Язык:
Русский
Yuxusuzluq vücudda bu problemləri yarada bilər
17 апреля 2018 7983Kifayət qədər yuxu yatmamaq bir çox xəstəlikləri yarada bilər. Türkiyəli mütəxəssis Ergün Kasapoğlu, yuxusuzluğun zərərlərindən bəhs edib.
Yuxusuzluğun zərəri ilk olaraq dəridə özünü biruzə verir. Yuxu insanın maddələr mübadiləsinə təsir göstərir.
Gözünüzdə qızarıqlıq, şişlik, göyərmələr, şişliklər varsa bu, kifayət qədər yuxu yatmamağınızın əlamətidir. YAxşı yuxu qəbu etməyənlərdə vücud zəifləyir, qızarıqlıq, şişlik halları artır.
Bununla yanaşı kökəlməyə başlaya bilərsiniz. Çünki bu zaman hormonlar arasında pozğunluqlar yaranır ki bu da bütün bədən sisteminizə mənfi təsir göstərir.
İşdah zəifləyir, düzgün qidalanmaq həvəsi azalır bu da faydalı olmayan yeməklərə istiqamətlənməyinizi artıracaq.
Adətən yuxusuz qalan insanların ilk seçimi kafeinli içkilər, fast foodlar olur. Bu da mədə-bağırsaq sisteminə zərər vuraraq xəstəlik yaradır.
Gecələri yatmayan zaman depressif və əsəbi ola bilərsiniz. Aparılan araşdırmalara görə, 1 həftə ərzində 4,5 saatlıq yuxu ilə həyatına davam edən insanlarda əsəb, zehni zəiflik təsbit edilib. Ancaq həmin insanlar 1 həftə normal yuxu yatdıqları zaman isə bu problemlərin qısa zaman çərçivəsində aradan qaldırıldığı müşahidə edilmişdir.
Yuxusuzluq diqqət əksikliyi və yaddaş zəifliyinə də səbəb olur. Kifayət qədər yatmayan insanlar sükan arxasında müqavimət saxlaya bilməyib yata bilərlər. Bu isə istənilməyən qəzalara səbəb ola billər.
Boğaz ağrsı, ağız quruluğu, baş ağrısı ilə oyanırsınızsa bu, yuxusuz qaldığınızın göstəricisi ola bilər Həmçinin yaxşı yuxu yatmayanlar xorlaya bilərlər. Bu əlamətlər bir həftədən artıq davam edirsə mütləq şəkildə həkimə müraciət edin.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1