Язык:
Русский
Yazda yaranan burun axıntısının səbəbləri
29 мая 2018 7721Yaz mövsümündə xəstə olmaq digər fəsillərə görə, daha çətindir. Yaz aylarında da spesifik problemlər görülə bilər. Bu narahatçılıqların bir çox səbəbi var. Adətən daha çox görülən problem isə burun axıntısıdır. Yazda yaşanan burun axıntısı günəşli gündərdə insana çətin zamanlar yaşada bilər. Burun axıntıları adətən başqa bir əlamət yaratmadığı üçün diqqət yetirilmir. Ancaq fərqli xəstəliklərin əlaməti ola bilər.
Yaz aylarında mütəmadi olaraq görünən burun axıntısı bir xəstəlik deyil, xəstəlik əlamətidir. Müalicəsi üçün isə ilk olaraq xəstəliyin səbəbləri araşdırılmalıdır.
Yaz aylarında görünən burun axıntısının ən yayılan səbəbi allerjik reaksiyalardır. Allerjik səbəblər adətən havada olan maddələr səbəbindən yaransa da burun axıntısı şəklində özünü göstərir.
Xüsusilə yaz aylarında günəşə allergiyası olan insanlarda burun axıntısı ilə yanaşı mütəmadi olaraq asqırmaq da yarana bilər.
Xronik olaraq görülən digər bir səbəb də sinüzitlərdir. Buna səbəb olan bakteriyalar isə bir müddətdən sonra infeksiyaya səbəb olur. Bu da uzunmüddət burun axıntısı yaradır.
Uyğun müalicə ilə ortadan qaldırıla bilər.
Xüsusilə yaz aylarında dəniz və hovuz kimi ortamlarda yaranan bakteriyalar da mövcuddur. Həddindən çox udulması və ya buruna su keçməsi bakteriyaların rahat şəkildə damarlara keçməsinə səbəb olur ki bu da infeksiyalar yaradır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır (https://hekimtap.az).
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1