Язык:
Русский
Zədələnmiş saçları belə bərpa edin
07 сентября 2018 9083Yay fəslinin müsbət tərəfləri olduğu kimi mənfi tərəfləri də az deyil. Bir yandan dəniz, qum, günəş şüaları, digər yandan isə zədələnən saçlar. Təqdim dəcəyimiz maskalar sayəsində zədələnən saçlarınızı xilas edə bilərsiniz.
Uzun bir tətilin sonunda bol-bol dənizə girdiniz və istirahət etdiniz. Ancaq saçlarınızın korlanmasının qarşısını ala bilmədiniz. Saçlar, dəniz və günəşə məruz qaldığı zaman gücsüzləşir, zəifləyir. Maskalarla öncəki canlılığı, parlaqlığı geri qaytarmağınız mümkündür.
Maskaları tətbiq etməzdən öncə bunlara diqqət etməlisiniz:
Saç tipinizə uyğun maskanı seçməlisiniz.
Maskaları hər zaman təmiz saçlarınıza tətbiq edin.
Bir dəfə tətbiq etsəniz ürəkaçan nəticə əldə etməyə bilərsiniz. Ancaq mütəmadi istifadə etsəniz istənilən nəticəyə müvəffəq ola bilərsiniz.
Saçlarınızı tez-tez və çox isti, qaynar su ilə yumayın.
Maska etdiyiniz günlər fen kimi vasitələrə əl atmayın.
Bu maska quru və cansız saçlar üçün effektlidir.
Zeytun yağı və yumurtanı bir qabda qarışdırın. Saçınıza qarışımı massaj edərək tətbiq edin və bağlayın. 1 saata qədər gözləyin sonra isə yuyun.
Bu maska sayəsində dənizdə zədələnmiş və qurumuş saçlarınıza nəm qazandıracaqsınız.
3 yemək qaşığı qatıq, 1 çay qaşığı bal və 1 çay qaşığı alma sirkəsini qarışdırın və saçınıza massaj edərək tətbiq edin və bağlayın. Yarım saat gözləyib yuyun. Bu maskanın içərisində bal olduğu üçün allergiyası olan insanlar ehtiyatlı olmalıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1