Язык:
Русский
3D implantasiya mövzusunda praktik-nəzəri seminar keçirildi
Fevralın 24-də HəkimTap-ın təşkilatçılığı ilə Chirag Plazada “Aesthetic & Functional Dentistry” təlim mərkəzinin yaradıcısı, Ukraynada, həmçinin, digər xarici ölkələrdə bir sıra on-line əməliyyatların, vebinarların, praktiki məşğələlərin, konfransların təşkilatçısı ukraynalı Andrey Salamaxa tərəfindən "3D implantasiya" adlı praktik-nəzəri seminar keçirilib.
Seminarda 50-dən çox stomatoloq və diş texniki iştirak edib.
Əvvəlcə A. Salamaxa özü haqda, eləcə də keçdiyi karyera yolu barəsində iştikarçılara məlumat verib. Daha sonra seminarın nəzəri hissəsinə keçid alınıb. Salamaxa şablonların müqayisəli xarakteristikası, klinik və laborator mərhələlər, şablon planlaşdırılması zamanı komanda yanaşması, tam adentiya zamanı şablonlar və s. mövzularda çıxış edib və bu mövzular üzrə praktik yanaşmanı nümayiş etdirib.
Seminar çox maraqlı polemika və müzakirələr şəraitində baş tutub. Ən maraqlı sualların müəlliflərinə A. Salamaxa tərəfindən mükafatlar təqdim olunub.
Tədbirin sonunda iştirakçılara sertifikatlar verilib, xatirə şəkilləri çəkdirilib.
Bundan sonra, A. Salamaxa Həkim Tap-a müsahibə verib.
– Xeyr, Bakıya üçüncü dəfədir ki, gəlirəm. İlk iki dəfə Azərbaycanla, burada stomatologiyanın vəziyyəti ilə tanış olmaq üçün səfər etmişdim. Mənimçün əsas maraqlı olan təhsildir. Bilirəm ki, postsovet məkanında yerləşən bütün ölkələrdə olduğu kimi, Bakıda da insanlar rus dilində başa düşür və danışırlar. Elə bu səbəbdən səfərlərimin birini də bu gözəl şəhərə saldım.
Bir səbəbi də deyim, yəqin təəccüblənəcksiz, mənim babam Azərbaycalı olub. Ona görə də ölkənizə böyük marağım var.
– Seminarın gedişatı məni qane etdi. Auditoriya dolu idi. Sağ olsunlar ki, həkimlər istirahət günündən vaz keçib məni dinləmək üçün buraya gəldilər. Onların hamısına ayrı-ayrılıqda təşəkkür edirəm.
Maraqlı mövzularımız oldu. Təcrübəmi azərbaycanlı həkimlərlə bölüşdüm. Maraqlı debatların şahidi oldum. Sevinirəm ki, seminar uğurla başa çatdı. Bunun üçün “Hekim Tap” komandasına minnətdaram.
– Mənim müəllimim mənə deyərdi: “Bax, yadda, saxla və özün təkrar elə”. Əsası odur ki, nəzərdə tutduqlarımı tamılıqla auditoriyaya çatdıra bildim. Məncə, həkimləriniz bunlara yadda saxlaya bildilərsə, uğurla həyata keçirəcəklər.
– Təşkilatçılara arzum odur ki, nəzərdə tutduqları bütün layihələri uğurla həyata keçirsinlər və gələcəkdə işlərini daha da təkmilləşdirsinlər.
İştirakçılara isə arzulayıram ki, özlərinə qarşı tələbkar olsunlar, inkişaf etsinlər və daha böyük nailiyyətlər əldə etsinlər.Ümidvaram ki, bu, Bakıya son səfərim olmayacaq.
– Həkim Tapın iştirakçılığı ilə keçirilən seminarda ilk dəfədir ki, iştirak edirəm. Buraya şirkətin aparıcı mütəxəssisi Şükür Musayevin dəvəti ilə gəldim, ona təşəkkür etmək istəyirəm. Bu seminarda əməyi keçən hər kəsə minnətdaram. Çox maraqlı tədbir idi, bu gün stomatologiyada aktual olan bir çox mövzular müzakirə edildi. Mən deyərdim, ukraynalı məruzəçi işinin öhdəsindən layiqincə gəldi. Ümidavaram ki, “Həkim Tap” gələcəkdə də bizi belə maraqlı seminarlarla sevindirəcək.
– Seminar çox ürəyimcə oldu. Məruzəçi əsl işinin peşəkarı idi – bizə fərqli biliklər çatdırdı. Təşkilatçılara minnətdarlığımı bildirir və arzu edirəm ki, bu cür nəzəri-praktik seminarlara tez-tez dəvət alaq.
Tədbirlə bağlı şəkillər:
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1