləri.
15:30-16:00 Dünyada proloterapiya. Proloterapiya nədir? Tarixi ekskurs. Proloterapiyanın təsir mexanizmi. Proloterapiyanın effektiv olduğu xəstəliklər. Proloterapiyanın nəticələri və yan təsirləri.
16:00-17:30 Workshop. Sadə proloterapiya inyeksiyon prosedurları. Proloterapiya məhlullarının hazırlanması. Bel-oma fəqərəarası disk yırtığında proloterapiya yanaşması.Bel xəstələrində xəritələmə. Bel xəstələrində inyeksiya texnikaları. Tunnel sindromlarda proloterapiya texnikası.
17:30-17:50 Müzakirə, sual-cavab
17:50-18:10 Test, Viktorina
18:10-18:20 Təlimin yekunu, sertifikatların verilməsi
İştirak üçün şərtlər:
Təlim praktik həkimlər, rezident və tələbələr üçün nəzərdə tutulub.
Aparılan dil: Azərbaycan, sual-cavab – Azərbaycan, Rus
Sertifikat verilir (HekimTap).
Qeydiyyatın son günü 20 oktyabr 2017-ci il
Təlimlərdə iştirak etmək istəyən həkimlər aşağıdakı qeydiyyat formasından keçməlidir:
https://docs.google.com/forms
Tarix: 21.10.2017
Məkan: Grand Hospital
Ünvan: Bakı şəh., Həsən Əliyev küçəsi 38.
Əlavə məlumat üçün əlaqə:
Mob.: (+994) 50 549-66-88
E-mail: courses.hekimtap@gmail.com
Web sayt: www.hekimtap.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1