Язык:
Русский
Yuxu mövcud deyil?
13 ноября 2018 10230Müasir dövrdə yuxugörməyə dair tədqiqatlar davam edir. Yeni texnologiyaların sayəsində alimlər sözün əsl mənasında insan beyninə “daxil olub”, yatarkən hansı proseslərin baş verdiyini öyrənməyə müvəffəq olublar.
2004-cü ildə mütəxəssislər beyində yuxunun necə yaranmasını izah etdilər. Bu, yuxu tsiklinin pozulmasına səbəb olan Şarko-Villebrand sindromundan əziyyət çəkən pasiyenti tədqiq etdikdən sonra mümkün oldu. “Scientific American” yazır ki, alimlər ciddi simptomatikası olmayan, lakin ümumiyyətlə yuxu görməyən adam aşkara çıxarıblar. Eksperimentlər nəticəsində məlum odu ki, tədqiqat obyektinin emosiya və vizual yaddaşla bağlı beyin nahiyəsi zədələnib. Bu, yuxunun məhz beyinin qeyd olunan nahiyəsinin yuxugörmənin generasiya və ötürülməsinə cavabdey olduğunu ehtimal etməyə əsas verdi.
Yuxu yozanlar yatarkən gördüyümüz obraz və hadisələri müxtəlif yollarla interpretasiya etməyə çalışırlar, lakin bunların elmi əsası yoxdur. Amma bu, yuxunun mənasız olması demək deyil. Bəzi araşdırmaçılar iddia edirlər ki, yuxu - insanın düşüncələrinin indikatorudur. Onların apardıqları sorğular nəticəsində məlum olub ki, yüksək intellektə malik adamlar, təhsili aşağı olan insanlardan fərqli olqaraq, yuxuda işləri, təhsilləri, yaxud da iş yoldaşları ilə əlaqədar yuxular görürlər. Yəni elm adamları və ya təhsil alan insanların yuxuları daha mürəkkəbdir, çünki onların real həyatda həll olunmamış işləri daha çoxdur.
Bir daha Freydin nəzəriyyəsinə qayıdaq. O, iddia edirdi ki, yuxu insan istəklərinin boğulub daxildə saxlanmasından irəli gəlirr. Bir çox ekspertlər bu nəzəriyyəni indiyədək dəstəkləyirlər. Digərləri isə yuxunun ümumiyyətlə mövcud olmadığını sübut etməyə çalışırlar və deyirlər ki, yuxu yalnız beyinin impulsudur və bu impuls təsadüfi fikir və obrazları xatirələrimizdən “çıxarır”, insan isə bunu yalnız ayıldıqdan sonra yuxu kimi qəbul edir.
BƏS SİZ YUXUDA NƏ GÖRÜRSÜSNÜZ?
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1