Язык:
Русский
Yanıq zamanı göstəriləcək ilk tibbi yardım
26 июня 2020 14140Qaynar çay və ya su tökülməsi səbəbiylə meydana çıxan hadisələr gün-gündən artır. Ən dəhşətlisi isə yanıq hadisələridir. İlk təcili yardım kimi isə həmin nahiyəyə diş məcunu və ya qatıq çəkilir.
Bəs nə edilməlidir?
Yanan hissəni su altına tutaraq 10-15 dəqiqə ərzində soyutmaq gərəklidir. Bunun sayəsində ağrı ən minimuma enir və daha da dərinləşmənin qarşısı alınır.
“Əksər insan bu səhvi edir”
Yanıqdan sonra adətən dəridə su qabarcıqları meydana çıxır. Əksər insan isə bunu partladaraq yaxşılaşacağını zənn edir. Əslində isə həmin qabarcıqlar, o nahiyənin sağalmasında rol oynayır. Mümkün qədər partladılmamalıdır. Çünki onların altında proteinlə zəngin maye toplanır. Bu maye ölü dəri təbəqəsini qoruyur və dəri üçün kifayət qədər faydalıdır.
Yaranın gec və ya tez sağalması, izinin qalıb-qalmayacağı tamamilə yarana biləcək infeksiyalarla əlaqəlidir. Həmin yerin günəşə məruz qalması, insanın dəri rəngi, orqanizminin necəliyi burada əsas faktordur.
Diş məcunu və qatıq, yanıq nahiyəyə dərhal çəkilən vasitələrdəndir. Əslində isə bu doğru bilinən yanlışdır. Bunun yanan nahiyəyə heç bir faydası yoxdur. Əksinə yarada infeksiyanın yaranmasına yol aça bilərsiniz.
Yanan yerə buz tətbiq etmək isə dəriyə zərər verir. Buzun, dərini yandırma kimi xüsusiyyəti vardır. Yanan hissəni, əl-üzünüzü yuya biləcəyiniz normal istilikdəki suyun altına tutmalısınız.
Yanma əsnasında üstünüzdə paltar varsa o anda təcili paltarı çıxartmamalı, paltarla birlikdə həmin nahiyəni suyun altına tutmalısınız. Çünki yanan yer əgər su toplamağa başlayıbsa paltarınızı təcili çıxartmağınız onun partlamasına və dərinin soyulmasına gətirib çıxara bilər. Yanıq nahiyəsi soyuduqdan sonra paltarınızı çıxartmağınız və üzərini əski ilə bağlamağınız tövsiyə edilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1