Язык:
Русский
Pasiyentlər üçün ödənişsiz seminar
Hörmətli izləyicilərimiz, Sizləri böyük məmnuniyyətlə HəkimTap-ın təşkilatçılığı ilə 10 fevral 2018-ci il tarixində Avropa nevroloji cəmiyyətinin üzvü, nevroloq, Dr. Sevinc Həmidova və t.ü.f.d, Dr. Cəmil İskəndərovun iştirakı ilə keçiriləcək ÖDƏNİŞSİZ seminara dəvət edirik. Eləcə də, kofe fasiləsi zamanı peşəkar həkimlərdən Sizi maraqlandıran bütün suallara ətraflı cavab ala bilərsiniz.
Seminarın proqramı:
15:00-15:30 – “Beyin qan dövranı pozğunluğu. İşemik insultlar və onların profilaktikası. ” (S.Həmidova)
15:30-16:00 – “Onurğanın degenerativ xəstəlikləri. Fəqərəarası disklərin yırtıqları. Patoloji fəqərə sınıqlarının müasir müalicə üsulları” (C.İskəndərov)
16:00-16:30 – Kofe fasiləsi
16:30-17:00 – "Proloterapiya: qeyri-cərrahi müalicə metodu." (S.Həmidova)
17:00-17:30 – Sual-cavab
İştirak üçün şərtlər:
– Seminar hər kəs üçün nəzərdə tutulub.
– Aparılan dil: Azərbaycan dili, sual-cavab – Azərbaycan
– Qeydiyyatın son günü 9 fevral 2018-ci il
Seminarda iştirak etmək istəyənlər aşağıdakı qeydiyyat formasını doldurmalıdırlar:
https://docs.google.com/forms
Tarix: 10.02.2018
Məkan: Chirag Plaza
Ünvan: 49/C Tbilisi prospekti, Bakı 1065
Əlavə məlumat üçün əlaqə:
Mob.: (+994) 50 549-66-88
E-mail: courses.hekimtap@gmail.com
Web sayt: www.hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1