Язык:
Русский
Yayda bu meyvələri yeyin
06 июня 2020 8646Yaz meyvələri, görünüş və vitamin zənginliyi ilə hər süfrənin bəzəyidir. Meyvələr, vücud üçün gərəkli karbonhidrat, vitamin və mineralları olan qida qrupudur. Hər meyvənin vücuda faydaları mövcuddur.
Qırmızı alça – vücudun yenilənməsi üçün vacib olan meyvələrdəndir. Liflə zəngindir. Xüsusilə bağırsaq, süd vəzi, mədə xərçəngindən qoruyur.
Ərik – Qəbizlik, bir çox insanın həyat keyfiyyətini aşağı salır. Bu problemin ən təbii üsullarından biri ərik yeməkdir. A,C,E vitamini ilə zəngindir. Uşaqlarda görmə pozuntularının qarşısını alır. Ərik yeməklə katarakta, göz pozğunluqları, gecə korluğu kimi problemlərin qarşısına keçə bilərsiniz.
Qarpız – Arıqlamağa kömək edən əsas qidalardandır. Vücuddakı toksinləri atmağa kömək edir. Ürək-damar xəstəliyindən qoruyur. Qarpızın tərkibində əzələ, sümük, ürək və damar sağlamlığı üçün dəyərli olan “lipoken” adlı maddə mövcuddur.
Yemiş – A,B,C vitaminləri ilə zəngindir. Tərkibində fol mövcuddur. Hamilə qalmaq istəyənlərə isə bu vacibdir. Aparılan araşdırmalara görə, mütəmadi olaraq yemiş yeyən qadınların hamilə qalmaq ehtimalı daha çoxdur. Həmçinin hamilə qadınların 9 ayda bətndə sağlam uşaq böyütməsinə dəstək olur.
Vişnə - İsti havalarda şikayət edilən ən çox problemlərdən biri vücudda yaranan şişliklərdir. Bunu vişnə ilə dəf edə bilərsiniz. Şəkəri az olan, diabet xəstələri üçün bu meyvə şəfalıdır.
Əncir – Bağırsaqların fəaliyyəti üçün faydalı meyvələrdəndir. Qan şəkərini yüksəltdiyi üçün diqqətlə istifadə edilməlidir. Təbii antioksidantdır. Bir qara əncirdə, bir stəkan südün tərkibində olan qədər kalsium mövcuddur. Qan təzyiqini də tənzimləyir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1